- Oldu. Mənim üçün bir problem yoxdur.

Fərhad mühərriki işə salmaq istəyəndə "Dayan, gözlə! " çığırtısını eşitdi və Səmaya diqqətlə baxıb bu səsin ondan çıxdığına, həqiqətən, təəccüb etdi. Səma özü də bu səsin ondan çıxdığına çaşmışdı və bir az utanmışdı da. Amma sonra söhbətin nədən gedəcəyini xatırlayıb üzünə əsəbi və ciddi görkəm verdi, qaşları çatdı, dolğun dodaqları bir xətt boyunca yığıldı.

- Dayan... dayan. Sən...sənin yanında bu gün bir qız görmüşdüm. Yarı çılpaq,- görünürdü ki, Səma bu qızdan qıcıqlanaraq danışır,- əməlli - başlı flirt edirdi sənlə, sən də ki maşallah gözəl gülüşünlə ona qarşılıq verirdin. Mənim bilmədiyim nəsə var? Varsa, indi və bu dəqiqə de! Sonra gec olacaq.

Fərhad 1 - ci söhbətin nədən getdiyini anlamayıb əli ilə yarı göyərmiş, yarı qızarmış gözlərini sildi. Sonra hər şeyi anlayıb bicliklə Səmaya baxdı, gülümsədi.

- Həə, Röyanı deyirsən? O, mənim əmim qızıdır. Soruşdu ki, niyə belə bikefəm? Mənim dərd çəkməyimin səbəbkarı kimdir? Məni kefimi açmaq üçün kluba çağırdı. Mən də zarafatla, gülərək təklifdən imtina edib tək - tənha bara gəldim. Aramızda heç bir şey yoxdur. Hətta dostluq da!

- Dost deyilsinizsə, səni niyə kluba çağırır?

- Off, Səma, dedim axı kefimi açmaq üçün. Heç amma soruşmadın ki mənim bikef olmağıma səbəbi, daha doğrusu, səbəbkarı kimdir? ,- deyə Fərhad yarı əzilmiş üzü ilə utanmaz - utanmaz göz də vurdu.

- Mənim nəyimə lazımdır, sənin bikef olub - olmamağın? - söyləyərək Səma qollarını çarpazlayıb acıq verici baxışlarını Fərhada atdı.

- Əzizim, onda məni niyə Röyaya qısqanırsan?

Səma hirsindən qızarıb: " Kim dedi ki, mən səni qısqanıram?! Özündən razı!- sərt şəkildə üzünü pəncərə tərəfə çevirib,- nə dayanmısan?! Sür də maşını!" dedi.

Fərhad Səmanın bu halını ilk dəfə görürdü və Səmanın Dostun "rəfiqə"sini qısqanması ona ləzzət verirdi. Qəhqəhə çəkib gülərək başını sağa - sola hərəkət etdirib incik düşmüş Səmasına baxdı və mühərriki axır ki, qoşub yola düşdü.

- Çatdıq, balaca, oyan,- söyləyərək Fərhad yavaş toxunuşla yuxuya getmiş Səmanı oyatmağa çalışdı,- hey, oyan. Səni məmnuniyyətlə qucağımda aparardım, amma bilirəm ki, bunu biləndə hay - küy salacaqsan.

Ona cavab olaraq Səma dodaqaltı mızıldadı, sonra gözlərini açıb Fərhadın sevimli qəhvəyi gözlərinə baxdı.

- Hə, durursan yoxsa özüm aparım səni?

- Dururam, dururam.

Maşından düşəndə qarşısında Bakıdakı yaşadığı binasına bənzəyən 17 mərtəbəli bina gördü. "Görən bu manyakın evinə gəlməklə düz hərəkət etmişəm? " deyə düşünüb Fərhadın dalınca liftə mindi. Fərhad 15 düyməsini basanda Səma lap qorxdu.

- 15-ci mərtəbədə yaşayırsan? Birdən lift dayandı onda neynəyəcəyik?

- Nə edəcəyik? Yaxşı sualdır! Qaranlıqda oturub dərdləşəcəyik. Necə fikirdir? Balaca, liftlə getmək istəmirsənsə, buyur pilləkən səni gözləyir,- deyə Fərhad həmişəki zarafatlarından qalmadı. Səma isə gözlərini hirsindən qıyıb daha heç nə demədi.

- Öz də mənə belə baxma. Hələ sənin o bara niyə gəldiyini soruşmamışam. Hə, nə işin var idi sənin orda?

- Sənə qalmayıb, Fərhad.

Sənə İnanıramWhere stories live. Discover now