30. Mükəmməl plan.

542 89 10
                                    

Multimedia (musiqi) Mree - Atmosphere
Multimedia (şəkil) - Xədicə

- Axı nə baş verir, Aleksandr?

Bacısı onunla ciddi söhbət edərkən hər zaman bütov adını çəkərdi. İsgəndər Xədicənin inadkarlığına dözə bilmirdi. Xədicə isə qətiyyən sakitləşmək fikri yox idi sanki. Yəqin ona görə ki, söhbət rəfiqəsi Səmadan idi.

Yaxşı ki valideynlər səhər tezdən istirahət üçün bağa getmişdilər və bacı - qardaşın davasının şahidi olmamışdılar. Otaqda sadəcə ayaq üstdə durmuş əsəbi Xədicə və iki yol arasında qalmış, əli ilə başını tutub kresloda oturan İsgəndər var idi. Hələ də susurdu. Ona hər şeyi danışsınmı ya elə beləcə sussunmu? Hər şeyi bacısına söyləsəydi, guya nə dəyişəcəkdi? Artıq bütün bunların düzəlməsi üçün çox gec idi. Özünü zəif və bacarıqsız hiss edirdi. Bəlkə də ömründə ilk dəfə məsləhətsiz, artıq yetkinləşmiş kimi bir hərəkət etmişdi, onu da belə korlamışdı... Onsuz da insan hər zaman peşman olur. Elədiklərindən ya da etmədiklərindən. Lakin yenə bu peşmançılıq, acizlik hissindən İsgəndər digərləri kimi xilas ola bilmirdi, vicdanı onun içini didib - parçalayırdı.

Bacısı bir neçə dəqiqə qışqırıqdan sonra susdu. Yəqin boğazı ağrayırdı. Əsəbdən əli ilə saçlarını dağıdıb divana, İsgəndərin oturduğu kreslo ilə üzbəüz oturdu. Qardaşının üzünə daha yaxından baxmaq istəyirdi. Onun bu satqınlığı edə bilməsinə inanmaq istəmirdi. Qarşında yenə bütün dərdlərini bacısına söyləyən, hər dəqiqə ona söz atan saf bir uşağı görmək istəyirdi. Lakin o uşağın yerinə daha böyümüş, səhv edib səhvlərindən peşman olmuş bir gənc oturmuşdu. Bəli, peşman idi. Bunu İsgəndərin gözlərindən görürdü. Amma etdiyi hərəkətin səbəbini bilməyə də haqqı var idi.

- Saşa, axı bunları eləməyinə səbəb nədir? Xahiş eləyirəm, susma, danış, - Xədicənin gözləri yaşarmış, bayaqkı qışqırıqdan və indiki həyacandan səsi titrəyirdi. İsgəndər başını qaldırıb doğma insana baxdı. O insanın gözlərində onun gözlədiyi nifrət əvəzinə kədər gördü. Yox, artıq belə davam edə bilməzdi. Ayağa qalxıb ona diqqətlə baxan bacısına yaxınlaşıb qabağında diz çökərək onun əllərini, sonra alnını öpüb bərk - bərk qucaqladı. Onlar beləcə bir müddət qalandan sonra İsgəndər bacısından ayrılıb gözlərini divara zilləyərək danışmağa başladı:

- Bir il əvvəl polis işçiləri ilə birlikdə kazinoya getmişdik. Orda necə oldusa, çox içdim, sərxoş halda onlarla oyun oynayarkən uduzdum, böyük miqdarda pul uduzdum. Atanın bu pulu verməyə imkanı çatmayacaqdı, heç ondan istəməyə də əlim gəlməzdi. Onlar isə məndən pul istəyir, gözləmək fikirləri yox idi. Bankdan kreditə də pul götürmək riskli idi, bu mənə daha ağır başa gələcəkdi. Daha asan yolu olmalı idi bunun. Bilirəm, deyəcəksən, heç nə asan deyil. Lakin həmin çətin anımda qarşıma "Bakılı Dost" adlı biri çıxdı. Demə, bizim oyunumuzda o da iştirak edirmiş və məni görübmüş. Mənə lazım olan pulu verdi, əvəzində isə məndən pul deyil, nə vaxtsa hansısa işdə kömək lazım olacağını dedi və mən də razılaşdım. Bu ki çox asan və rahat idi. Bəli, düşünmədən etmişdim bunu. Bir ildən sonra məni çağırıb nə etməli olduğum şeyi açıqladılar. Bu, mənə, hətta Səma və Fərhada qarşı haqsızlıq, insafsızlıq idi. Mən imtina edəcəkdim, amma onlar məni və ailəmizi öldürtməkləri ilə hədələdilər. Mən də...Mən də razılaşdım. Bəli, bu, sanki qarşımdakı şeytanla ölüm razılaşması idi.

İsgəndər ona Voskres, Fərhadı necə tutması və Səmanın başına gələnlər haqda çəkinə - çəkinə olsa da, bildiklərini danışdı.

Xədicə qardaşını hər sözünü dinlədikcə səssiz - səssiz ağlayırdı. İsgəndərin uzun müddət ərzində bunları ondan - doğma bacısından gizlətdiklərini indi eşitdiyinə görə çox məyus olmuşdu.

Sənə İnanıramWhere stories live. Discover now