Sənə İnanıram

By themoonandsky

31.8K 4.3K 801

Təsəvvür et ki, səni izləyirlər. Sən bütün baş verənlərdən sonra həyatına yeni səhifə açmaq istədiyin halda... More

Proloq
1. Dənizdə batmış fikirlər.
2. Yuxusuzluq bəlası.
3. İş təklifi.
4. Yeni həyata ilk addım.
5. Keçmiş xatirələr.
6. " Dəlisov " qız.
7. Moskva gəzintisi.
8. Gizli kabinet.
9. Naməlum nömrə.
10. Buz meydançası yaxud ilk vurğunluq.
11. Cənab və rəfiqə.
12. İşıqsız küçə.
13. Dostla tanışlıq.
14. Alınmayan "romantika"
15. Güvən zərfi.
16. Qorxunc həqiqət.
17. Qısqanclıq alovu.
18. Etiraf yağışı.
19. Çətin seçim arasında qalmış iki insan.
20. Qalaktikaya aşiq olmuş oğlan.
21. Qəlbimin Səması.
22. Qorxmuş qızcığaz.
23. Satqın!
24. "Polis"lər.
25. Saf insanların yalanları.
26. Qorxu zəngi və süküt.
27. Moskva sahibinin şərti.
28. Donmuş qumdan qəsr.
29. Neçə ildən sonra peşman O.
30. Mükəmməl plan.
31. Səma məcaraları.
#Xəbərdarlıq
32. Mürəkkəblə yazılmışlar.
33. Son
Təşəkkürlər

Epiloq

802 99 84
By themoonandsky

Günəşin şəfəqləri çobanyastığının ləçəklərini daha parlaq göstərirdi sanki. Bəlkə elə çobanyastığı ağ şəfəqli günəş idi? Bilmək olmaz. İncə barmağını  çobanyastığının ləçəyinə toxundurduqdan sonra mavi gözləri ilə lələkvari buludlarla dolu səmaya baxdı. Əsl yaz havası olduğundan hava da gözəl idi, günəş öz şəfəqlərini paxıllıq etmədən hər yerə saçırdı. Birdən Səma tək olmadığını xatırlayıb gözləri ilə Ağpəncəni axtarmağa başladı və onu digər itlərlə oynayan halda görəndə narahatlığı itərək gülümsədi. Bayaqdan oturaq vəziyyətdə olduğundan ayaqları ağramağa başlamışdı, ona görə otluğun üstündən duraraq üst - başını düzəltdi və çantasından telefonunu götürərək buraxılmış zənglərə baxdı. Biri ifaçı kimi işlədiyi restoranın müdirəsindən, biri isə Xədicədən idi. Xədicə yazısını görər - görməz ona zəng vuraraq götürməsini gözlədi. Çağıran müddətdə də beynində müxtəlif suallar dolaşırdı. Həmin hadisədən sonra Səma yenə qaçmış, yenə həyatına ağ səhifə açmaq, daha doğrusu qara mürəkkəblə dolu səhifənin kənarındakı ağ yerdən həyatına davam etmək istəmişdi və bu dəfəki ümidi Türkiyənin İstanbul şəhərinə idi. Artıq bir il yarım idi ki, bu şəhərdə qalır, adi bir restoranda canlı səhnədə ifa edərək dolanışığını idarə edirdi. Düzdür, bu müddətdə Xədicə bir - iki dəfə zəng vurmuşdu, lakin Səmanın soyuq danışığı onun hələ özünə gəlmədiyinə işarə olurdu.

Sema, nəhayət, zəng vurdun, necəsən? -  Xədicənin incə avazlı səsi Səmanın qulağına dolan an dodaqlarında gülümsəmə, içində kiçik bir həsrət yarandı.
- Salam, Xədicə, səssizə qoymuşdum, ona görə zəngini eşitməmişdim, yaxşıyam, siz neyniyirsiniz? - "siz" sözünü xüsusi bir vurğuyla dedi Səma. Axı artıq Xədicə tək deyildi, sevib sevilirdi.
- Ah, əlayıq, elə sənə bəzi xəbərləri demək üçün zəng vurmuşdum,- səsini bir az alçaldaraq,- həm pis, həm də yaxşı xəbər var. Hansından başlayım?

Səma "pis xəbər" birləşməsini eşidən kimi duruxdu. Çoxdandır, pis xəbər eşitmirdi ya da uzaqda olduğundan ona deməmişdilər. Nə pis xəbər ola bilər ki? Hansısa yaxını bəlkə rəhmətə gedib? Yox, onun qohumları yox idi. Yaxın.. yaxın insan. Səmanın qəlbində hələ də ona yaxın insan qalıb?

- Pis...pis xəbəri de,- Səmanın səsi titrədi yoxsa ona elə gəlir?
- Yox, ən yaxşısı pis xəbəri sən gələndə deyim. Biz..
- Mən gələndə? Hara? - Səmanı maraq bürüdü.
- Of Səma bu nə səbirsizlikdir, dinlə də. Biz Ayxanla evlənməyə qərar verdik, nəhayət. 2 gün sonra toyumuzdur və səni də bu xoş günümüzə dəvət edirik,- dedi Xədicə hər sözü bir ayrı sevinclə vurğulayaraq.
- Ah canım, adınıza çox sevindim, həqiqətən, mütləq gələcəm, - Səma bir anlıq hələ eşitmədiyi pis xəbəri unudub rəfiqəsinə görə sevindi, lakin qısa müddətlik, "pis xəbər" sözünün həyəcanı yenidən oyandı,- bəs ikinci xəbər?
- Onu da sən gələndə deyəcəm,- və Səma daha bir söz deməyə macal tapmamış Xədicə "sağol" deyib telefonu söndürdü.

Səma ofuldayıb yenidən otlağa oturdu. Heç də xoşa gəlməyən xatirələr başına dolmamış müdirəsinə zəng vurmalı idi, həm onun niyə zəng vurduğunu soruşmaq, həm də 3 günlük toya görə işdən icazə almaq üçün.

- Alo, Ayşə xanım, günortanız xeyir, deyəsən zəng vurmuşdunuz,- Səma bayaqki danışıqdan sonra yaranan bütün gərginliyi daxilinə sığışdırıb şən əhval - ruhiyə ilə sözə başladı. *
- Yaxşı ki, zəng vurdun, Səma, yoxsa işi başqasına tapşıracaqdım. 2 gün sonra restoranımızda möhtəşəm konsert olacaq və əsas ifaçı kimi səhnədə mən səni görmək istərdim. Razısan?
- Ah, Ayşə xanım, çox istərdim, lakin 2 gün sonra rəfiqəmin toyu olacaq və mən sizdən 3 günlük xaricə getmək üçün icazə istəyəcəkdim.
- Səma, nə danışırsan?! Belə konserti heç əldən vermək olar? O bizə də, sənə də böyük şöhrət gətirə bilər!

Səma nə deyəcəyi haqda düşünən zaman yadına bir neçə gün əvvəlki hadisə düşdü. O məşq etmək üçün restorana tez gəlmişdi və oranın gənc xadiməçisi olan Gülnuru piano arxasında möhtəşəm səsi ilə oxuyan zaman tutmuşdu. Bu, konsert, bax, elə Gülnurun ifaçı olmaq arzusuna çatmaq üçün əla bir şans ola bilərdi.

- Ayşə xanım, işçiniz olan Gülnuru tanıyırsınız, hə? Bax, onun səsi gözəldir, onu səhnəyə çıxardın.
- Səma, sən zarafat edirsən, deyəsən,- Ayşə xanım əsəbiliklə dedi.
- Qətiyyən zarafat etmirəm. Siz sakitləşin və Gülnuru oxutdurun, utanıb oxumasa mənim adımı söyləyin, mən xahiş edirəm, onda oxuyacaq. O, sizin gələcək uldunuz ola bilər, buna əmin ola bilərsiniz.
- Yaxşı, Səma, sən deyən olsun. Əgər o, işimi yarıtmasa, sənə zəng vurub xəbər edəcəm ki, ayın 26sı konsertdə olasan.
- Əlbəttə, - Səma problemi həll etdiyinə sevinərək gülümsədi, - sağolun.

***

Səma ona tuşlanan tapançadan çıxan gülləni görməsin deyə gözlərini sıx - sıx qapadı. Atəş səslərini eşitdikdə isə bədəninin niyə ağrımamasına təəccübləndi.  Ölüm bu qədər rahat və ağrısız ola bilməzdi axı.
- Səma, aç gözlərini, hər şey bitdi,- Fərhadın uzaqdan nəvaziş dolu səsi eşidildi.
Gözlərini açdıqda hər şey gözləri önündə fırlanır, güclü atəş səsindən qulağı zingildəyirdi. Qarşında isə onu ayağa qaldırmağa çalışan Fərhad var idi. Köməklə ayağa qalxdıqda bayaq Fərhadın arxasında nifrətlə ona baxan insanları yerə uzanmış və polislər tərəfindən tutulmuş şəkildə gördü. Lalə acıqla bir əli ilə  qanlı ayağını tutaraq zarıyır, bir tərəfdən də Səma tərəfə baxaraq q " Hələ heç nə bitməyib! Sənin həyatını öz əllərimlə bitirəcəyəm!" deyə bağırırdı. Voskres isə, deyəsən, çiynindən yaralanmışdı. İsgəndər qüvvətli qolu ilə onu qaldıraraq əllərini qandaladı və "şükür elə ki, öldürmədik" deyə hirslə fısıldadı. Səmanın ona baxdığını görər - görməz dodaqaltı "hər şeyə görə bağışla" deyib otaqdan Voskreslə birgə çıxdı.
- Səma, al su iç, tər - su içindəsən,- bayaq ona tapançanı tuşlayan, valideynlərinin ölümünə səbəb olan şəxs indi ona su təklif edirdi.

***

- Xanım, buyurun, suyunuz,- stüardessa əsəbi gülümsəməylə Səmaya neçə dəqiqədir suyu verməyə çalışırdı, lakin Səma fikirlərində çox - çox uzaqlara getmişdi.
- Ah, üzr istəyirəm, fikrə dalmışdım, çox sağolun,- stüardessa tərəfə baxdıqda isə onun artıq başqa müştəri ilə söhbət etdiyini görüb pərt oldu. Sonra saatına baxaraq Moskvaya çatmağa hələ 1 saat vaxt qaldığını hesablayıb gözlərini təyyarənin pəncərəsindən laylı buludlara zillədi.

***

Fərhad Səmanın suyu bitirdiyini görüb  onun saçlarını kənara itələyərək dəsmalla alnındakı tər damcılarını sildi, sonra isə Səmadan gözünü çəkmədən bir əlini yanağına uzadaraq aramla danışmağa başladı:

- İndi məni diqqətlə dinlə, Səma. Artıq əminəm ki, sən mənim Səmam deyilsən, çünki mən səni həmişəlik itirdim, bilirəm. Heç valideynlərinin qatilini bağışlamağını da gözləmirəm, - Səmanın yanağından süzülən su damlalarını görüb başını yellədi və baş barmağı ilə göz yaşını sildi, - ağlama, belə olmaz, ağlama. Səndən istədiyim tək şey burdan başqa yerə qaçmağındır. Heç Bakıya da getmə, tam ayrı ölkəyə gedib çətin də olsa, özünə sadə, yeni həyat qur. Keçmişini unutma, amma məni  unut, ah, nə özümü öldürürəm ki. Mən deməsəm də, onsuz mənim kimisini unudacağına əminəm,- kədərlə gülümsədi Fərhad.

Səma neçə dəqiqədir ağlamamaq üçün dodaqlarını bir - birinə sıxır, dərindən nəfəs alıb verməyə çalışırdı. Lakin göz yaşları ondan biixtiyar axırdı. Heç nəyə ağladığını bilmirdi: Fərhada nifrətindənmi ya sevgisindən. Bəlkə onu unutmaq qorxusundan? Cəsarət tapıb düz Fərhadın qəhvəyi gözlərinə baxdı. Onun da gözləri qızarmışdı, lakin ağlamırdı.

- Səma, sən mənə nifrət etsən də, mən səni çox sevirəm. Bunun üçün səndən həmişəlik uzaqlaşacağam. Amma bircə şeyi unutma,- əlini Səmanın qəlbinə qoydu,- bax, bu ürək sən təsvir etdiyindən də güclüdür, sadəcə gücü üzə çıxarmaq lazımdır. Sən də bacaracaqsan, sənə inanıram,- əlini kənara çəkib Səmadan arxaya baxdı, onu gözləyirdilər. Artıq neçə illik cəzasını tam layiqcəsinə çəkməsinin vaxtı yetişmişdi. Çəkinərək Səmaya bir az da yaxınlaşıb alnından öpərək,- salamat qal,- dedi və getməyə hazırlaşdı. Lakin incə, titrək bir əl onu saxladı.
- Fərhad, gözlə, - Səma heç nə deyəcəyini bilmirdi, - özünə yaxşı bax...orda,- sözləri çətinliklə dediyi hər halından bəlli idi,- Mən də... Sən də salamat qal,- "sevirəm" söyləmək demə hər insana qismət olmurmuş. Keçən dəfə sadəcə bir öpüşlə susdurulmuşdusa Səma, bu dəfə içindəki kin, nifrət buna imkan vermədi.
Fərhad başı ilə "oldu" deyib ondan tezliklə uzaqlaşdı. İçində Səmadan "səni bağışladım və sevirəm" deyəcəyi barədə kiçik bir ümid qığılcımı var idisə, əlinə taxılan qandalın "çık" səsilə o ümid də birdəfəlik məhv oldu.

***

- Sema, sən orda yemək yemirsən?! O boyda restoranda işləyə - işləyə bu qədər arıq olmağın çox qəribədir. Dieta saxlayırsan sən? - neçə illik həsrətdən sonra rəfiqələr yenə bir - birinə qovuşmuşdular.
- Xədicə, boyuma görə normalam da. Nə istəyirsən məndən?! - Səma həm gülür, həm də qaşqabaq tökürdü. Xədicənin başı isə artıq telefonuna yenicə gələn mesaja qatışmışdı. Ah, bu sevgili cütlüklər. Səma gözucu sabahkı bəyin nə yazdığına baxmaq istəsə də, Xədicə telefonu yana çəkdi,- a qoy baxım da. Mənə sabah toyu olan cütlüyün toydan qabaq nə yazışdığı çox maraqlıdır axı.

- Özün evlənəndə canlı şahidi olarsan, əzizim,- Xədicə bu cümləni əvvəl sevinclə desə də, Səmanın üzündəki kədəri görüb hər şeyi anladı.
- Sən mənə onun haqqında heç nə demədin axı, Xədicə.
Xədicə dərindən nəfəs alıb xəbəri necə deyəcəyi haqda düşündü.
- Səma, o, artıq həyatda yoxdur. Yarım il əvvəl həbsxanada dava düşüb, araya girib yoldaşını xilas etmək istəyəndə Fərhadı bıçaqlayıblar,- sözünü bitirib Səmaya baxdı. Səma gözlərini qapayıb dayanmışdı. Gözündən yaş axmasa da, Xədicə onun qəlbinin qan ağlmasına əmin idi. Çünki bilirdi, Səma bunu inkar etsə də, o, Fərhadı elə həmin gün qəlbinin dərinliklərində bağışlamışdı və ən əsası sevirdi.
- Harda dəfn edildiyini de mənə, Xədicə. Dərhal onun yanına getməliyəm, tez ol!

***

Moskavaya bir daha qayıtdığından artıq ikinci dəfədir ki, məzarlığa gəlmişdi Səma. Moskvaya çatan kimi dərhal valideynlərinin yanına getmiş, baş daşları ilə söhbət etmişdi. Lakin ikinci səfər daha ağır gəldi ona. Ona görə ki neçə ildir boğazında ilişib qalan, inkar etdiyi sözü indi deyəcəkdi, amma artıq həyatdan getmiş bir şəxsə.

Əlindəki çobanyastığı çiçəklərindən ibarət dəstəni baş daşının yanına qoydu. Qarşında ciddi baxışlarla ona baxan bir Fərhad vardı. Cib yaylığı ilə soyuq mərmərin üzərini sildikdə ciddi baxışlarla birgə kiçik bir gülümsəmə də göründü Fərhadın dodaqlarında. Səma da gülümsəyib əli ilə onun donmuş gülüşünə toxundu.

- Bağışla ki, sən deyən kimi güclü ola bilmədim, Fərhad. Qəlbimi tam sənə açıb hər nə olursa, olsun, səni sevirəm deyə bilmədim. İndi gecdir, bilirəm çox gecdir, qəlbim vicdan əzabı çəksə də,  qoy, yenə də deyim. Mən səni elə həmin gün bağışladım, çünki sən mənim dəyərlimsən, hər şeyə rəğmən səni sevirəm, eşidirsən?

Bu dünyada ideal insan mövcuddur? Əminliklə və gözü yumulu "Sənə inanıram və güvənirəm" deyə biləcəyiniz insan həyatınızda varmı? Məncə, yox. Əgər mənim fikrimin ziddinə düşünürsünüzsə, əgər varsa da, əmin olun ki, bir gün yanılacaqsınız. Bəzi insanlar gözümüzdə dünyanın ən mükəmməl, ideal birisi kimi görünür. Lakin bir müddətdən sonra həmin insanın da cəmiyyətdəki digər insanlar kimi, sizin kimi, mənim kimi adi, səhvləri ilə dolu və peşman biri kimi görəcəksiniz. Bəli, və o zaman, bəlkə də, o insanla bağlı bütün xəyal və xatirələriniz bir andaca puç olacaq. Artıq ona qarşı əvvəlki inam və sevginiz, yəqin ki, itəcək. Onu tamamilə həyatınızdan belə silə bilərsiniz. Niyə də yox?! Axı insanlar digərlərində bircə səhv görən kimi onun bütün doğrularını, yaxşılıqlarını unudub yanlışlar mənbəyi kimi görürlər. Axı insanlar unutqandırlar. Yaxşılığı unudanlardan. Lakin elə insanlar da vardır ki, çalışsalar da, unuda bilmirlər, gözü yumulu bağışlayıb, yenə də safcasına inanıb onları incidənləri yaxud yanlış hərəkət edənləri sevirlər. Görən budurmu əsl sevgi? Səmanın anasını və Fərhadı etdiklərinə görə bağışlamasının əsas səbəbini onlara qarşı sonsuz məhəbbət idi, başqa bir şey heç düşünməyin də.
Yəni kiməsə inanmaqda bir qəbahət yoxdur, sadəcə güvənlə "Sənə inanıram" dediyiniz şəxs sizi yanıltsa, çalışın, pis olmayın, olan şeydir, günahından asılı olmayaraq bağışlayıb bağışlamamaq isə sizin öhdənizdədir.

                      ⚫ SON ⚫

Epiloq haqda fikirlərinizi səbirsizliklə gözləyirəm. :)

* - Danışıq türkcə gedir, sadəcə mən türkcə yaxşı bilmədiyim üçün yazıb özümü biyabır etmək istəmədim :d

Continue Reading

You'll Also Like

2.9K 196 7
Medical Return Burmese Translation Webtoon Doctor Kim JinHyun lost everything in his life. But his life is helped by the maid of heaven who was saved...
1.3M 83.5K 40
နေမင်းတမာန်-"ခုလောဆယ်ကိုယ်က ဒုတိယူလူဖြစ်နေပေမဲ့ လျမ်းထက်မောင်ဆိုတာ အစောထဲကကိုယ်ဟာပါ~" -------------------------- လျှမ်းထက်မောင်-"နေမင်း ကငါအတွက်အရံ~...
2.6M 251K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
29.2K 2.7K 26
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။