Bölüm 7

30 2 72
                                    


Kim Jongdae..

Ondan soruşsaz, uşaqlığında ən gözəl və unudulmaz anı hansıdır, o sizə baxaraq susacaq. Çünki, onun üçün nə uşaqlıq, nə sevgi, nə ailə olub. Özünü başa düşməyə başladığı illərdən ona valideynləri deyildə, dayələri baxırdı. O, əvvəllər bunu heç başa düşmürdü. Ona elə gəlirdi ki, onu qucağına alıb, yanağından öpən onun anasıdır. Amma illər keçdikcə, Jongdae böyüdükcə bunların hamısının ona doğma olmayan insanların olduğunu anlayırdı. Onun hər şeyi var idi. Ev dolu oyuncaqlarla, kitablarla, yeməklərlə. Bir ailə istiliyindən, sevgidən başqa. Onun atası evdə çox nadir hallarda olurdu. Evdə olduğu zamanda, öz otağına bağlanaraq gözdən itirdi. Anası isə hər gün evə ya içkili, ya kimləsə gəlirdi. O vaxtı Jongdae bunları başa düşmürdü. O, başa düşə bilmirdi,niyə onun valideynləri onu görmürlər. Yanından keçəndə, ona baxmadan keçirdilər..

İllər bir-birini əvəz edərək keçirdi. Jongdae böyüyürdü amma evdə olan o münasibət deyişmirdi. Atanın günlərlə evdə olmamağı, ananın hər gün sərxoş gəlmələri dayanmadan davam edirdi..

Yalnız bir dəfə nəsə düz gəlmədi. Jongdae nədənsə məktəbdən tez evə gəlib öz otağına qalxdı. O, bütün dərs gününü məktəbə tezə gələn oğlanı düşünürdü. Nədənsə, bu yeni oğlan onun ürəyini narahat edirdi. Bu isə Jongdaeni özündən çıxardırdı.

O, öz fikirlərinə o qədər qapanmışdı ki, aşaqda gedən davadan xəbəri yox idi. Yalnız, nəyinsə yerə düşərək sınmasını səsini eşirdikdə özünə gələrək, aşağı düşməyə qərar verdi. Bəlkə də, p bunu etməydi daha yaxşı olardı, amma o artıq qonaq otağında dayanaraq valideynlərin necə dalaşmağına baxırdı. Onun atası anasının çiyinlərindən tutub, ona nəsə deməyə, başa salmağa çalışırdı. Ancaq anasını bunu sanki eşitmirdi. O, onu tutan əllərdən tez azad olaraq, stolda olan gül qabını götürüb yerə atdı. Bu zaman atılan gül qabının qırıltıları Jongdaenin düz yanına düşdü. O üzünü qolları ilə bağlayaraq qorunmağa başladı. Və nədənsə otaqda sakitciliyin çökdüyünü hiss elədi. Astaca qollarını üzündən çəkib, valideynlərinə baxdı. O, ilk dəfə idi ki, valideynlərinin ona baxdığını görürdü. Atası nədənsə qorxu, narahatçılıq hissi ilə baxırdısa, anası ona sanki qarşısında dayanan iylənmiş zibil kimi baxırdı. O, nədənsə iyrəncə gülümsəyərək,

- Gör kimi görürük. Minsu, oğlumuz. Ahahahahah- dedi.

Jongdae nədənsə bu gülüş səsindən qorxdu. O, baxışını anasından çəkib, atasına baxdı. O, hələ də ona baxaraq dayanmışdı. Sonra sanki onun beynində nəsə baş verdi ki, sakitcə amma əmr şəkilində,

- Qalx otağına, Jongdae! - dedi.

Jongdaenin gözləri özündən asılı olmayaraq yaşla doldu. O, nə hərəkət, nə də nəsə deyə bilirdi. O, eləcə yerindəcə donub qalmışdı. Atasının səsi. O, ilk dəfə idi ki, atasının səsini eşidirdi. Belə kobud, amma nədənsə ona əziz olan səs...

- Niyə ki? Qoy qalsın!!!- ucadan səslənərək dedi, onun anası.

- Sən sus! - anasına ünvanlanaraq dedi atası.

- Yox! Sən məni susdura bilmərsən! Mən ona hər şeyi deyəcəəm!!! - səs tonunu ucaldaraq dedi anası.

- Dedim sənə sus!!- Jongdaenin atası qadının yanına yaxınlaşaraq, yenidən çiyinlərindən tutaraq dedi. - Sənin bu evdə nəsə deməyə ixtiyarin yoxdu! Sən alçaq bir məxluqsan!!

Hər sualımın cavabı - SƏN!Where stories live. Discover now