★Ailəm★

231 5 1
                                    

Eşqsiz insan kaktusa bənzəyir.Bu cür insanlar Quru səhra kimidir.Onlarla çox vaxt keçirdikcə susuzluğa dücar olursan.Eşq- səhrada su axtarmaq kimidir.Heç Eşq axtarışına çıxmısız? Axtarmayın.O sizin bir addımlığınızdadır.Ona şans verin.Onu tanıyın.Və özünüzü tanıdın.Qoy o tanısın səni!

Bir insanı tanımaq üçün zamana ehtiyac yoxdur.Çünki insan anlayışı çözülməzdir.Ona heç bir zaman yetməz.Kim deyir ki, insan dəyişmir.O insanlar sadəcə həyati dərs almayıblar.Alanlar köklü- surətdə dəyişir.Xeyir! Mən öncəgörən deyiləm.Buna nikbinlik deyilir.Boş sözlərə cavab axtarmayın.Zamanızı düzgün dəyərləndirin.Hər suala cavab verməyin.Hər deyilən sözə əməl etməyin.Hər buyurulan işin dalınca getməyin.Yaşayın özüvüz üçün.Gözləməyin sizi sevsinlər.Sadəcə sevin.İstəylərinizi sevin.İstəy olaraq saxlamayın.Bu mənim fikirlərimdir.Bəzən beyin lampamın ampulaları tez qızır.))) Qaranlıq düşmədən popkornuvu al, kino başlayır.))) Qısa yola keçək.Əvvəlcə özüm haqqımda danışım.Onu deyim ki, mən bir ilahəyəm.))) İnanan daşa dönsün.)))
Bəs yeriyə bilən fəlakət görmüsüz? Təbriklər.Bax o mənəm)))

Öncə ailəmi tanıdım.))) Ailəm 4 nəfərdən ibarətdir.Atam Toğrul , Anam Qəmər, böyük bacım Nuray və mən ★Miray ★

Atam içkiyə meyilli bir insan idi.(Bəli, bəli idi! Keçmiş zamanda.Kim deyir ki, içkini tərgitmək olmur? Bu insana görə dəyişir.Çoxları bunu iradəylə bağlayır.Ancaq mən deyərdim ki, insanı idarə edən haldır! Elə olmasaydı hər gün iqnor halına çatmış suallarla rastlaşmazdıq.Xüsusilə ictimai yerlərdə.Məktəbdə, universitetdə, işdə hər gün soruşulan tək bir sual: "Necəsən" və ya "Halın necədir?" Məndə bu sual artıq qırmızı işıqdadır!
İçkinin siyom qardaşı siqaretdir.Onuda tərgitmək olur.Məsələn mənim babam 30 yaşında siqarəti atıb.Və bir daha yerdən götürməyib.))) Siqaret çirkə qarışan zəhərdir.Çəksən içini, çəkməsən çölünü kirlədir.
İndi isə başa qayıdaq.Atamın bir zamanlar içkiyə meyilli insan olmağından..)
Sərxoşluq təlxəklikdisə, sonluğu faciədir.Niyə insanlar dərk etmirlər ki, bir butulka şüşəsi zamanı silə bilməz.Onun acısını səhəri gün keçirdiyin ağrılarla hiss edirsən.Ondan qaçmaq mümkün deyil.İnsan kölgəsindən qaça bilmədiyi kimi.Tanrı şərabı insanlara cəza olaraq yazdı.Bir gün Tanrını unut, sərxoş ol.Səhərisi gün isə əlini alınına qoy Tanrıya dua oxu.Eyvallah.Çox fəzad bir nöqtədir.Şərabın faydalarından, ya da zərərlərindən danışmaq mənim yaşıma,başıma görə deyil.Bu yeri vərəqləyib keçək )))
Əslində Atam xasiyyətcə çox mülayim insandı.Qəlbi pambıqdır.Deyərdim ondan da yumşaq.Bizi çox sevir.Bizə istədiyi həyatı, şəraiti verə bilmədiyindən məyus olur. Narahatçılıq çəkdiyini gözlərindən anlamaq olur.Bütün bunlar əbəs yerədir.O varkən, mən heç nədən qorxmuram.Mənim şahzadə olmam üçün onun varlığı yetər.
Atam ağlaya bilmir.Nənəm öləndə uşaq idim.7ci sinifdə oxuyurdum.Atamı heç vaxt üzündə göz yaşı görməmişdim.Yalnız o gün Atamın nənəmin cansız bədənin qarşısında durub səsli ağladığını gördüm.Qapının arxasında gizlicə ona baxırdım.O gün Atama olan hisslərim və fikirlərim dəyişdi.Onu yenidən kəşf etdim.Günlər keçdikcə onun saçların sürətlə ağardığını gördüm.Əvvəlki Atamdan əsər-əlamət qalmamışdı.Sanki qarşımda başqa bir adam idi.
Lakin indi hər şey keçmişdə qaldı.O gündən Atam çox dəyişdi.Həyati dərs aldı.Sevdiyin insanın itkisi hər bir insanı dəyişə bilər.Kimisi pisdən yaxşıya, kimisidə yaxşıdan pisə.Əvəllər şüşə Atamın dostu idisə, indi biz onun dostu, yaxınıyıq.Bizim aramızdakı münasibətlər isinməyə başlayıb.Atam bizə qayıdıb.)) Maddi çətinliklərimiz yaxşıya doğru düzəlir.Daha mübahisələr Ata Anam arasında yox, mənimlə böyük bacım arasında olur.Burda əsas rolu mən oynayıram )))

Böyük bacımla mənim aramda 1 yaş fərq var. Görünüşcə oxşarlığımız olsada, xasiyyətcə ayrı dünyanın insanlarıyıq.Necə deyəm.Biz iki gözük.Mən sağam, o, sol göz.Biz bir-birimizi görmürük.Bu bizim münasibətimizin təsviridir.
Kitablar mənim dostumdur.Onlara dostum kimi baxıram.Görüşürəm, onlarla gözəl vaxt keçirirəm və bundan zövq alıram.Sevginin bütün qolunu onlarda görürəm.O sanki sevgi ağacıdır.Vərəqlər isə budaqları.
Hər kitab həyatın bir başqa üzünü mənə göstərir.Və ondan bərk yapışmağı, geri çəkilməməyi,gələcəyim üçün mübarizəli olmağımı deyir.Kitablar mənimlə danışır.Yalnız onlarla mən özümü aça bilirəm.

Bu arada özümü təqdim etməyi unutdum. )))

Adım Miray.17 yaşım var.1.67 boy.Tünd şabalıdı saçım və qəhvəyi gözlərə sahibəm.Görünüşcə "vauu" deməsəkdə, magnit kimi insanları özümə çəkirəm.)))
Ailəmdən və dostum Səmadan başqa mən yırtıcı ovçuyam.Hamıya siçovul kimi baxıram.Onlar məni təngə gətirirlər! Çox bilmişəm.Amma çox bilmişləri sevmirlər. )))Plan qurmaqda mahirəm.Axmaq fikirlər məndən çıxır, daha doğrusu beyin lampamdan.Eyşteynin tam tərsiyəm.)))

Bacımı daha gözəl hesab edirəm

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

Bacımı daha gözəl hesab edirəm.
Çünki o bir ifritədir.İfritələr gözəl olur ))) Bacımın adı Nuraydı. 18 yaşına baxmayaraq model kimi çalışır.Mərkəzdə durmağı sevir, yalnız o halda ulduzlara yaxın olur.))) Tez bir zamanda hamının sevimlisinə çevrilir çünki o, əsl aktrisadır.Bu istedadın qazancıyla, şəxsi ünvanına xoş fikirlər alır.Bir hədəf sahibidir.Zəngin yoldaş namizədi tapmaq və onunla qoşalaşmaq..Nə deyək, yolu açıq olsun, bizdən isə uzaq olsun.)))

Mən isə..Bacımın tam əksiyəm.İnsanlarla ünsiyyət qurmaqdan həmişə uzaq gəzirəm.Bağçada, məktəbdə oxuyanda " Qara Kölgə" olmuşam.Mənim varlığımı hiss eləməsinlər.Kölgə kimi səssiz gəlib,səssiz gedim.Heç kim məni görməsin.Mənim haqqımda bilməsinlər.Bütün bunları sizcə nəyə görə edirəm? Çünki özümdən maraqlı insan tanımıram.)))

Mövzudan uzaqlaşmayım )))

Məktəbimiz "ulduzlar" və "luzerlər" bölməsinə bölünüb. Ulduz statusunu daşımaq üçün gərək silkələyəndə səndən dəmir yox kağız pul çıxsın.Məndən isə kağızdan hazırlanmış təyyarə çıxır.)))
Ancaq bacımın ulduz statusu daşıması çoxdan məni narahat edir.Axı bizim maddi cəhətimiz gül açan deyil.Markalı paltarlar geyinmək, brendli kosmetikalardan istifadə etmək üçün maddi cəhətdən hazır olasan gərək.Yox, mən paxıllıq etmirəm.Bir elə bu qalmışdı ))) Bir-birimizə qarşı soyuq münasibətdə ola bilərik.Ancaq biz bir ağacın budaqlarıyıq.Kökümüz birdir.Hərdən mənə elə gəlir ki, o kimdənsə gizlənir.Bu qızın sandığın açsan, tozdan boğulmaq olar!! Nə deyim.Zaman hər şeyi aşkara çıxaracaq.Tısbağa yerişimlə mən tələsmirəm.)))

Mənim hekayəm isə əllərimlə havada uçurduğum smslə başladı.Bu bir dəlilik idi.Və mən onu yaşadım.

♥♥Tanı Məni♥♥Kde žijí příběhy. Začni objevovat