★İlk busə★

34 2 0
                                    

《 Ziyafət bitdi.Bu həyatımın ən gözəl günü oldu.İnkar edə bilmərəm.Hər şey olduqca heyrətamiz idi.Mən təkliyə öyrəşmişəm.Təklik mənim özüməm.Təklik həyatımdır.İstəmirəm kiminləsə həyatımı bölüşüm.Ona öyrəşim.Ən çox qorxduğum elə budur.İtkisi çox ağır olur.Həmdə təkliyi ona görə çox sevirəm ki, heç kim mənim zəif nöqtələrimi bilmir.Qoy məni deyingən, ipə-sapa yatmayan qız kimi bilsinlər.Bunun nəyi pisdir ki? )))) Bəsdir fikrə getdim.Açım noutbuku qaydasız döyüşə baxım ))) Qapı yenə döyülmədən açıldı.Görünür bu Mamont sadə etik qaydalarıda bilmir.Onunla söz güləşdirmək qırılmış sapı bir-birinə calamaq kimidir.》

Miray:- Yenə sən?

Fərruz:- Hə mən.)))

Miray:- Səni görməkdən gözüm mazol oldu.

Fərruz:- Buna görə mənə medal düşür?

Miray:- Məncə buna ehtiyac yoxdur.Bir sualıma cavab ver.Elit insanlar qapı döymək vərdişini bilir ya yox?

Fərruz:- Bilir.

Miray:- Bəs onda niyə riayət etmir?

Fərruz:- Məni nəzərdə tutursan?

Miray:- Səndən başqa burda "Mən" var?

Fərruz:- Bir evdə iki "Mən" olmur.)))

Miray:- Bəs bir otaqda?

Fərruz:- Yataq otağında? )))

Miray:- Nə fərqi var hansı otaqda? Sənə adam kimi sual verirəm sənsə onu cızma-qara edib, üstümə yollayırsan!!!

Fərruz:- Əsəbi olanda cazibəli görsənirsən, Əzizim.

Miray:- Sənə maraqlı bir məlumat deyim?

Fərruz:- De,quzum.

Miray:- Bilirdinki Eşşək iki halda anqırır?

Fərruz:- Yox.))

Miray:- Onda bil.Bir acdıqda, birdə yaxınlıq istəyəndə.İndi sənin o sözlərin Eşşək olduğuvu göstərdi.)))

Fərruz:- Xa..xaa...Bəs onda sənin eşşək kimi anqırmağıva nə deyək?

Miray:- Nə demək istəyirsən?

Fərruz:- Nəticə birdir.)))

Miray:- Nədir?

Fərruz:- İKİMİZDƏ EŞŞƏYİK)))

Miray:- Nədir dişlərivi ağardıb mənə göstərirsən? Onları stomatoloqda nümayiş etdirərsən.

Fərruz:- Dişlərim gözüvü qamaşdırır?

Miray:- Tez ol ört dişlərivi, üzünə həsrət qalmışam.Bəsdir Axmaq! Sirki bitir.Yenə qutu gətirmisən?

Fərruz:- Məncə bugünlük kifayət edər.Sabaha bir şey fikirləşərik.)))

Miray:- Sabah mən evimdə olacam.Oyun bitdi.Qutularıvı növbəti qurbanıva saxla!!

Fərruz:- Mənim sevgilim olarsan?

♥♥Tanı Məni♥♥Where stories live. Discover now