30. Mükəmməl plan.

Começar do início
                                    

- Saşa, əgər sən bunları əvvəlcədən bizə desə idin, biz bir şey düşünüb çarəsini tapardıq. O razılaşmaya da ehtiyac olmazdı.

- Yox, alınmayacaqdı. Heç nə alınmayacaqdı. Başqa yolum yox idi.

- Hər zaman hər şeyin bir çarəsi, səbəbi və dərmanı var. Mən sənin yanındayam, sənə kömək edəcəm,- incə, içini yeyib - bitirən həyacandan bəyazlaşmış və soyumuş əli ilə İsgəndərin yanağını oxşayıb,- hələ gec deyil. Sən, biz hər şeyi düzəldə bilərik.

- Axı necə? - deyə İsgəndər təəccüblə bacısına baxdı.

- Başlayaq lap əvvəldən. Fərhadı ordan xilas etməliyik.

- Xədicə, sən nə danışdığını qətiyyən bilmirsən. Mən və o izlənilir. Hər addımım izlənilir. Şübhəverici bir şey olsa, dərhal Dosta ya Voskresə xəbər verəcəklər. Bu, çox təhlükəlidir.

- Ona görə də bir şey düşünmək lazımdır,- Xədicə bir az dayanıb fikrə getdi, sonra birdən bicliklə gülümsəyib,- əslində, mükəmməl bir planım var. Məncə, alınacaq.

İsgəndər şübhə ilə bacısını süzüb mükəmməl planının nə olacağını maraqla gözləməyə başladı.

- Onlar məni üzdən tanıyırlar? - Xədicə fikrə dalaraq soruşdu.

- Məncə, hə, onlar bütün ailə üzvüvümüzü üzdən tanıyırlar, araşdırıblar, nə düşünürsən axı, Xədicə?

- İlk öncə Fərhadla danışmaq, hər şey haqda ona xəbərdar etmək lazımdır ki, sonra çaşıb qalmasın.

- Nə barədə? - Saşa hələ də heç nə anlamır, kiçik bacısına tamaşa edirdi.

- Deyirsən ki, Fərhadı izləyirlər. Bəs onu başqa həbsxanaya göndərmək olar? Yəni o adla biz onu çıxaracayıq.

- Əslində, hə, olar. Başqaları ilə birgə qrup şəklində gedə bilər, biz də o zaman fürsətdən istifadə edib onu ordan çıxara biləcəyik.

- Eynən, amma bəs onu nə bəhanəylə başqa qrupa göndərmək olar? - Xədicə dodağını dişləyib qardaşını süzdü, sanki cavab onun üzündə yazılmışdı.

- Dava salsa, qalan işi mən həll edə bilərəm,- deyə İsgəndər neçə gündən sonra ilk dəfə səmimiyyətlə gülümsədi. Qəlbindən " Yaxşı ki Xədicə həyatımda vardır. Onsuz mən nə edərdim? " fikirləri keçərək dərindən köks ötürdü,- lakin bir şey var. Dava eləsə, ölmək riski var Fərhadın. Yəni ordakı insanlar çox da mehriban deyil.

- Heç deyil? - Xədicə bu dəfə dodağını büzdü. Bu, qəribə mimikaları və hərəkətləri ona bir ayrı şirinlik qatırdı.

- Xeyr, heç deyil. Amma əgər Fərhad orda kimləsə dostlaşıbsa, kiçik bir oyun oynamaq olar. Mənə icazəsiz ona yaxınlaşmaq olmaz, yoxsa həmin an onlara çatdırarlar. Başqa polis işçisi də göndərə bilmərəm, hamısı xəbərçi, satqın yığınıdır, mənim kimi... ,- İsgəndər son sözü pıçıltı ilə demiş, başını yenə aşağı salaraq gözünü döşəməyə dikmişdi.

- Saşa, Saşenkam, bəli, sən səhv etmisən. Öz də çox böyük səhv. Lakin indi ki düz yoldasan. Həyatda kim səhv etmir ki?! Halhazırda sən səhvini anlamısan, peşmansan. Bu ki sənin tərəfindən çox gözəldir. Sən sadəcə indi var gücün ilə səhvini düzəltməyə çalışmalısan. Bu qədər sadə.

İsgəndər bayaq qəlbində pıçıldadığı sözləri bu dəfə Xədicənin gözlərinə baxaraq deyib yenə qucaqladı sevimli bacısını. Xədicə isə özünü və qardaşını təkrarən kiçik uşaqlar kimi təsvir edərək qardaşının səmimiytətinin qayıtmasına bir daha sevindi.

***

Fərhad həmişəki kimi qollarını başının arxasında çarpazlayaraq uzanmışdı. Ailəsi ilə bağlı keçmiş xatirələri - anasının mələk üzlü siması, gülüşü, atasının möhkəm qolları, qıyıq, ona yaraşıq verən gözlərini xatırlayıb kədərlə gülümsəyirdi. Kameradakı havasızlıqdan sıxılsa da, orada yerləşən kiçik pəncərədən gələn bəzən sərin külək onu özünə - reallığa gətirirdi.

Bir azdan dadsız, həmçinin iyrənc görünüşə malik axşam yeməyini gətirəcəkdilər. Neçə gündür normal yemədiyinə görə bir az arıqlamışdı, lakin artıq belə davam edə bilməzdi, bədən qida tələb edirdi. Qidanın dadsızlığı və iyrəncliyinin mədə üçün heç bir fərqi yox idi. Təki yemək olsun.

Səhər və günortalar digər məhkumlarla birgə onu ümumi yeməkxanaya aparsalar da, axşamlar çox vaxt yeməyini kameraya gətirirdilər. Bu dəfə də, deyəsən, elə olacaqdı.

Dəmir qapının üzərində bir yemək boşqabının keçəcəyi ölçüdə bir düzbucaqlı dəlik vardı. Daxildə də dəlik uzunluğunda, onun altından keçən dəmir də var idi ki, yemək dəlikdən keçib orda dayanırdı. Məhkum da rahatca onu ordan götürə bilirdi. Fərhadın fikrinə görə bu, əla düşünülmüşdü, çünki qaçmaq istəyən qapı açılarkən fikri əlindəki yeməyə qarışan polisin başından vurub onun geyimini geyinib qaça bilərdi. Hansı ki belə yemək verilmə tərzində bu alınmayacaqdı.

Aha, dəliyin qapısı açıldı, bu da neçə saatdır gözlədiyi, iyrənc iyi ilə o məsafədən Fərhadı cəlb eliyən iylənmiş yemək. Acmış gənc qaçaraq yeməyi götürüb səbirsizliklə üzünü turşudaraq yeməyə başladı. Bir qaşıq da götürmək istəyəndə yeməyin içində nə isə parıltılı kiçik bir şey gördü. Onu görməsə idi, ağzına alıb uda və boğula bilərdi. Buna görə yemək bişirəni, yemək tökəni, yemək gətirəni və həm də Dostu söyərək maraqla həmin şeyi yeməkdən çıxardı. Sinidə qoyulan salfetlə onu yeməkdən təmizləyib diqqətlə baxmağa başladı. Bu, kiçik parıltılı salafana qoyulmuş və bükülmüş kağız parçasından ibarət idi. Salafanı çıxarıb bükülmüş kağızı açdı. Balaca kvadrat şəkilli kağız orta ölçülü məktuba çevrildi.

" Səni buradan çıxaracayıq. Sənin etmək lazım olduğun yeganə şey tanış bir məhkumla yalandan dava etməyindir. Qalanını biz həll edəcəyik.
Xədicə və İsgəndər"

Fərhad gözləri bərəlmiş halda və pıçıltı ilə söylədi:

- Nə?! İsgəndər?! Buradan çıxacağam?! Xədicə hardan gəldi?! Heç nə anlamıram...

Ən çoxu 35 bölümə hekayə bitər yəqin. Sizlə səmimi danışmaq istəyirəm. Bölüm - bölüm paylaşdıqca hekayəmin zəif olmasını görürdüm. Süjet səhvlərimi görürdüm və görürəm. Sanki gündən günə hekayəm gözümdən düşür. Düzdür, sizin xoş rəyləri görüb çox sevinirəm. Siz ciddi bir irad görmədim heç zaman. Lakin mən ki hekayəmi lap başdan oxuduqca səhvlərimi görürəm. Üzərimdə hələ çox çalışmalıyam. "Sənə inanıram" üçün artıq gecdir, çünki sona yaxınlaşırıq. Lakin 2 - ci hekayəmin üstündə daha çox çalışacam inşallah. Məndən dəstəyinizi əsigəmədiyiniz üçün, hələ də səbirlə oxuduğunuz üçün çox təşəkkürlər. Bu, mənim üçün, həqiqətən, qiymətlidir. 5K olmağımıza da az qalıb)) Hər kəsə minnətdaram :) #Ayan

Sənə İnanıramOnde histórias criam vida. Descubra agora