1. Dənizdə batmış fikirlər.

2.3K 180 44
                                    

"Yəni bu qədərmi çətindir birini sadiqcəsinə, xəyanət etmədən sevmək? Yəni bu qədərmi vacibdir birini aldatmaq, satmaq, alçatmaq? İnsanlar ancaq həyatı bundamı görür? Yəni bütün insanlar belədir? İnsanlıq hardadır, hara yoxa çıxıb? Yoxsa nəsli kəsildiyinə görə adı "Qırmızı kitab" a düşüb ya muzeyə verilib? Yəni insanlar bu qədərmi çirkinləşib, süniləşib? İndi ikiüzlü insanlara şükür edirəm, çünki çoxüzlülər yaranıb! İnsanlar öz əsl üzünü görsətməyin yerinə maska taxmağı daha məqsədəuyğun görürlər. İnsanlar artıq gülmür, səmimiliyini itirib, həyatları boz-qaraya dönüb. Axı bütün bunların əlindən hara qaçasan? O kinolardakı, nağıllardakı həyat heçmi yoxdur, heçmi qarşıma çıxmayacaq? ", - başındakı bu düşüncələrdən Səmanı üzünə sıçrayan soyuq su damcısı ayırdı. Səma yuxudan ayılırmış kimi dik atıldı və ətrafına baxdı.

Bakı yenə küləkli idi və Xəzər dənizi küləklərin istiqamətilə rəqs edir, ləpələrini var - gücü ilə divara çırpırdı. Səma biraz qarşındakı dəniz mənzərəsinə baxdı. Dənizin ətrafında qağayılar uçuşur, bəzən də suya enib balıqlarla qidalanırdılar. Səma dənizin qoxusunu burnuna çəkib yanındakı insanlara baxdı. Bir yanda dünyadan xəbəri olmayan sevgililər, bir yanda isə Səma kimi tək qalmaq istəyənlər oturub mənzərəyə tamaşa edirdilər. Səma şokolad rəngli saçlarını üzündən atıb ayağa qalxdı. Saatına baxdı, saat 4 idi, düz 2 saatdır idi ki, burada oturmuşdu.

Yaz ayı gəlməsinə baxmayaraq, hava hələ tam isinməmişdi. Gödəkcəsini biraz da özünə tərəf dartıb yola düzəldi. Yorğun və qəmgin idi. Bir neçə saat əvvəlki mənzərələri başını yellədərək gözünün qabağından çəkib evinə tərəf getməyə başladı.

Qeyd: Uzun bölümlər 6 - cı bölümdən başlayır.

Sənə İnanıramWhere stories live. Discover now