19. Çətin seçim arasında qalmış iki insan.

721 123 19
                                    


- Götürün bunu!

- Yal...Yalvarıram, cənab, buraxın məni! Heç kimə - nə polisə, nə də ailəmə deməyəcəm. Amma yalvarıram buraxın məni, daha dözmürəm burda! Artıq bədbəxtəm onsuz, bundan o yana öləcəm, xahiş edirəm! Nə istəstəniz edəcəm, t..təki azad edin məni! - yarıçılpaq bir qız Voskresin qabağında diz çəkərək onun ayaqlarından tutub hönkür - hönkür ağlayır və yalvarırdı.

- Ee ay qız, əl çək də məndən! - deyə qışqırıb Voskres var gücü ilə qızı ayaqları ilə kənara itələdi. Qızın üzündəki hədsiz makiyaj bütünlüklə üzünə yayılmışdı, uzun saçları isə çox dağınıq vəziyyətdə idi. Gözlərinə baxanda hətta uşaq belə onun necə acı çəkdiyini, nələr hiss etdiyini anlaya bilər, lakin Voskresdən başqa.

- Ey, axmaqlar, eşitmirsiniz bayaqdan? Götürün bu zibilçəni baş - beynimi apardı! - adamlar yerdə diz çökən qızı qollarından tutub apardılar,- Eh! Belə də qız olar?! Çox sağoludu e. Bəzət, yedirt, içirt, bu da gəlsin yalvarsın ki, burax. Qədrimi bilmirlər! Qudurublar hamısı! Qudurğanlar! O qızı daha gətirməyin yanıma, bir az istəsəz, oynadıb öldürün. Bir xeyiri dəymir onsuz o zibilin!

- Baş üstə, cənab,- bu da Voskresin köməkçilərindən biri,- bəs onun əvəzinə?

- Mən artıq birini hədəfləmişəm. Tezliklə özü gəlib mənim ona baxmağımı yalvaracaq. Tezliklə "balaca bülbül" əlimə keçəcək,- axırıncı sözü köməkçisinin yanında dediyinə peşman olub,- sən get ondansa o zibilçənin işini bitir. Ordan bura cır səsi başıma vurur.

- Oldu, cənab, - köməkçi təzim edib getdi.

Voskres bayaq onla əyləndiyi yatağa baxıb "unudulmaz mənzərələr"i xatırlayıb gülümsədi. " Heyif, amma qəşəng idi" deyə düşündü. İş masasına əyləşdi. Masada hər iki tərəfdə bir çərçivə dayanmışdı və hər iki tərəfdə bir qız əks olunmuşdu. Hər ikisi mavi gözlü idi və ağ simaya malik idilər. Hər ikisi gülümsəmişdilər. Hər ikisi eyni yaşda idi. Lakin 1 - ci şəkil 23 il əvvəl çəkilmişdi və 1 - cinin göz rəngi daha tünd idi. Amma yenə də çox oxşayırdılar bir - birilərinə.

- Çox darıxmışam sənin üçün. Kaş o vaxtı mənə qulaq asaydın. Kaş mənim olsaydın, o əclafın yox. Onsuz mən dediyimi etdim, əzizim. Nə onun oldun, nə də mənim. Onsuz sən indi cənnətdəsən mənim mələyim, o da cəhənnəmdə məhv oldu. Mən də olacam, heyif ki. Yenə sənə qovuşa bilməyəcəm, yenə səni bağrıma basıb öpə bilməyəcəm,- Voskres bunu deyib 1 - ci çərçivəni götürüb şəkildəki qıza gülümsündü. Bu, iyrənc fikirli gülümsəmə deyildi, xeyr, bu sevgi və qüssə dolu gülümsəmə idi.

Sonra 1- ci çərçivəni yerinə qoyub 2 - ciyə baxdı. " Niyə onlar bir - birinə belə çox bənzədilər axı? Niyə bu qız əclaf atasına bənzəmədi ki, onu rahatlıqla atasını öldürən kimi öldürüm. Bax, görürsən, mələyim, hətta ordan mənim işimi çətinə salırsan. Həmişə belə etmisən! "

Çərçivəni kənara qoyub əlləri ilə başını tutdu: " Axı mən indi nə edim?" deyə düşündü. Keçmişindən utanırdı. Lakin nə dəyişmişdi ki? İndi də hər şey keçmişdə olduğu kimi idi. Əvvəlki Voskres, əvvəlki həyat, əvvəlki qızlar, əvvəlki qisas. Peşmançılıq qəlbini iynələsə də, işindən ayrıla bilmirdi. Ən çox onda etdiyi hərəkətə çox peşman idi, bəli. Amma necə deyərlər, sonrakı peşmançılıq heç bir fayda verməz. Bir tərəfdən də peşmançılıq və intiqam hissi onun içini yeyib bitirirdi. Yenə intiqam, yenə qəzəb. Deyəsən, bu intiqam hissi onun ömrünün axırına kimi rahat buraxmayacaq. Amma seçim onun əlində idi. O, hansı yolu seçəcəkdi?

- Dost... Dosta zəng vurmalıyam. Qorxaq, mən zəng vurmasam, zəng vurmaz. Yüz faiz işlər pis gedir,- bunu deyib telefonunu əlinə götürdü və Dostun nömrəsini yığdı.

Sənə İnanıramWhere stories live. Discover now