32. Mürəkkəblə yazılmışlar.

Zacznij od początku
                                    

- Ey, axmaqlar, əl çəkin ondan! Cəhənnəm olun! - deyə var - gücümlə qışqırdım. Qrup təəccüblə mənə baxdıqları halda, Vüsalın gözündən yaş axdığını gördüm. Bilmirəm, bədənindəki ağrılara görəydimi yoxsa onların məni tezliklə öldürəcəklərinə görəmi. Tapança çox ağır idi, həm qollarımın ağraması, həm də qorxum əlimin əsməsinə səbəb olur, həyacandan əlimin tərləməsi də, tapançanı saxlamağıma maneçilik törədirdi, amma bacarmalı idim.

- Sən hardan çıxdın? Bunu tanıyan var? - deyə adamlar bir - birindən soruşurdular. Özümü daha qəzəbli aparmaq üçün qaşlarımı düyünləyib bir daha qışqırdım:

- Məni sayan yoxdur?! Dedim, rədd olun, sizi görməyim daha burda! - və onların dayandığı yerin aşağı istiqamətinə atəş açdım. Atəş açmaq, demə, bir o qədər də çətin deyilmiş. Qorxularından hətta yerlərində dik atılmışdlar da. Etdiyim nəticəmə qələbə ilə gülümsəyib, paralel olaraq gözlərimi onlardan çəkmir, hər hərəkətlərini izləyirdim. Yalnız birinin əlində bıçaq olsa da, digərlərində başqa silah yox idi, lakin burada söhbət tapançadan çox da başı çıxmayan təcrübəsiz qız və bir qrup təhlükəli adamlardan gedirsə hər ehtimala qarşı hər şeyə hazır olmaq lazım idi, elə deyil?

- Bu gic qız indi bizi öldürəcək. Daha gedək, onsuz bunda can qalmayıb, işini bitirdik. Bir də qələt eliyib yekə burnunu bizim işlərimizə soxar, - söyləyərək maşınlarına mindilər. Tez Vüsalın yanına qaçaraq diz çökdüm. Göz yaşlarım damla - damla onun bıçaqdan aldığı qanlı yaraya axırdı.

- Əzizim.. ,- deyə pıçıldayıb bir əlimlə yanağını oxşayır, digər əlimlə isə təlaşla şalvarımın cibindən telefonu axtarırdım,- döz, indi təcili yardım çağıracam,- titrəyən barmaqlarım çətinliklə lazimi nömrəni yığa bildi.

- Mən xilas olmağa layiq insan deyiləm, İradə,- qırıq - qırıq söylədiyi son sözlərdən sonra isə Vüsal hüşunu itirdi.

27.03. 1988

Xəstəxanada idik. Bəli, tək deyildim, Vüsalla maraqlanan onun dostları da vardı. Həmin dostlar ki, onları hadisə baş verən zalda görmüşdüm. Onlar da belə olacağını ağlına belə gətirməzdilər. Dostlarından biri hesab edilən Aydın adlı oğlan yanımda oturmuşdu, mənim kimi çox narahat olsa da, məndən fərqli olaraq ağlamır, həyacanını içində boğurdu. Hər şeyi anlatmışdı mənə. Vüsalın atasından irsən keçən mafiozla məşğul olmasından onu niyə öldürmək istədiklərinə kimi. Əslində,Vüsal qrup üzvü ilə təkbətək vuruşacaqdı, lakin onu tələyə salmışdılar. Ümumiyyətlə, eşitdiklərimi bir - bir analiz edir, yenə də həqiqəti qəbul etmək istəmirdim. Axı hər şey daha yeni və sevinclə başlamışdı, xoşbəxt sonluqla da bitməliydi. Elə deyil? Lakin hər şey 180° dərəcə dəyişərək mənfi - pis sonlu aralığa doğru getməyə başlamışdı, o hadisə də sıfır - sola doğru gedən başlanğıc oldu. Bunu bilirdim. Amma yenə də Vüsalla bütün bunlar haqda danışacaq, izah tələb edəcəkdim..

Vüsal tavana, mən isə cavab gözləyirmiş kimi ona baxırdım. Şükür, özünə gəlmişdi, lakin tavana baxmaqla inadçı İradədən yaxa qurtara bilməyəcəkdi. Nəhayət, boz gözlərini mənim mavi qarışıq yaşıl gözlərimə* zillədi.

- Əsas məsələyə başlamazdan əvvəl mənim həyatımı xilas etdiyin, məni həyata qaytardığın üçün çox sağol demək istəyirəm.

Sənə İnanıramOpowieści tętniące życiem. Odkryj je teraz