Sənə İnanıram

By themoonandsky

31.8K 4.3K 801

Təsəvvür et ki, səni izləyirlər. Sən bütün baş verənlərdən sonra həyatına yeni səhifə açmaq istədiyin halda... More

Proloq
1. Dənizdə batmış fikirlər.
2. Yuxusuzluq bəlası.
3. İş təklifi.
4. Yeni həyata ilk addım.
5. Keçmiş xatirələr.
6. " Dəlisov " qız.
7. Moskva gəzintisi.
8. Gizli kabinet.
9. Naməlum nömrə.
10. Buz meydançası yaxud ilk vurğunluq.
11. Cənab və rəfiqə.
12. İşıqsız küçə.
13. Dostla tanışlıq.
14. Alınmayan "romantika"
15. Güvən zərfi.
16. Qorxunc həqiqət.
18. Etiraf yağışı.
19. Çətin seçim arasında qalmış iki insan.
20. Qalaktikaya aşiq olmuş oğlan.
21. Qəlbimin Səması.
22. Qorxmuş qızcığaz.
23. Satqın!
24. "Polis"lər.
25. Saf insanların yalanları.
26. Qorxu zəngi və süküt.
27. Moskva sahibinin şərti.
28. Donmuş qumdan qəsr.
29. Neçə ildən sonra peşman O.
30. Mükəmməl plan.
31. Səma məcaraları.
#Xəbərdarlıq
32. Mürəkkəblə yazılmışlar.
33. Son
Epiloq
Təşəkkürlər

17. Qısqanclıq alovu.

657 121 14
By themoonandsky


Bu tanış siluet qısa müddət ərzində Səmanın qəlbini normaldan daha tez döyünməsinə, Onu görəndə səbəbsiz gülümsəməsinə, O, Səmaya gülümsəyəndə isə onun daxilində "kəpənək uçuşması"na səbəb olan biri idi. Siz soruşacaqsınız ki, bu qısa müddət ərzində bu lənətə gəlmiş, insanı həm xoşbəxt edən, həm əzab verən, yalnız kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz, "Sevgiyə inanmıram! " deyə - deyə ona qəlbimizin lap dərinliklərində inandığımız Sevgi adlı məhfum Səmada haradan yaranıb? Bəs o söz vermişdi ki, daha sevməyəcək? İnanmayacaq? Nə oldu axı birdən-birə o soyuq davranan qıza? Biz - insanlar çox şey deyə bilərik! Amma bu sevgi insanın dediyi ilə oturub - duran bir hiss deyil axı! O, xəbər vermədən gəlir, qəlbdə düzəlişlər edir, köhnə yaraları sağaldır, qayğısını çəkir, amma birdən gedir. Getməyi ilə də hər şeyi məhv etməyi bir olur: Təzə yaralar da açılır, köhnələr də qanayır. İndi Səmada hələ sevgi getməmişdi. Sevgi öz oyununu təzə başlamışdı. Onun Səmaya aid planları vardı, hansı ki siz bu haqda sonra xəbərdar olacaqsınız.

Səma lap ilk baxışdan Fərhaddan xoşu gəlmişdi. Bu gəncin gözlərinə baxanda Səma qeyri - ixtiyari ona bütün qəlbi ilə inanıb güvənmişdi. Səma bunu nə qədər israr etsə də, bu dəyişməz bir şey idi. Hətta Səmanın özü bu hislərinə təəccüb etmişdi, buna inanmaq istəmirdi, amma bu belə idi.

İndi bu oyununun baş qəhrəmanı olan Fərhad gözəl bir qızla parkın yaxınlığında söhbət edirdi. Qıraqdan bu adi bir söhbət idi. Amma baş qəhrəmanı sevən Səma təzə gələn, onun qəhrəmanını ələ keçirməyə can atan və artıq olan obraza heç də şad deyildi. Qız bu soyuq havada ayaqlarını güclə örtəcək ətək, nazik gödəkcə və onun altında isə sinəsinin yarısı bayırda qalan köynək geyinmişdi. Səma hirsindən gözlərini qıyaraq ürəyində "Vacibdir axı soyuqda hər yerini oğlanlara göstərəsən!" demişdi.

Dünyadan xəbəri olmayan qızı Səma fikirlərində o uzun, düz, qara saçlarını yolmuşdu, saçını keçəl qırxıb qaynar bir qazana salıb o ki var qaynatmışdı, sonra elə bu bəs deyilmiş kimi dərisini çıxartmışdı və s. Bütün bunlar xaricdən mələk üzlü görünən qızın başında baş verirdi. Bəli, qısqanc qız bütün bunlara qadirdir, ona görə ya ondan uzaq olmaq, ya da yanından heç getməmək lazımdır.

Səmanı Fərhadın o qızla danışması yandırmırdı. O, ona hirslənirdi ki, bu qız arsız - arsız Fərhada gülümsəyir, onunla flirt etməyə çalışır, bu gənc oğlan isə ona qarşılıq verir. Bəs o qəmgin üzlü, Səmanın ona inanmağını, güvənməyini istəyən Fərhad hara yoxa çıxıb? Deməli, bütün oğlanlar eyni imişlər! Səmanı hirsindən soyuq havada isti basmışdı, birinci gedib onlara öz "gözəl" sözlərini demək istəsə də, sadəcə susdu.

Çətinliklə də olsa, gözlərini "sevimli" cütlükdən ayırıb bulkasına baxdı. Daha doğrusu, bulkanın qalıqlarına... Heç xəbəri olmadan şirin bulkanın hamısını yeyib qurtarmışdı. Qolundakı saatına baxdı. Saat 19:23 idi. Yadına düşdü ki, bara getməlidir.

O qədər parkda oturub xəyallara dalıb ki, saatdan xəbəri olmayıb. Cütlüyə baxanda artıq onlar görünmürdülər, yəqin ki, getmişdilər. Fərhada hiss etdiyi qısqanclıq hissi tamamilə fərqli gəlirdi Səma üçün. Məsələn, Cəmili rəfiqəsi Aynur ilə görəndə o, sadəcə aldadıldığı üçün incimişdi. Amma Fərhada qarşı olan sevgi tam başqa idi. Amma bəs həqiqətən qarşılıqlı idimi?

Yanına baxanda qovluğu gördü. Ona baxmağı tamamilə unutmuşdu. Hamısı da fikrə dalmasının üzündən. Qovluğu çantasına qoyub taksi axtarmağa başladı.

Avtobusla getməyi heç sevməzdi, çünki oradakı cürbəcür insanlar onu baxışları ilə sıxırdılar. Hələ hərəsi bir tərəfdən ağzıaçıq Səmanı gözləri ilə yeyib və yaşlı qadın dura - dura guya centlmenliyini göstərmək üçün Səmaya yer verən oğlanları təsəvvür edəndə lap dəli olurdu.

Nəhayət, taksi tapıb evinə doğru getdi. Taksidən pəncərəyə baxanda havanın tutulmasına diqqət etdi. Qara buludlar bir - birinə sıxılaraq qalın bulud qatı yaratmışdılar. "Yəqin, yağış yağacaq." deyə düşündü Səma. Evə doğru yolun yarısında xatırladı ki, evə getsə bara vaxtında çatmayacaq. Ona görə taksiyə "Mojito" bara aparmasını xahiş etdi.

Barın qabağına çatdıqda Səma taksiyə məbləği ödəyib maşından düşdü. Bar xarici görünüşdən yaşıl və qəhvəyi tonlardan ibarət bir tikili idi. Artıq qaranlıq olduğundan barın yuxarısında "Majito" yazısı yaşıl rəng işıq saçırdı. Barın qapısının qabağında əzələli 2 metr boyunda bir cangüdən dayanmışdı ki, Səmanı şübhəli nəzərlərlə süzürdü. Səma özü ona yaxınlaşıb:

- Şəxsiyyət vəsiqəmi göstərmək lazımdır?

Cangüdən bir daha Səmanı süzüb: "Yox, gedə bilərsiniz,- deyə bütünlüklə qapını tutduğu sahədən qırağa keçib Səmaya yol verdi.

Bara girən kimi yüksək tonda musiqi Səmanın qulaqlarını tutdu. Ətrafa göz gəzdirəndə oturmaq üçün 3-4 kiçik masa və stullar olduğunu gördü. Masaların hamısı da dolu idi. Səma məcbur hündür oturacaqlardan birinə əyləşib masadakılara baxmağa başladı. Saat 20:05 idi. Yəni qatil artıq burada olmalı idi. Birinci masada gənc cütlük idi. Digər masada ortayaşlı kişilər sərxoş halda qəhqəhə çəkib gülürdülər. Digər masada isə kişilərin əvəzinə ortayaşlı qadınlar əllərində siqaret çəkə - çəkə söhbət edir, içkilərindən içirdilər. Səma bu iyrənc mənzərədən üzünü turşudub barmen tərəfə baxdı. Barmen gənc və yaraşıqlı oğlan idi. Səmanın ona baxmasını görüb gülümsəyərək dedi: (söhbət əslində rus dilində gedir)

- Xanım, sizə nə təklif edə bilərəm?

- Elə mahito verin, zəhmət olmasa.

- Baş üstə, bu dəqiqə hazır olacaq.

" Yaxşı, bəs mən bu qədər insanın içində qatili haradan tanıya bilərəm ki? Qatil burada kim desən ola bilər. Düşdüyüm işə bir bax da." Səma hirsli - hirsli düşünürdü.

- Qardaş, mənə bir bokal da ver.

Bu da milyonlarca insanların içində tanıya biləcəyi səs... Səma səs gələn tərəfə boylanıb uzaqdan Fərhadı sərxoş halda və tək gördü. Fərhad isə Səmanı, deyəsən, görməmişdi. Səma tez üzünü yana çevirib saçları ilə də üzünü örtdü.

"Of Fərhadın burada nə işi var? Bəs o gözəlçəsi niyə yanında yoxdur? Gərək bura gəlməyə idim. Üzünü heç vaxt görmədiyi qatili burada tapa biləcəyini düşünmək belə mənasız idi!"

Səma ona verilən mahitosundan biraz içib və barmenə məbləği ödəyib heç Fərhad tərəfə baxmadan bardan çıxdı. Taksi dayanacağı olan küçəyə tərəf gedəndə bir əl onu saxladı:

- Gözəl, istəyirsən mən səni aparım? - bu sözləri deyən bayaq barda oturan kişilərdən biri idi. Səmanı təəccübləndirən o idi ki, kişi azərbaycan dilində danışırdı. Qara və biraz dən düşmüş saçları var idi və üzü təzəcə çıxmış tüklərlə örtülmüşdü. Güclü birinə bənzəyirdi. Ona görə Səma ilk öncə nəvazişlə hərəkət etməyi düşündü.

- Yox, çox sağolun. Taksi ilə gedəcəm mən.

- Əşşi niyə narahat olursan, gözəl qız. Adam bir millətdən olandanmı qorxar? - adam gülümsümüşdü. Amma bu çox süni gülüş idi. Gözlərindən onun məqsədinin tam ayrı olması çox gözəl gözə çarpırdı. Bəlkə elə qatil bu idi?

- Yox, yox, istəmirəm. Məni artıq orada taksi gözləyir,- deyə Səma da üzünə süni gülüş salıb taksi tərəfə getmək istədi. Lakin onun əlini tutan nəhəng əl onun qolundan tutaraq özünə tərəf çəkdi.

- Dedim ki, mənimlə gələcəksən,- deyə kişi səs tonunu qaldırdı və Səmanın qolunu daha bərk sıxdı. Kişi danışanda nəfəsindən siqaret və alkoqollu içki iyi qarışaraq iyrənc bir qoxu verirdi. Səma üzünü bu qoxudan turşudub:

"Ay Allah, niyə belə pis işlər onsuz da başı bəlada olanın başına gəlir?! Yəni dünyada başqa adammı yoxdur? Problemlərim qoy qurtarsın, sonra təzəsi gələr də. Bəs mənim başıma niyə problem üst - üstə gəlir?!" deyə düşünərək Səma dartınmağa, qışqırmağa başladı. Adam isə onu öz maşınına doğru aparmağa davam edirdi. Adam içkili olsa da, ağlı yerində idi. Yəqin az içmişdi.

- Ey, Azıx mağarasından gəlmiş, əl çək o qızdan! - bu da içkili Fərhad. Bir o çatışmırdı! Fərhad adama bir az da yaxınlaşaraq, - eşitmirsən məni? Yoxsa karsan? Dedim burax qızı!

Adam bir qolu ilə Səmanı, bir qolunu da Fərhad tərəfə uzadaraq qışqırmağa başladı:

- Sən kimsən e? Get cəhənnəm ol südünü iç yat!

Tərslikdən küçə bomboş idi, tək - tük adam keçirdi ki, onlar da bu mənzərəni görüb yolunu dəyişirdilər. Heç birinin də ağlına gəlmirdi ki, polis çağırsınlar.

Fərhad Səmaya baxaraq "Hər şey yaxşı olacaq!" baxışları atıb göz vurdu. Sonra da biraz da yaxınlaşıb adamın üzündən vurdu. Daha doğrusu, vurmağa çalışdı, amma adam bir əli ilə yumruğu tutdu. Əli ilə məni maşına salıb Fərhadın üstünə cumdu və onu divara sıxaraq vurmağa başladı. Fərhad da onu.

Səma qorxusundan əlləri titrəyə - titrəyə çantasından telefonunu götürüb polisə zəng vurdu. Küçənin adı dedi.

Artıq adam Fərhadı pis vururdu. Səma çantasından tapancasını götürüb səs salmadan maşından çıxdı. Adamın başı döyməyə yaman qarışıq idi deyə Səmanın addımlarını eşitmədi. Səma isə tapancanın qırağı ilə düz onun gicgahına vurdu. Adam üzünü çevirib nə baş verdiyini anlamaq istəsə də, zərbə təsirini göstərdi və kişi bütün gövdəsi ilə yerə yıxıldı.

Ümid edirəm ki, bölümü bəyəndiniz. Artıq hekayənin də sona çatmasına az müddət qalıb. Heç hekayəni qurtarmaq istəmirəm)) Amma bunu etməliyəm.

Xoş oxumalar! Fikir bildirməyi unutmayın! :)

Continue Reading

You'll Also Like

31.6K 1.7K 21
(Unicode&Zawgyi) သူနဲ့ ပတ်သက်သမျှ အရာအားလုံးဟာ နက်နဲသော ရှုတ်ထွေးမှု များစွာနဲ့ သိုလ်ဆိုတဲ့ လူတစ်ယောက်အကြောင်း။ အပြစ်ရှိတဲ့ တရားခံတိုင်းကို အလွတ်မပေး...
389K 69.3K 74
Title: Death Progress Bar "生存进度条" Author: Can't Play Chess(不会下棋 ) ရဲဝန်ထမ်းတစ်ဦးဖြစ်သည့်ရှီကျင်းသည် သူခိုးနောက်သို့လိုက်ရင်း ကုန်တင်ကားတိုက်မိကာ... သ...
64K 3.7K 21
မဟူရာ အစိမ်းရောင် မျက်ဝန်းတွေနဲ့ မွေးဖွားလာခဲ့တဲ့ အမြွှာနှစ်ယောက်ထဲက ညီမဖြစ်သူ မဟူရာ ။ မဟူရာက မျက်ဝန်းအရောင်တင် မဟုတ်ဘဲ ထူးခြားသော မွေးရာပါ သဘာဝလွ...
16.9K 1K 13
အချစ်ဇာတ်လမ်းလေးဆိုပေမယ့် ပရလောက ဆန်ဆန်၊ လျှို့ဝှက်သည်းဖို ဆန်ဆန်ရေးထားတာပါ။ အစမှာ မာန်ရှင်းဆိုတဲ့ ကောင်လေးက ယာဉ်မတော်တဆမှုနဲ့ ဆေးရုံပေါ်ရောက်နေပြီး...