Bölüm 1.

83 13 57
                                    

1-ci Bölüm.

-Vurun onu!!
-VURUN!!!

Hər tərəfdən gələn bu səs, yerdə yıxılıb büzüşən balaca uşaq üçün eşidilməz kimi idi. Demək olar o nə hiss edir, nə də eşidirdi.. O sadəcə yerdə öz ayaqlarını sinəsinə birləşdirib eləcə uzanmışdı. Başı üzərində olan oğlanlar isə onu hər tərəfdən vurmağa davam edirdi. Bu balaca zavalı oğlan isə heç zərbələrdən qorunmurdu. Tamamilə özündən getməmişdən qabaq, balaca oğlan kənarda oturub bu vəhşi səhnəyə baxan oğlanın:

- Bəsdi artıq, getdik. - kobud səsini eşitdi..

Minseokun 18 yaşı olardı həyatı iki yerə bölünəndə.
O günü onun məktəbdə buraxılışı idi. Bu il məktəbi bitirənlərin sayı çox idi. Hər tərəf məzunlarla, onların valideynləri ilə dolu idi. Çoxları sevinir, ağlayırdı. Kimin üçün bu buraxılış unudulmaz, kimin üçünsə azadlıq idi. Hər tərəfi səs-küy bürümüşdü. Minseok, qıraqda sevinclə öz valideynlərini bağrına basırdı. Atası və anası öz "balacası" həsab etdiyi balasını bağrına basıb, onu bu buraxılış münasibətilə təbrik edirdilər. O gün Minseok sevinclə yanaşı, hansısa narahatçılıqla valieynlərinə baxırdı. Bu hiss onu iki ya üç gün olardı narahat edirdi. Amma buna çox fikir verməməyə çalışırdı. Onun fikrincə bu narahatçılıq onun məktəb buraxılışından sonra yeni həyat və universiteti ilə bağlı idi. Amma...

- Minseok, bizimlə gəlmirsən? - ondan sinif yoldaşı soruşdu.

- Xeyir. Mən valideynlərimlə birlikdə evə gedəcəm.

Həmən gün, Minseokun sinif yoldaşları buraxılış münasibətilə bir kafedə yığışıb,bunu qeyd etmək istəyirdilər. Minseok, bir tərəfdən razı idi amma nədənsə buraxılışını valideynləri ilə qeyd etmək istəyirdi. Ona görə, sinif yoldaşının təklifinə etiraz etdi. Bunu eşidən valideynləri onun bu buraxılışda doyunca əylənməsini və vaxtını öz sinif yoldaşları ilə keçirməsini bildirdilər. Minseok buna bir neçə dəqiqə etirazla cavablandırırdı amma sonda anasının sözünə qulaq asmalı oldu.

- Minseokki, balam. Biz atanla özümüz avtobusla gedib, evə çatacayıq. Sən heç nəyə görə narahat olma. Əsas sən doyunca əylən.


- Ana...

- Anan düz deyir. Balam, get əylən.

- Bəs ata..

- Yox!Heç nə eşitmək istəmirəm. - səsləndi. - Biz ananla evə çatanda sənə mesaj yazarıq. Razılaşdıq?

- Yaxşı, ata.

Minseok, bəlkə də o günü unutmaz. Bu zavalı oğlan, heç bilmirdi ki, bu valideynləri ilə sonuncu görüşüdür. Elə onu narahat edən o narahatçılıq, məhz onları birdə görməyəcəyinin bir siqnalı idi. Amma o hardan bilərdi ki, bu hamısı onunla baş verəcək.. O hardan bilə bilərdi...

Bu hadisənin üstündən 12 il keçdi. Bu illər Minseok üçün dözülməz ağır idi. O gün, buraxılış günündə valideynləri ilə deyil, dostları ilə əylənməyə gedən bu zavalı uşaq, həyatın məhz onunla belə amansızca oynadığına inanmırdı. O günü, o xatirələrindən heç vaxt silməz. O gündən bəri bu hadisənin baş tutmasının başlıca səbəbkarı özü olduğunu düşünürdü. Ona elə gəlirdi ki, əgər o dostları ilə deyil, valideynlərilə birlikdə evə yola düşsəydi, bəlkə bu olmazdı. Lap olsaydıda, onlar indi o dünyada birlikdə olardı. Çünki, onlarsız olmaq ölümə bənzər idi onun üçün...

Hər sualımın cavabı - SƏN!Where stories live. Discover now