16. Qorxunc həqiqət.

605 118 16
                                    


Səma əynini dəyişib yatağına girdi. Yenə yuxusu yox idi, halbuki sabah işə getmək üçün tez durmalı idi. Gözünü dünyanın ən maraqsız tavanlarından birinə zilləyib orada onu maraqlandıracağı bir şeyi axtarmağa başladı sanki. Birdən gözünün önünə Fərhadın kədər dolu gözləri gəldi. Gözlərini bərk - bərk yumub onun ordan gedəcəyini düşünsə də, getmədi. Yatağının yanında yerləşən rəfdən telefonunu götürüb Fərhada zəng vurmağı qərara aldı. Amma niyə zəng vursun və nə desin? Bəlkə yatıb? Mesaj yazsın görən? Yaxşı, mesajda nə yazsın? Ofuldayıb axmaq düşüncələri özündən kənara atdı. Yatağından qalxıb qonşu otağa - valideynlərinin otağına daxil oldu. Yavaş addımlarla sanki kimisə oyadacağından qorxaraq onların yatağına girdi və yataqdan gələn tam ayrı qoxunu - valideynlərinin qoxusunu içinə çəkdi. Uşaq kimi yastıqlardan birini qucaqlayıb qeyri - ixtiyari göz qapaqları bağlandı.

Səhər Günəşin ilk şəfəqləri ətrafa saçanda və Səmanın gözlərini qamaşdıraraq onu oyatdı. Öz otağına girib səhər prosedurlarını yerinə yetirib hava yaxşı olduğundan mavi rəngli və üstündə dəri kəmər olan donunu geyindi. Darağa ehtiyac olmayan saçlarını da əli ilə düzəldib mətbəxə keçdi. Özünə qəhvə düzəldib tostla yeyərək telefonuna baxdı. Xədicədən yeni mesaj gəlmişdi:

" Salam, Sema. Bu gün vaxt tapan kimi otağıma gəl. Sənə verməli olduqlarım var.."

Səma dərhal işin nə haqda olacağını başa düşüb sadəcə "Oldu" mesajı ilə kifayətləndi.

Yeməyini də yeyib evdən çıxaraq taksiyə oturdu. İşə isə vaxtında çatdı. Dəhlizdən keçən işçilərlə salamlaşıb, nəhayət, öz kabinetinə daxil oldu. Kabineti çox havasız idi. Pəncərələri açaraq otağını havalandıranda katibə qapını döyərək daxil oldu:

- Sabahınız xeyir, Səma xanım. Bu sənədləri Fərhad bəy göndərib. Həm yoxlamalısınız, həm də lazım olan yerlərə imza atmalısınız.

Səma Fərhadın adını eşidəndə biraz həyacanlansa da, dərhal da özünə gəldi və sənədləri katibədən götürüb göz gəzdirdi.

- Oldu, çox sağol. Baxacam. Gedə bilərsən, Səbinə. Ya da gözlə. Bu sənəddəki yazıların hamısını Fərhad bəyin özü yazıb? Yəni öz xəttidir?

- Bəli, hamısını özü yazıb. Nəsə problem var ki, Səma xanım? - Səbinə maraq dolu gözlərlə Səmaya baxdı.

- Yox canım, yoxdur. Sadəcə soruşdum. Bunlar nə zamana lazımdır?

- Sabaha.

- Mən bunları evə aparıb yoxlaya bilərəm də yəqin ki. Birdən çatdırmasam.

- Əlbəttə, necə istəyirsiniz

- Səbinə, xahiş edirəm, rəsmi danışma. Mənə "sən" deyə müraciət et.

- Oldu, Səma xa.. Səma,- Səbinə gülümsəyərək otaqdan çıxdı.

Səma lazımi sənədləri yoxlayıb, qol çəkəndən sonra Fərhad göndərənlərə də baxdı. Onları da qurtardı, lakin katibəyə geri qaytarmadı. Çantasına qoyaraq Xədicənin yanına hazırlaşdı. Xətti özü öz əlləri ilə yoxlamalı idi yoxsa inanmaq belə istəmirdi...

Xədicənin yanına gedərkən Fərhadla qarşılaşmamağına çox sevindi. Nəhayət, Xədicənin otağına yaxınlaşıb qapını döyərək otağa girdi. Xədicə isə bu an pəncərəsində yerləşən dibçəkdəki gülləri sulayırdı. Xədicə uşaqlıqdan gülləri sevməklə yanaşı, onlara qulluq etməyi də çox sevirdi və bu sevgi Xədicədə indiyə kimi qalmışdı. Xədicə rəfiqəsinə dönəndə gülümsədi və gəlib qucaqladı.

Sənə İnanıramTempat cerita menjadi hidup. Temukan sekarang