13. Dostla tanışlıq.

Start from the beginning
                                    

- Canım Xədicəm, xəstələnmişəm və başım ağrayır. Belə qışqırmasan, yaxşı olardı. Telefonumun batareyası sönmüşdü, buna görə də sönülü idi. Narahat olma, saat, hm, - başının dözülməz ağrısından dayanıb yenə sözə başladı, - hə, saat 6 - da sizdə olacam. Sadəcə mənim yerimə xəstə olduğum haqda müdirə xəbər verərsən.

- Bax, Səma sənin bu xəstəliyindən gözüm su içmədi. Saat 6 - da bizdə olub hər şeyi, dünən nələr baş verdiyini danışacaqsan.

- Hə, yaxşı, canım. Öpdüm, sağ ol.

Sağollaşıb duş qəbul etməyə qərar verdi, həm üstündəki çirkdən, həm də dünənki hadisələrin iyrənc mənzərəsindən bir müddətlik olsa da, xilas olmalı idi. Vanna otağına girib üstündəkiləri çıxaranda, çünki onlara artıq geyim demək olmazdı, dəhşətə gəldi. Bədəninin bir hissəsi göyərmiş halda idi, onlara əli ilə toxunub pis ağrını hiss etdi. O əclafı - Oleqi bu dəfə artıq səsli söyüb duşun altına girdi.

Saat 6 - ya yaxın artıq Səma taksi vasitəsilə Xədicəgilin binasının qarşısında idi. Telefonla neçənci mərtəbə olduğunu və qapının nömrəsini öyrənib liftə mindi. Qapını Xədicənin anası Lena xanım açmışdı. Səmanı doğma qızı kimi qucaqlayıb öpmüş bağrına basmışdı.

Rus olmasına baxmayaraq, neçə il Bakıda yaşaması Lena xanımın dilinə təsir göstərmiş və o, azərbaycan dlində səlis danışa bilirdi. O, Azərbaycanı çox sevirdi, buna görə yoldaşı Ülvi bəy ilə birgə uşaqlarına da Azərbaycan adları verməyə qərar vermişdi. Uşaqlar o vaxtdan bəri bir - birilə sıx əlaqədə olsalar da, valideynlər, demək olar ki, bir - birilərini tanımırdılar. Səma bircə onu bilirdi ki, Xədicəgilin atası da onların şirkətində işləyir.

Səma Xədicə ilə qonaq otağına keçəndə İsgəndəri divanda oturub televizor izləyərək gördü. Səmanın gəldiyini görəndə dərhal ayağa qalxıb onu qucaqladı. Səma ilk baxışdan onu tanımamışdı. Cılız, arıq Saşanın yerinə hündür, yaraşıqlı, idman bədənli biri gəlmişdi.

- Salam, Səma. Gör səni neçə ildir, görmürəm. Necəsən? Nə var, nə yox? Bakıda işlər necədir?

- Salam, İsgəndər. İşlər, bir - iki hadisəni nəzərə almasaq, əla gedir. Sən necəsən?

- Məni çoxdandır, İsgəndər deyə çağırmamışdılar. Necə də qəribə səslənir,- o gülümsəyib davam etdi, - sən əyləş, çay içək sonra hər şeyi mənə danışarsan, - üzünü yana çevirəndə incimiş bacısını görüb, - və əlbəttə ki, Xədicəyə...

***

"Bu üfunətli evdən Dost haçan qaçacaq görən?" deyə düşünürdü Fərhad. İyrənc iylə nəfəs almasın deyə burnunu tutaraq qaranlıqda Dostun qapısını axtarırdı. Nəhayət ki, tapdı. Qapını 3 dəfə aramla, sonra isə 3 dəfə tez - tez döydü və qapı açıldı. Bu onların kodu idi.

Əsas otağa keçəndə onu əllərini arxasında tutaraq dayanan gördü. O adam ki, Voskresin bir baxışından qorxur, onndan hər zaman asılı olur, amma kənar bir yerdə özünü hamının ağası hesab edirdi, o adam ki, Voskresdən sonra hamı ondan qorxur, hamı ona itaət edirdi, o adam ki, Bakıdan bura iş adı ilə gəlib mafiozlara qoşulmuşdu. Onun ləqəbi "Bakılı dost" idi. İndi o, zəhmlə Fərhada baxır, onun necə böyüdüyü, bədənli biri olduğu haqda düşünürdü. Fərhad istəsə idi, bəlkə də, çoxdandan Dostu məhv etmiş, onun hər şeyinə sahib olmuşdu. Bu fikir onun bütün bədəninə titrətmə salsa da, gülümsəyib Fərhadın ata qədər sevdiyi birinə belə hərəkət etməyəcəyinə çox əmin idi. Dost Fərhada uşaqlıqdan sahib çıxmış, ona bildiyi hər şeyi öyrətmişdi. Bilirdi ki, vaxt gələcək, onun köməyindən rahatlıqla istifadə etmək olar. Belə bir vaxt da yetişmişdi.

- Salam, əziz oğlum, işlər necə gedir? - qaranlıqda olsalar da, pəncərədən düşən zəif işıq Dostun saqqallı üzünün bir hissəsini işıqlandırırdı.

- Sənin üfunətli evinə gəlməyənə qədər əla idi. Doğurdan, sən buradan nə vaxt köçəcəksən?

- Fərhad, Fərhad, mən axı sənə həmişə demişəm ki, bu ev mənim ailəmin, nəslimin evidir. Mən buradan köçə bilmərəm.

- Sənə neçə dəfə söyləmişəm ki, burada qohumların bir müddətlik qalıb. Nə nəsil salmısan? Axı pulun da var, niyə də almayasan?

- Nç, nç böyüklə bu cür danışığı sənə kim öyrədib?

- Mənə hər şeyi öyrətdiyin kimi bu cür danışığı da sən öyrətmisən, Dost.

- Yaxşı, qəbul edirəm, mən öyrətmişəm, amma daha bu cür danışığı mənlə danışanda istifadə etmə, Fərhad, - Dost çətinliklə də olsa, ona yalançı gülümsəmə verib söhbəti şirinləşdirmək istədi, - aha, keçək indi əsas mətləbə. Sənə iş tapşırmışdım, elə deyilmi? Rəhmətlik Aydın müəlliminin qızının güvənini qazanmaq. Alındımı?

- Əlbəttə, alındı, Dost. Heç şübhən olmasın.

- Amma mənim qulağıma başqa şeylər da çatıb. Siz bir - birinizlə sevgili cütlüklər kimi danışır, parkda dondurma yeyib gəzişir, buz meydançasında rəqs edirsiniz. Mənə bunlar lazım deyil! - Dost biraz səsini yüksəltdi.

Fərhad isə heç diksinmədən rahatləqla Dostun ətrafında addımlamağa başladı, sonra onun qarşısında dayanıb onun düz gözlərinin içinə baxdı, bu baxışlar Voskresin ölümcül baxışlarını xatırladaraq Dostun ürkməsinə səbəb oldu. Amma Dost dərhal da özünü toxtadı.

- Əziz Dostum, sən mənə qızın güvənini qazanmağı söyləmişdim və mən də bunu bacardım. Səncə elə bir gün onla danışmaqla, ona gülümsəməklə, evinə ötürməklə güvən qazanmaq olarmı? Əlbəttə ki, yox! Güvən qazanmaq böyük vaxt tələb edir. Amma mən bunu, əslində, çox qısa zamanda etdim. Sənə başqa nə lazımdır?

- Oldu, məni inandırmağı bacardın. Amma çaşıb onu sevib eləmə ha! - Dost istehza ilə güldü, - yaxşı, gedə bilərsən. Söhbətimizin qalanı haqda bir neçə gün sonra danışarıq.

- Niyə indi yox? - Fərhad maraqla soruşdu.

- Niyə? Çünki hələ onun vaxtı çatmayıb. Get, narahat olma, mən özüm zəng vuracam.

Fərhad hirslə çıxıb qapını arxasınca çırpdı.



Sənə İnanıramWhere stories live. Discover now