Bölüm 6

20 1 36
                                    

  Bu hadisənin üstündən 2 həftə keçdi. Minseok Baekhyunun sözünə qulaq asaraq, qarşıdan gələn həftədən işə çıxdı. Düzdü, işə çıxdığı bir neçə gün onu çoxlu işlə yükləmirdilər. İşdən daha tez buraxırdılar. Minseok buna etiraz etsədə, Baekhyunun "Mən dedim, sən əməl etməlisən" sözündən sonra etirazlar eləcə deyilərək havada qalırdı.Hadisədən bir həftə keçmişdi, Minseok özünü az da olsa yaxşı hiss edirdi. Onu artıq işdən tez buraxmırdılar. Hər şey köhnə axarı ilə gedirdi. Amma nədənsə Minseok bütün işlərini bitirdikdən sonra, otağında tək oturduğunda qapıya baxırdı. O, qapının açılıbda otağa Baekhyunun gəlib, onunla Jongdae barəsində söhbət edəcəyini, ya Sehunun otağa gəlib, onu "Hyung, hyung" deyə çağırması ilə bezdirəcək. Amma günlər bir-birini əvəz edirdi. Nə Baekhyun, nə Chanyeol, nə Sehun, nə də Jongdaedən səs gəlmirdi. Düzdü sonuncu deyilən insandan heç bir səsin gəlməməsi Minseok üçün yaxşı olmasına baxmayaraq, o nədəsə onu görmək istəyirdi. Bu hisslər onu özünü çaşdırırdı. Nə edib, nə etməyəcəyini bilmirdi.

Hadisədən 2 həftə 3 gün keçdi. Minseok, hər şeyin belə sakit olmağına inana bilmirdi. Gün ərzində Baekhyunla təklikdə qalanda, o ona baxıb nəyinsə deyəcəyini gözləyirdi. Amma belə anlarda Baekhyun ona baxıb, "getdik axmağım?" gülümsəyərək deyirdi. Minseok düşünürdü ki, bəlkə bunun belə olması daha yaxşıdır. Amma qəlbi bununla razı deyildi. Onun qəlbi nəsə istəyirdi. Amma nə? Bunu Minseok bilmirdi.

Minseok hadisənin 2 həftə 3 günündə, axşam işdən çıxan zaman düz qapının qarışısında Chanyeolla üz-üzə gəldi. Chanyeol, sanki tezəliklə qapını döymək istəyirdi, amma qapının birdən açılmasına təəccüblənərək bir neçə dəqiqə Minseoka baxırdı.

- Ou, Minseok. – özünə gələrək dedi Chanyeol.

- Axşamınız xeyir, rəis. – səsləndi Minseok.

- Sənə neçə dəfə demişəm, təklikdə olanda mənə Chanyeol denən.

- Baş üstə, Chanyeol.

- Bax belə.

Bu dialoq hər ikisi üçün çox qəribə səslənirdi. Minseok qapını bağlayıb, Chanyeola baxdı. O, sanki Minseoka nəsə demək istəyirdi amma nədənsə çəkinirdi. Onlar hələ bir neçə dəqiqə belə səssizcə dayandılar. Birinci Minseok dözmədi və Chanyeola baxaraq dedi:

- Chanyeol, evə getmək fikrin var?

Chanyeol sanki yuxudan ayılaraq, gözləri bərəlmiş vəziyyətdə Minseoka baxdı.

- Hə, hə...mən evə getməli idi. Hə.. – sakitcə dedi Chanyeol.

- Onda gedək? – Minseok dedi və qapısından bir iki addım uzaqlaşıb Chanyeola baxırdı.

Chanyeol, başını qaşıyaraq Minseoku keçərək,

- Gedək, mən səni evə kimi apararam. – dedi.

Minseok etiraz edəcəydi ki, Chanyeolun növbəti sözləri onun bu etirazın elə deyilməmiş saxladı.

- Etiraz etmək yoxdur. Səninlə söbətim var.

Onlar avtodayanacağa gəlib, maşına mindilər. Maşında olan 7 dəqiqəsində Minseok başa düşdü ki, Chanyeol onu heç də evə aparmır. Onlar müəyyən müddətdən sonra bir kafenin yanında dayandılar. Chanyeol bu yol boyu Minseoka heç nə demədi. Elə indi də heç nə demədən maşından çıxıb,kafe tərəfə yönləndi. Minseokda maşından çıxıb Chanyeolun dalınca getdi. Onlar kafenin boş bir yerində oturub, kofe sifariş etdilər. Minseok gözünü qarşısında olan menyudan çəkib, Chanyeola baxdı. Chanyeolda ona maraqla baxırdı. Minseok vaxtın belə boş-boşa baxmalarla keçməsin deyə,Chanyeola nədən bura gəlib, nədən danışacaqlarını soruşacaydı ki, ofisant onların sifariş etdiyi kofeni gətirərək, onların stolundan uzaqlaşdı. Minseok yenidən öz fikirlərini toplayıb, Chanyeola sualını verəcəydi ki, bu dəfə onu Chanyeol özü qabaqladı.

Hər sualımın cavabı - SƏN!Where stories live. Discover now