Bölüm 2

56 6 143
                                    



 Parti güclü mahnı sədaları, bahalı içkilərin içilməsi ilə sürətlə keçməyə davam edirdi. Partidə olan hər kəs bacardığı qədər əylənir, rəqs edir, yeni tanışlar tapırdılar. Yalnız bu partinin abu-havasını Minseok yaşamırdı. Bu gözlənilməyən, onu bir anlığa hər şeyi unudubda, köhnə məktəb illərinə qaytarmağı bacaran rastlaşma, onu tamamilə bu partiyə həvəsini öldürmüşdü. O bir qıraqda oturub, əlində bahalı viski dolu bakalını tərpədirdi. Bakalda olan viski içkisinin oyandan bu yana necə hərəkət etməsini seyr edirdi. O, köhnə illərinə, keçmişinə qayıtmışdı. O, unudulmaz, ağır illər... 

O keçmiş xatirələrindən oyanmaq istəyi ilə öz baxışını əlində olan stəkandan qaldırıb, qarşısında oturan yeni tanışlarına yönəltdi. Kim Yeri, ayaq ayağının üstünə qoymaqla, Chanyeol və Baekhyunla nədənsə danışırdı. Bu xanım ona nədənsə xoşa gəlməyən hissi verirdi. Yeri gözəl, incə bir xanım olsada,  nədənsə onun Minseoka ilk tanışlıq saniyəsində atdığı baxışdan sonra,  Minseok özünü yaxşı hiss etmirdi. O, Kim Yeriyə baxmağa davam edirdi. Yeri, sanki ətrafda əyləşən kişi nümayəndələrinə fikir vermədən, əynində olan qısa donunu ayaq ayağına qoymaqla daha da qısaltmış edirdi və bu onun bəlkə də kimlərinsə bəyənməsinə səbəb olan ayaqlarını göstərirdi. Minseok, bu mənzərənin elə də gözəl olduğunu düşünmürdü. O, ümumiyyətlə heç vaxt qadınların ayaqlarına baxmırdı. Onun fikrincə, qadın qəlbdən təmiz və mehriban olmalıdır. Onun fikrincə, xanım öz yaşına və özünə yaraşan geyimlər geyinməyi bacarmalı idi. Ancaq bəzi hallarda, o düşünürdü ki,  görünüş o qədər də vacib deyildi.  

Kim Yeri, sanki öz üzərində ona ünvanlanmış baxışları hiss edib, onun istiqamətində baxdı. O, Minseokun ona baxmasını gördükdə, gülümsəyərək ona əlində olan viski bakalı ilə hərəkət etdi. Sanki bir "salam" kimi..  Minseok, onun bu hərəkətindən bir anlığa pis oldu və tez öz baxışını ondan çəkdi. Baxışını ondan çəkibdə, ətrafa baxmaq istədikdə, ona baxan iki cüt göz gördü. Kim Jongdae. O, bütün bədəni ilə oturduğu kresloya söykənib, ayaqlarını azca aralayıb, içki içərək Minseoka qəribə baxışlarla baxırdı. Bu baxışların altında Minseok bütün bədənində titrəmə hiss etdi. Onu sanki soyuq, sonra isti suya saldılar. O, onun bir anlığa ürəyi dəlicəsinə döyünməyə, əlləri tərləməyə başladı. Bu bəlkə də, Jongdae'ni gördükdə həmişə olan bir hal idi, ancaq bu dəfə Minseok hansısa bir qəribəlik hiss etdi. Jongdaenin baxışları. Onlar tamamilə başqa idi. Əvvəllər əgər o,  Minseoka adicə bir zibil kimi baxırdısa,  bu baxışlarda isə hansısa bir ehtiras hiss olunurdu. Bu fakt isə Minseok'u daha da titrəməyə vadar edirdi. O, baxışlarını Jongdaedən çəkib, yerindən bacardığı qədər tez durmağa çalışdı. O, tezəliklə iki addım atmışdı ki, onu Baekhyun çağırdı:

- Minseokki, sən hara belə?

- Ayaqyoluna gedib, gəlirəm. – arxaya dönmədən səsləndi Minseok.

- Yaxşı onda. Tez gəl.

- Yaxşı. – bunu deyib, Minseok sürətlə toletə getməyə başladı.

Düzdü, rəqs edənlər arasından tez hərəkət etmək olmurdu, amma artıq ayaqyolunda olanda Minseok rahat nəfəs ala bildi. O, ayaqyolunun qapısına söykənərək, dərindən nəfəs alırdı. O indi hiss etdi ki, o millət arasından gücnəndə olsa qacanda heç nəfəs almırdı..

O, öz ürəyinin döyüntüsünü, nəfəs almağı normalaşdırdıqdan sonra güzgüyə yaxınlaşdı. Güzgüdən ona yorğun,gözlərdə qorxu hissi olan oğlan baxırdı. Minseok, üzünün yorğunluğunu su ilə silməyə çalışdı. Ona elə gəlirdi ki, əgər bunu etsə, azda olsa üzünün yorğunluğunu ala biləcək.

Hər sualımın cavabı - SƏN!Waar verhalen tot leven komen. Ontdek het nu