Sənə İnanıram

By themoonandsky

31.8K 4.3K 801

Təsəvvür et ki, səni izləyirlər. Sən bütün baş verənlərdən sonra həyatına yeni səhifə açmaq istədiyin halda... More

Proloq
1. Dənizdə batmış fikirlər.
2. Yuxusuzluq bəlası.
3. İş təklifi.
4. Yeni həyata ilk addım.
5. Keçmiş xatirələr.
6. " Dəlisov " qız.
7. Moskva gəzintisi.
8. Gizli kabinet.
9. Naməlum nömrə.
10. Buz meydançası yaxud ilk vurğunluq.
11. Cənab və rəfiqə.
12. İşıqsız küçə.
13. Dostla tanışlıq.
14. Alınmayan "romantika"
15. Güvən zərfi.
16. Qorxunc həqiqət.
17. Qısqanclıq alovu.
19. Çətin seçim arasında qalmış iki insan.
20. Qalaktikaya aşiq olmuş oğlan.
21. Qəlbimin Səması.
22. Qorxmuş qızcığaz.
23. Satqın!
24. "Polis"lər.
25. Saf insanların yalanları.
26. Qorxu zəngi və süküt.
27. Moskva sahibinin şərti.
28. Donmuş qumdan qəsr.
29. Neçə ildən sonra peşman O.
30. Mükəmməl plan.
31. Səma məcaraları.
#Xəbərdarlıq
32. Mürəkkəblə yazılmışlar.
33. Son
Epiloq
Təşəkkürlər

18. Etiraf yağışı.

893 127 18
By themoonandsky

Multimedia Sinem - Yaz Yağmuru. Ən sevdiyim mahnılardan biri)

Səma ömründə ilk dəfə etdiyi hərəkətə təəccübləndi. Gah adamın başından vurduğu tapancaya, gah da yerdə huşsuz vəziyyətdə uzanıb qalmış yekəpər adama baxırdı. Birdən adam öldürdüyü ağlına gəlib və həbsxanaya düşəcəyindən qorxub əli ilə kişininin pulsunu yoxladı. Yaxşı ki, kişi ölməmişdi, sağ idi.

Sonra bir əlin onun çiyninə toxunduğunu hiss etdi. Refleks olaraq diksinib arxa tərəfə çöndü. Bu, Fərhad idi. Üzü qan içində, tanınmaz hala düşmüş Fərhad. Başı o axmaq, yekəpər adama o qədər qarışmışdı ki, Fərhadı tamamilə unutmuşdu.

- Ah, Fərhad. Gör, səni o əclaf nə günə qoyub! Sənə lazım idi bu?! Zibilə saldın özünü!

- Gəl, polis gəlməmiş buradan uzaqlaşaq,- deyə Fərhad Səmanın dediklərinə fikir verməyərək qanlı əli ilə onun əlindən tutdu.

- Sən o yekəpərlə dalaşanda mən polisə zəng vurub hər şeyi izah etdim. Narahat olma. Onlar gələndə artıq biləcəklər ki, kimi aparmaq lazımdır,- söyləyərək Səma Fərhadın əlini öz əli ilə bir az daha sıx tutdu.

Artıq yağış başlamışdı və çiskin şəkildə, aram - aram yağırdı. Onlar isə səssizcə, heç nə danışmadan küçə ilə gedirdilər. Onların bu səssizliyi bu dəfə heç də gərgin deyildi, əksinə hüzur dolu idi və bu hüzura yağışın səsi rəng qatırdı. Əsl yaz yağışı idi. Səma uşaqlıqdan yağışı sevdiyindən indi ləzzətlə yağışın altında gedirdi. Fərhada tərəf baxdı. Ay işığı Fərhadın ciddi üzünün bir tərəfini işıqlandırır və yağış damcıları axaraq üzündəki qurumuş qanın bir hissəsini də aparırdı. Fərhadın qaşları düyünlənmişdi, yaman fikirli görünürdü.

- Səma, üşümürsən? Maşın yaxındadır. Çatırıq,- deyə Fərhad nəvazişlə Səmaya, üstündə kiçik yağış damcıları parlayan saçına baxdı və ona neçə müddətdən sonra kiçik bir gülümsəmə verdi.

- Yox, narahat olma. Mən o qədər yağışı sevirəm ki, bütün günü yağış altında gəzə bilərəm,- deyə Səma da gülümsəyərək ona qarşılıq verdi.

Nəhayət, Fərhadın maşını uzaqdan göründü. Onlar maşına çatıb əyləşdilər.

Səma narahat halda Fərhada baxıb:

- Fərhad, bəlkə maşını mən sürüm? Axı sən yarı sərxoşsan. Sürə bilməyəcəksən.

- Səmam, narahat olma. Yağışdan və bayaq aldığım zərbələrdən olan - qalan sərxoşluğum da yoxa çıxıb.

" Səmam. " Necə də gözəl, nəvazişlə, sevgi dolu səslənir bu kəlmə sevdiyin insanın dilindən!... Bircə kəlmə, amma milyonlarla məna və hisslər. Sənə sahiblənmiş kimi... " Sən yalnız mənə aidsən! Yalnız mən səni sevə bilərəm! Yalnız mən gözlərinə baxıb hər şeyi anlaya bilərəm! Yalnız mən saçını oxşaya bilərəm! Yalnız mən əllərindən tuta bilərəm! " deyir sanki bu kəlmə.

Səma bir anlıq bu kəlməni eşidərək özünü itirib sadəcə susdu və şirin bir gülümsəmə ilə kifayətləndi. Düşündü:
" Səmam " - bu söz sadəcə səhvən çıxıb onun ağzından ya da o, səhv eşidib. Fərhad ki, ona sevgisini açıq deməyib, demək ki, ciddi bir şey də yoxdur arada. O sözü romantizmlə bəzəmək mənasızdır. Heç "Səmam" sözünü ona baxıb söyləməyib də. Bəsdir fikirlərində boş xəyallar, fantaziyalar qurdun, Səma! Nə zaman görmüsən ki, xəyalların gerçəkləşib, hə?! Ola bilər ki, görmüsən, əzizim, amma yuxularında! "

Fərhad isə qol saatına baxıb:

- Bəlkə mənim evimə gedək? Çox gecdir daha. Buradan sənin evinə isə çox uzaqdır. Mənim evim isə yaxınlıqdadır. Sabah isə lap səhər tezdən səni evinə apararam, oradan da işə. Necə düşünürsən?

- Oldu. Mənim üçün bir problem yoxdur.

Fərhad mühərriki işə salmaq istəyəndə "Dayan, gözlə! " çığırtısını eşitdi və Səmaya diqqətlə baxıb bu səsin ondan çıxdığına, həqiqətən, təəccüb etdi. Səma özü də bu səsin ondan çıxdığına çaşmışdı və bir az utanmışdı da. Amma sonra söhbətin nədən gedəcəyini xatırlayıb üzünə əsəbi və ciddi görkəm verdi, qaşları çatdı, dolğun dodaqları bir xətt boyunca yığıldı.

- Dayan... dayan. Sən...sənin yanında bu gün bir qız görmüşdüm. Yarı çılpaq,- görünürdü ki, Səma bu qızdan qıcıqlanaraq danışır,- əməlli - başlı flirt edirdi sənlə, sən də ki maşallah gözəl gülüşünlə ona qarşılıq verirdin. Mənim bilmədiyim nəsə var? Varsa, indi və bu dəqiqə de! Sonra gec olacaq.

Fərhad 1 - ci söhbətin nədən getdiyini anlamayıb əli ilə yarı göyərmiş, yarı qızarmış gözlərini sildi. Sonra hər şeyi anlayıb bicliklə Səmaya baxdı, gülümsədi.

- Həə, Röyanı deyirsən? O, mənim əmim qızıdır. Soruşdu ki, niyə belə bikefəm? Mənim dərd çəkməyimin səbəbkarı kimdir? Məni kefimi açmaq üçün kluba çağırdı. Mən də zarafatla, gülərək təklifdən imtina edib tək - tənha bara gəldim. Aramızda heç bir şey yoxdur. Hətta dostluq da!

- Dost deyilsinizsə, səni niyə kluba çağırır?

- Off, Səma, dedim axı kefimi açmaq üçün. Heç amma soruşmadın ki mənim bikef olmağıma səbəbi, daha doğrusu, səbəbkarı kimdir? ,- deyə Fərhad yarı əzilmiş üzü ilə utanmaz - utanmaz göz də vurdu.

- Mənim nəyimə lazımdır, sənin bikef olub - olmamağın? - söyləyərək Səma qollarını çarpazlayıb acıq verici baxışlarını Fərhada atdı.

- Əzizim, onda məni niyə Röyaya qısqanırsan?

Səma hirsindən qızarıb: " Kim dedi ki, mən səni qısqanıram?! Özündən razı!- sərt şəkildə üzünü pəncərə tərəfə çevirib,- nə dayanmısan?! Sür də maşını!" dedi.

Fərhad Səmanın bu halını ilk dəfə görürdü və Səmanın Dostun "rəfiqə"sini qısqanması ona ləzzət verirdi. Qəhqəhə çəkib gülərək başını sağa - sola hərəkət etdirib incik düşmüş Səmasına baxdı və mühərriki axır ki, qoşub yola düşdü.

- Çatdıq, balaca, oyan,- söyləyərək Fərhad yavaş toxunuşla yuxuya getmiş Səmanı oyatmağa çalışdı,- hey, oyan. Səni məmnuniyyətlə qucağımda aparardım, amma bilirəm ki, bunu biləndə hay - küy salacaqsan.

Ona cavab olaraq Səma dodaqaltı mızıldadı, sonra gözlərini açıb Fərhadın sevimli qəhvəyi gözlərinə baxdı.

- Hə, durursan yoxsa özüm aparım səni?

- Dururam, dururam.

Maşından düşəndə qarşısında Bakıdakı yaşadığı binasına bənzəyən 17 mərtəbəli bina gördü. "Görən bu manyakın evinə gəlməklə düz hərəkət etmişəm? " deyə düşünüb Fərhadın dalınca liftə mindi. Fərhad 15 düyməsini basanda Səma lap qorxdu.

- 15-ci mərtəbədə yaşayırsan? Birdən lift dayandı onda neynəyəcəyik?

- Nə edəcəyik? Yaxşı sualdır! Qaranlıqda oturub dərdləşəcəyik. Necə fikirdir? Balaca, liftlə getmək istəmirsənsə, buyur pilləkən səni gözləyir,- deyə Fərhad həmişəki zarafatlarından qalmadı. Səma isə gözlərini hirsindən qıyıb daha heç nə demədi.

- Öz də mənə belə baxma. Hələ sənin o bara niyə gəldiyini soruşmamışam. Hə, nə işin var idi sənin orda?

- Sənə qalmayıb, Fərhad.

- Səma... Səndən cavab gözləyirəm, deməsən, getməyəcəyik,- deyə Fərhad lifti bir düymə ilə dayandırdı. Liftə yüksək səs saldı və ətrafa qaranlıq çökdü.

- Dəlisən sən?! Düzəlt lifti! - Səma Fərhadın bu tərsliyinə və birdən - birə belə ciddiləşməsinə çaşıb qalmışdı,- düzəlt dedim sənə, Fərhad!

- Cavab ver, Səma, - Səmadan fərqli olaraq Fərhad çox sakit tonda danışırdı.

- Ay Allah! Bara getməkmi olmaz?

- Sən elə - belə bara gedənlərdən deyilsən! Buna nəsə səbəb var və məndən gizlədirsən, Səma. İndi isə cavab ver.

Səma susurdu, bilmirdi nə bəhanə gətirsin.

- Mən sadəcə səbəbsiz bara getmişdim, Fərhad, dəyişiklik olsun deyə. Mohito içib qayıdacaqdım. Bu qədər. Şişirtməyin yeri deyil. İndi isə düzəlt lifti,- Səma Fərhad inansın deyə düz onun gözlərinə baxırdı. Deyəsən, o, inanmışdı da.

Fərhad dərindən nəfəs alıb düyməni basdı və 7 - ci mərtəbədən lift yenidən qalxmağa başladı.

Fərhad mənzilinin qapısını açıb birinci Səmaya yol verdi sonra isə özü də daxil olub otağın işığını yandırdı. Zal qara və ağ rəng tonlarının birləşməsindən ibarət idi. Mərkəzdə qara, dərili divan və kreslo var idi. Divarda isə qan qırmızısı və qara rənglərdən ibarət cəlbedici rəsm əsəri var idi.

- Sən burada otur, özünü evindəki kimi hiss elə. Mən yuyunum gəlirəm.

- Gözlə, mən üzünün yaralarına baxaram. Hər halda, bu yaralara səbəb mən idim.

- Burada otur, özüm nə lazımdırsa, edərəm. Mətbəx də sağ tərəfdədir, nəsə lazım olsa götür ordan.

- Fərhad, indi də niyə mənə belə etinasız yanaşırsan? Xasiyyətin hər dəqiqədən bir dəyişir, xamelyon kimisən lap. Ya şən olursan, ya bic - bic baxırsan, ya ciddi olursan. Olmaz axı! Adam onu sevənlə belə oy - na - maz! - axırıncı cümləni yavaş səslə demişdi, amma yenə də əli ilə ağzını tutdu. Qabağında hirsli - hirsli baxan Fərhad isə yox idi,- heç adamı da dinləməyi bacarmırmış bu! - deyib Səma Fərhadı axtarmağa başladı. Dəhlizdə bir - bir otaqları gəzib, nəhayət, 3 - cü qapıda su səsi eşitdi və həmin otağa daxil oldu. Bu yataq otağındakı rənglər isə tünd göy və bir az tonlarının qarışığından ibarət idi. Otaqda iki nəfərlik yataq, kiçik iş masası, paltar şkafı vardı. Artıq heç nə yox idi.

Su səsi eşidilən qapıdan yeni geyimdə və əlində ilk yardım zamanı lazım olan ləvazimatlardan ibarət kiçik ağ çanta vardı. Fərhadın üzü qandan tamamilə təmizlənmişdisə də, qaşındakı, gözünün qırağındakı, dodağındakı yaralar göz oxşayırdı. Fərhad Səmanı görüb bu dəfə gülümsədi:

- Səni bir otaqda saxlamaq üçün, deyəsən, bağlamaq lazımdır. Başqa cür mümkün deyil, balaca.

- Bəsdir mənə balaca dedin. Ondansa çantanı bura ver,- söyləyib Səma Fərhadın əlindən çantanı aldı,- otur yatağa.

Fərhad oturandan sonra Səma çantadan spirt və pambıq götürərək bir az Fərhadın üzünə tərəf əyilib pambıqla qaşındakı yaraya toxundu.

Fərhad sızıldayıb başını geri çevirdi və əli ilə "dayan" işarəsi etdi.

- Sən mən düşündüyümdən də səbirsiz və dözümsüzsənmiş. Qoy hamısını edim. Bilirəm, incidir amma keçəcək.

Fərhad ufuldayıb yenə başını qabağa gətirdi. Səma dodağını dişləri ilə sıxaraq pambığı yavaşca sanki incitmək istəməyərək yaralara toxundururdu. Bu arada isə Fərhad Səmanın üzündən gözlərini ayıra bilmir, sanki bu an yox olacaqmış kimi son dəfə ona baxır, üz cizgilərini, səma rəngli gözlərini əzbərləməyə çalışırdı. Səma çantadan leykoplastr götürüb yaralara yapışdırmağa başladı. O, Fərhadın ona baxdığını hiss edirdi, bundan sıxılırdı, amma heç nə demirdi.

- Və bu da axırıncı. Üzündəkilərin hamısını bağladım. Maksimum bir həftəyə keçər, narahat olma,- Səma sonda Fərhada baxdı. Fərhadın baxışlarında sevgi duyulmaqla yanaşı, bir kədər, iztirab da duyulurdu. Axı nə idi onu belə kədərləndirən? Səma ona kömək edə bilərdimi? Səma idimi onun dərmanı? Yoxsa Səma idimi ona dərd verən?

- Çox sağol, Səma,- Fərhad əli ilə Səmanın üzünə düşmüş saç telini geriyə çevirib qısa saçlarını, sonra isə yanağını oxşadı. Səmanı isə bu incə toxunuşlar gözlərini yummağa vadar etmişdi. Fərhad əli ilə Səmanı yanında otuzdurub ona baxdı.

- Fərhad... - Fərhad barmağı ilə Səmanın dodaqlarına toxunub, - sus və məni dinlə,- Fərhad Səmaya o qədər yaxınlaşmışdı ki, Səma onun nəfəsini üzündə hiss edirdi,- Mən... Mənim çoxdandan bəri sənə qarşı hislərim var. Amma bunun qarşılıqlı olub - olmamasını dəqiq bilmirəm. Amma bunu yadında saxla ki, Mən Səni Çox Sevirəm. Buna inanmalısan. Mənə inanmalısan. Sənin inamına, güvəninə çox ehtiyacım var, Səmam. Sənin mənə inanmağın üçün əlimdən gələni edərəm, gözləyərəm. Mənim belə səbirsiz olmağıma baxma, sənin sevgini qazanmaq üçün mən bir ömür boyu gözləyə bilərəm. Düzdür, dəyişkən oluram, nə dediyimi bilmirəm, gah sənlə zarafat edirəm, gah kobud davranıram. Amma bütün bunlara səbəb sənsən. Səni, o gözəl mavi gözlərini görəndə ürəyimin döyüntüsünün səsini eşidə bilirsənmi, Səmam? Əllərimlə sənin əlini tutanda əllərimin necə əsdiyini hiss etmisənmi, Səmam? Mən sənin o gözəl üzünü sən yaz yağışını sevən kimi sevirəm. Mən sənin gülüşünün səsini, sən yağışın səsini sevən kimi sevirəm. Mən səni göydəki parlaq ulduzlar qədər, göydən yağan yağış damcıları qədər sevirəm, Səmam,- Fərhad bu vaxt ərzində gözlərini Səmanın gözlərindən ayırmır, əllərini buraxmırdı sanki Səma bu dəqiqə gedəcək kimi, - ola bilər ki, sən indi mənim dediyim sözləri boş və mənasız hesab edirsən. Amma bir gün gələcək, sən mənə və mənim sevgimə inanacaqsan. Buna söz verirəm. Gecən xeyirə qalsın.

Fərhad bunu deyib Səmanın gözlərindən, alnından və yanağından öpdü. Onu gözləri bərəlmiş və gözləri yaşlı halda qoyub otaqdan çıxdı.

Özümün yazdığı belə romantik cümlələrə heç özüm də inanmıram, amma arada mənə ilham gəlir və təəccüblənməməliyəm)) Bəs siz bəyəndinizmi? Fərhadın səmimiliyinə inanırsınızmı? Sizcə Səma ona inanmalıdır ya yox? Fikirlərinizi maraqla gözləyəcəm. Hər bir oxuyucumun fikri mənim üçün ayrıca vacibdir^^




Continue Reading

You'll Also Like

1.5M 90.6K 40
နေမင်းတမာန်-"ခုလောဆယ်ကိုယ်က ဒုတိယူလူဖြစ်နေပေမဲ့ လျမ်းထက်မောင်ဆိုတာ အစောထဲကကိုယ်ဟာပါ~" -------------------------- လျှမ်းထက်မောင်-"နေမင်း ကငါအတွက်အရံ~...
467K 44.8K 46
အ​ေမွာင္​ထုသာ စိုးမိုးထားတဲ့ အျခားတစ္​ဖက္​မွာ .. ​ကြၽန္​​ေတာ္​က အလင္​း​ေရာင္​​ျဖာလင္​း​ေပးရမယ္​့ လမင္​း.. က်ိန္​စာလား လက္​​ေဆာင္​လား ?? ကြၽန္​​ေတာ္​...
62.4K 2.8K 10
• එක් කණ්ඩායමකට එරෙහිව කණ්ඩායම් හතරක් 🥀 • දක්ෂ රණශූරයන් හතක් 🥀 • ඒ අතරේ තමන්වම සොයන කෙනෙක් 🥀 • දරුණු නමුත් අහිං...