Bölüm 5

19 6 79
                                    



Bölümü belə gec paylaşdığıma görə üzr istəyirəm. Düzü desəm son zamanlar bölümlər çox ağır gəlir mənim üçün. Hər dəfə qəhrəmanlarımın xasiyyətini öyrəndikcə, onların haqqında yazmaq çətin olur. Minseoku əsgər getməsi ilə də, bölümlərin yazılmasına bir ara son verdim. Ancaq indi bu bölümü burda paylaşmaqla, ümüd edirəm ki, yaxın günlərdə və həftələrdə digər bölümlərdə burda öz yerini tapacaq. Çox gözlətdiyim üçün üzr istəyirəm. 

Bölüm nədənsə çox quru görünür elə deyilmi? Oxuyubda öz fikirlərivizi bildirsəz, çooox sevinərəm. İndidən hər birinizə təşəkkürlər. Sizləri sevirəm .  












     - Burax məni!!BURAX! – tutulan qolunu bərk əldən qoparmağa çalışaraq, dedi Minseok. O, onun qolundan dartan Jongdaenin arxasında gedirdi. Bütün gecə içdiyi içkilər, o şərxoşluq tamamilə Minseokun bədənindən və beynindən çıxmışdı. O, yalnız onun etiraz səsinə qulaq asmayan Jongdaenin dalınca gedirdi. Jongdae, onu qolundan tutub, öz maşını tərəfə dartırdı. Maşınına çatdıqda, bir əli ilə qapını açıb, Minseoku maşın salonuna mindirməyə çalışdı. Minseok isə onu tutan əldən azad olub, qaçmaq istəyirdi. Jongdae Minseokun maşına minməmək etirazlarına heç fikir vermədən onu maşına itələyərək mindirdi. Özüdə tez maşınına minib, mühərrəki işə saldı. Minseok oturduğu yerindən tezəliklə tərpənib, əlini qapı tərəfə qoyacaydı ki, Jongdaenin səsi onu dayanmağa vadar etdi.

    - Bir hərəkət Minseok, mən səninlə artıq belə xoş danışmayacam.

Minseok titrək əllərini maşın qapısından uzaq edib, bütün bədəni ilə arxaya söykəndi. O, dərindən nəfəs alıb, baxışlarını Jongdae tərəfə yönlətdi. Jongdae əllərini maşın ruluna qoyub, başını Minseok tərəfə döndərmişdi. Onlar bax beləcə bir-birinə baxaraq oturmuşdular. Minseok öz titrək əllərini bir-birinə birləşdirib, baxışlarını Jongdaedən çəkmək istəyirdi, amma nədənsə ona baxmağa davam edirdi. Onun ürəyi dözülməz döyünüb, nəfəsinin yavaş-yavaş kəsilməsinə, gözlərdə yaşların dolmasına səbəb olurdu. Minseok əllərini bərkdən sıxaraq, azca da olsa özünü sakitləşdirmək istəyirdi. Amma bunun heç bir təsiri yox idi. Minseok gözünü Jongdaeden çəkib, gözlərindən axan göz yaşlarını silməyə başladı. Ancaq nədənsə, bu hərəkət onun daha da çox ağlamasına səbəb olurdu. O, tez-tez gözlərindən axan yaşları silərək, özünü sakitləşdirməyə çalırdı. Amma Jongdaenin sözləri onun bu hərəkəti dayandırmasına səbəb oldu.

   - Niyə həmişə mənim yanımda olanda, sənin gözlərindən yaşlar axır?

Minseok üzündə qalan yaşları silib, verilən sualdan əsəbləşərək Jongdaeyə baxdı və

   - Sən bu sualı verməyə utanmırsan? – dedi.

Jongdae bir əlini ruldan çəkib, Minseoka tərəf uzatdı. Minseok reflektiv olaraq başını arxaya elədi. Amma bu Jongdaeni heç də üzmədi. O, əlini Minseokun üzünə yaxınlaşdıraraq, üzündə olan bir balaca yaşı silərək, dedi:

Hər sualımın cavabı - SƏN!Where stories live. Discover now