32. Mürəkkəblə yazılmışlar.

740 94 33
                                    

Multimedia (şəkil) - İradə və Vüsal
Multimedia (musiqi) London Grammar - Wrecking Ball (cover)

Gündəliyi açanda ilk kirilcə başlıq bu olmuşdu:

"İradə Hüseynlinin şəxsi gündəliyi. Digərləri tərəfindən oxunması qadağandır."

Hardan bilərdi ki, bir gün sevimli qızı onun gündəliyini oxuya bilər. Səma başlığı oxuyandan sonra həyacanla səhifələri çevirməyə başlamışdı. Onun əlində bəlkə də, anasının mürükkəblə dəftərə köçürülmüş bütün həyatı əks olunmuşdu və Səma belə şansı əldən buraxa bilməzdi.

" 01.01.1988 02:48 AM

Gecən xeyir, əziz gündəlik. Bu gecə mənim üçün unudulmaz bir yeni il oldu. Ah, deyəsən, bu gün aşiq oldum. Onun adı Vüsaldır. Azərbaycanlıdır. Yığıncağa gələndən gözünü mənə zilləmişdi, mən isə ona. Sonra məni nəvazişlə rəqsə dəvət etmişdi. Çox yaraşıqlı idi, açıq qəhvəyi saçları ilə açıq boz gözləri sanki soyuqla istinin vəhdətini təşkil edirdi. Dəvətini qəbul edib, zalın mərkəzində aramla rəqs edirdik və hamının gözləri bizim rəqsimizdə idi. Xanımlar paxıllıqla mənə baxırdılar, çünki bu gənc onlarlardan biri ilə deyil, mənimlə rəqs edirdi. Mən isə bu andan sadəcə zövq qalır, onun sirli boz gözlərində itib batırdım. Rəqs bitərkən istəməsəm də, üzümü çevirib getmək istəyərkən, əlimdən tutub bu dəfə də eyvana çıxmağımızı təklif etdi. Beynimin məntiqli tərəfi susaraq qəlbim razılıq bildirmişdi. Bu gecə yeni il atəşfəşanlığına onunla birgə tamaşa edib sabaha da görüş təyin etdik. Çox həyacanlıyam...

12.02.1988

Xoşbəxtliyin miqdarı nə qədərdir? Bilən var?! Məncə, nə az, nə çox, sadəcə sonsuz. Sonsuz xoşbəxtəm. Vüsalla hər həftə görüşüb Moskvanı gəzir, teatra gedir, parklarda oturulmayan oturacaq qoymuruq. Onun həm ciddi, həm zarafatcıl, bəzən də dəli davranışları məni heyran edir. Hər dəfə hədiyyə ilə gəlir, düzünü desəm, bundan heç xoşum gəlmir, orta gəlirli ailənin qızı üçün bunlar həddindən artıq çoxdur. Bu qədər pulu haradan tapdığını soruşanda isə " İşimin üstünlüyü" deyib keçir. Hələ bəzən görüşlərimizi yarımçıq qoyub "işə" tələsdiyini demirəm. Bu, məni çox narahat edir.

23.03.1988

Nəhlətə gələsən! Ömrüm boyu bu qədər qorxu və həyəcan keçirməmişdim. Əziz gündəlik, axı niyə hər şey belə mürəkkəbdir, deyə bilərsən? Niyə sadəcə, hüzünlə xoşbəxt olmaq belə çətindir? Ağ mərmərlə yolumuzu gedərkən niyə birdən "tadam" deyə qara mərmər qarşımıza çıxır? Ah, həyat, ah Vüsal, ah Voskres.. Voskres kəlməsi gülməli səslənir, hə? Bu hadisələr başıma gəlməsəydi, mən də gülərdim. Dediyim Voskres artıq mafiozda Vüsalın ləqəbidir. A, axı sən hələ heç nəyi anlamırsan. Qoy, lap əvvəldən danışım. Kafedə, görüşdəydik. Sakitcə yeməyimizi yeyir, bəzən də bir - birimizə vurğunluqla baxırdıq: mən oğrun - oğrun, utanaraq, o isə bic bur gülümsəmə ilə mənim yanaqlarımı qızartmağa çalışırdı. 5 dəqiqəlik özümü səliqəyə salmaq üçün ayaqyoluna getmişdim və 5 dəqiqəlik dediyim 10-15 dəqiqəmi almışdı. Çıxmaq istəyərkən müxtəlif qışqırıq səsləri eşitdim. Qorxumdan burada qala bilərdim, amma Vüsal orada idi axı, onu tək qoya bilməzdim. Qapını açıb ehtiyatla zala daxil olduqda qorxudan titrəyən insanları və onları sakitləşdirməyə çalışan və burda bayaq heç görmədiyim 3 - 4 gənc oğlanı gördüm. Amma Vüsal yox idi, dəli kimi zala baxdıqda onu görə bilmədim. Axı nə baş verirdi?! Kafedən çölə çıxanda zərbə, inilti, bağırtı səsləri bütünlüklə qulağımı bürüdü. Səs kafenin arxa tərəfindən gəlirdi, beynim "Təhlükə" deyə səs siqnalı verərkən mənim ürəyimə pis bir şey dammışdı. Bir az irəli getdikdə yerə atılmış tapança gördüm və hər ehtimala qarşı əlimə götürdüm. Və daha irəlidə isə gördüyüm mənzərəni heç vaxt unutmaram. Yerdə al - qan içində uzanan Vüsal və onu şiddətlə təpikləyən bir qrup. Vüsal bəlkə də artıq son nəfəsini verirdi, amma onların dayanmaq fikirləri yox idi. Kömək etməli idim, ortada sevdiyimin həyatı var idi. Əlimdəki tapançaya göz gəzdirib "Axı mən bunu işlədə bilmirəm" dedim, lakin yoxlamaq olardı. Uzaqbaşı məni də öldürəcəkdilər. Hah, amma öldürmədilər. Dərindən nəfəs alaraq özümü ələ alıb döyüş kinolarında xatırladığım kimi tapançanı onlara tərəf qaldırdım.

Sənə İnanıramWhere stories live. Discover now