18. Etiraf yağışı.

862 127 18
                                    

Multimedia Sinem - Yaz Yağmuru. Ən sevdiyim mahnılardan biri)

Səma ömründə ilk dəfə etdiyi hərəkətə təəccübləndi. Gah adamın başından vurduğu tapancaya, gah da yerdə huşsuz vəziyyətdə uzanıb qalmış yekəpər adama baxırdı. Birdən adam öldürdüyü ağlına gəlib və həbsxanaya düşəcəyindən qorxub əli ilə kişininin pulsunu yoxladı. Yaxşı ki, kişi ölməmişdi, sağ idi.

Sonra bir əlin onun çiyninə toxunduğunu hiss etdi. Refleks olaraq diksinib arxa tərəfə çöndü. Bu, Fərhad idi. Üzü qan içində, tanınmaz hala düşmüş Fərhad. Başı o axmaq, yekəpər adama o qədər qarışmışdı ki, Fərhadı tamamilə unutmuşdu.

- Ah, Fərhad. Gör, səni o əclaf nə günə qoyub! Sənə lazım idi bu?! Zibilə saldın özünü!

- Gəl, polis gəlməmiş buradan uzaqlaşaq,- deyə Fərhad Səmanın dediklərinə fikir verməyərək qanlı əli ilə onun əlindən tutdu.

- Sən o yekəpərlə dalaşanda mən polisə zəng vurub hər şeyi izah etdim. Narahat olma. Onlar gələndə artıq biləcəklər ki, kimi aparmaq lazımdır,- söyləyərək Səma Fərhadın əlini öz əli ilə bir az daha sıx tutdu.

Artıq yağış başlamışdı və çiskin şəkildə, aram - aram yağırdı. Onlar isə səssizcə, heç nə danışmadan küçə ilə gedirdilər. Onların bu səssizliyi bu dəfə heç də gərgin deyildi, əksinə hüzur dolu idi və bu hüzura yağışın səsi rəng qatırdı. Əsl yaz yağışı idi. Səma uşaqlıqdan yağışı sevdiyindən indi ləzzətlə yağışın altında gedirdi. Fərhada tərəf baxdı. Ay işığı Fərhadın ciddi üzünün bir tərəfini işıqlandırır və yağış damcıları axaraq üzündəki qurumuş qanın bir hissəsini də aparırdı. Fərhadın qaşları düyünlənmişdi, yaman fikirli görünürdü.

- Səma, üşümürsən? Maşın yaxındadır. Çatırıq,- deyə Fərhad nəvazişlə Səmaya, üstündə kiçik yağış damcıları parlayan saçına baxdı və ona neçə müddətdən sonra kiçik bir gülümsəmə verdi.

- Yox, narahat olma. Mən o qədər yağışı sevirəm ki, bütün günü yağış altında gəzə bilərəm,- deyə Səma da gülümsəyərək ona qarşılıq verdi.

Nəhayət, Fərhadın maşını uzaqdan göründü. Onlar maşına çatıb əyləşdilər.

Səma narahat halda Fərhada baxıb:

- Fərhad, bəlkə maşını mən sürüm? Axı sən yarı sərxoşsan. Sürə bilməyəcəksən.

- Səmam, narahat olma. Yağışdan və bayaq aldığım zərbələrdən olan - qalan sərxoşluğum da yoxa çıxıb.

" Səmam. " Necə də gözəl, nəvazişlə, sevgi dolu səslənir bu kəlmə sevdiyin insanın dilindən!... Bircə kəlmə, amma milyonlarla məna və hisslər. Sənə sahiblənmiş kimi... " Sən yalnız mənə aidsən! Yalnız mən səni sevə bilərəm! Yalnız mən gözlərinə baxıb hər şeyi anlaya bilərəm! Yalnız mən saçını oxşaya bilərəm! Yalnız mən əllərindən tuta bilərəm! " deyir sanki bu kəlmə.

Səma bir anlıq bu kəlməni eşidərək özünü itirib sadəcə susdu və şirin bir gülümsəmə ilə kifayətləndi. Düşündü:
" Səmam " - bu söz sadəcə səhvən çıxıb onun ağzından ya da o, səhv eşidib. Fərhad ki, ona sevgisini açıq deməyib, demək ki, ciddi bir şey də yoxdur arada. O sözü romantizmlə bəzəmək mənasızdır. Heç "Səmam" sözünü ona baxıb söyləməyib də. Bəsdir fikirlərində boş xəyallar, fantaziyalar qurdun, Səma! Nə zaman görmüsən ki, xəyalların gerçəkləşib, hə?! Ola bilər ki, görmüsən, əzizim, amma yuxularında! "

Fərhad isə qol saatına baxıb:

- Bəlkə mənim evimə gedək? Çox gecdir daha. Buradan sənin evinə isə çox uzaqdır. Mənim evim isə yaxınlıqdadır. Sabah isə lap səhər tezdən səni evinə apararam, oradan da işə. Necə düşünürsən?

Sənə İnanıramWhere stories live. Discover now