Bölüm 8

17 1 41
                                    



Səhər oyanıb nəsə dəyişdi? Yox.

Minseok, hər gün olduğu kimi yatağından durub, özü üçün kofe hazırlayıb, mətbəxtdə olan pəncərədən çölə baxırdı. Əvvəl belə dayanıb, öz keçmişini, ailəsini və işini düşünərdi. Bəlkə də azca Jongdaeni. Ancaq indi o, nəyinki Jongdaeni həmçinin Sehunu, Yeri'ni və Baekhyunu düşünürdü. Amma o bunu etməkdənsə, özünü düşünməli idi. Həmişə ki kimi özünü yox digərlərini düşünürdü. Bəlkə elə ona görə onun həyatı belə qarışıqdı.

Minseok, əlində olan azca soyumuş kofesindən qurtdum edib, gözünü pəncərədən çəkdi. O, cibində olan telefona göz gəzdirib,səssizə qoyaraq işə tələsməyə başladı.

Bütün günü - o kağızları gətir, bu əmrləri payla, buna qol çək, bunu et, onu et'ləri ilə keçdi. Nədənsə bu Minseoku heç yormadı. Əksinə o bütün düşüncələrini, kədərini bir qırağa atıb, öz işi ilə məşğul olurdu. Hərdən doğurdan da iş bütün düşüncələrivi arxa plana sala bilər.

Saat 13:10 olardı. Baekhyun Minseokun otağına girib, sakitcə qarşısında əyləşdi. Minseok, bu gün Baekhyunun onun yanına gələcəyini bilirdi, amma yenə də nədənsə həyəcanlanırdı. Ona görə, özünü toparlayıb yazını qırağa qoyaraq, qarşısında oturan Baekhyuna baxdı. Baekyhyun, ona əvvəl ki tülkü baxışları ilə baxmırdı. Bu dəfə onun baxışlarında ona qarşı narahatçılıq var idi. Baekhyunda həyəcanlı idi. Bu onun barmaqlarını bir-birinə birləşdirərək sıxmasından göstərirdi. Minseok, dərindən nəfəs alaraq,

- Baekhyun. - deyə ona müraciət etdi.

Baekhyun azca diskindi. O, tez barmaqlarını bir-birindən ayıraraq,azca gülümsədi və Minseoka baxaraq,

- Salam Minni bəbəyim.

Minseok, Baekhyunun ona belə müraciət etdiyini eşitdikdə, özünü rahat hiss etdi. Sanki onu bütün günü sıxan bu narahatçılıq bir anlığa yoxa çıxdı. O , Baekhyuna baxaraq gülümsədi.

- İndi minni bəbəyin oldum? Əvvəl mənə axmağım deyirdin. İndi nə oldu? - gülümsəyərək ondan soruşdu Minseok.

Baekhyun, ona bir neçə saniyə gülümsəyərək baxdı, sonra

- Oy, doğurdan ee. Yaxşı ki, yadıma saldın, axmağım. - dedi. Və nədənsə bu anda ikisidə səsli gülməyə başladı. Baekhyun oturduğu stula söykənərək, qarnından tutub ürəkdən və çox ucadan gülürdü. Minseok isə başını qarşında olan stola qoyub, gülməkdən ağlayırdı. Bu gülüşmələri bəlkə çox, bəlkə də çox az bir vaxt sürdü. Bir anlığa bu gülüş səsi, Minseokun ağlaması ilə əvəz olundu. O, başını qaldırıb Baekhyuna baxaraq ağlayırdı. Onun niyə belə etdiyini heç özüdə bilmirdi. O, sadəcə olaraq Baekhyuna baxaraq,

- Bağışla məni Baekhyun. Bağışla..Bağışla.. - ağlayaraq, titrək səslə dedi.

Baekhyun sanki şokdan ayılıb tez Minseokun yanına gedərək onu bağrına basdı. Onun başından sıxal çəkərək,

- Hər şey yaxşıdır, Minni... Yaxşıdır... - deyirdi.

Saat 16:00- i göstərirdi. Minseok və Baekhyun beş dəqiqə olardı ki, ofisin yanında olan bir balaca kafedə oturmuşdular. Minseok, bu saatlar ərzində içində saxladığı o göz yaşlarını Baekhyunun sinəsinə söykənərək tökdü. Baekhyun isə bu saatlar ərzində heç nə demədi. O, Minseoku qucaqlayaraq, başını sığallayırdı. Hərdən "hər şey yaxşıdır. Ağla, sakitləş" deyirdi. Bir neçə dəfə Chanyeol otağa girərək, astaca onlara nəsə lazım olduğunu soruşurdu. Baekhyun isə buna dinməzcə başını etiraz olaraq yelləyirdi. İndi isə onlar kafedə oturub, nədən başlayacağını düşünürdülər. Dostluq etdiyi illər ərzində bu onların ilk belə hadisəsi idi. Və bu onlar üçün çox qəribə idi.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 29, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Hər sualımın cavabı - SƏN!Where stories live. Discover now