★Sülh anı★

24 2 0
                                    

★★!! Bu hissə @inciserifli üçün gəlsin!!★★

《Mirayın evi.Telefon zəng çalır.》

-Salam. Toğrul bəylə danışıram?
-Bəli.Kim idi?
-Toğrul bəy sizinlə danışan Nurayın sinif rəhbəri Sevda müəllimədir.Sizinlə ciddi məsələ haqqında danışmaq istəyirəm.Vaxtınız varsa məktəbə gələ bilərsiz?
- Qızıma nəsə olub??
-Bəli.Sizin qızınızın dərs davamiyyəti ürək açan deyil.Qiymət ballarıda çox aşağıdır.Bu cür davam eləsə təhsildən kənarlaşdırıla bilər.
-Bir dəqiqə.Nə demək istəyirsiz? Mənim qızım indi dərsə gəlməyib?
-Sizin qızınız bugündə dərsə gəlməyib Bura təhsil ocağıdır.Həftənin 5 günü dərs günüdür.Burda qaydalar hər kəs üçün eynidir.Sizin qızınız artıq limitdədir.Bir dərs günüdə buraxsa davamiyyətsizliyinə görə ciddi tədbirlər görüləcək.Biz öz şagirdimizi itirmək istəmirik.
-----
- Toğrul bəy siz məni eşidirsiz? Alo Toğrul bəy? Alo?
-Mən sizi eşidirəm.
-Sizi tez bir zamanda məktəbdə görmək istəyirəm.
-Yaxşı.
-Saat 3də müəllimlər otağında olacam.Yaxınlaşarsız.
-Deyilən vaxt orda olacam.
-Sağolun Toğrul bəy.
-Sağolun Sevda xanım.

《Qəmər xanım sual dolu baxışlarını Toğrul kişiyə yönəltdi》

-Kim idi?
-Nurayın sinif rəhbəri.
-Nə deyirdi?
-Məktəbə çağırır.
-Niyə?Nuraya nəsə olub?
-Olan bizə olub Qəmər.Olan bizə olub!
-Qorxutma məni kişi.De görüm nə olub?
-Qızımızı məktəbdən çıxarda bilərlər.Davamiyyəti və qiymət balları çox aşağıdır.Bizim qızımız tez-tez dərs buraxır.Məni indi bir sual maraqlandırır.O dərsdə olmursa bəs harda olur?
-Bu çox ciddi məsələdir.İlahi, mən həqiqəti öyrənməkdən çox qorxuram.Bizim qızımıza nə olub? Nəyi çatmır? Mən pis anayam!!!

《Analar daim göz yaşlarını ovcuna yığırlar..Kaş bütün valideyinlər sevincdən ağlasın.Kaş...》

-Ağlama Qəmər.Sakit ol.Gəl otur.Hələ heç nə məlum deyil.Biz qızımızdan da söz almalıyıq.Bəlkə hər şey biz başa düşdüyümüz kimi deyil.Gözlə Nuray gəlsin.

《Fərruzun evi.Nuray bugün çox qərarlıdır.O bacısını qaytarmalıdır.O sevgini oyatmalıdır.Onun yad bildiyi bacı sevgisini.Onun içi indi sunamidir.Onun tək qorxusu öz yaratdığı sunamiyə özü düşə.
YOX!! Nuray bugün çox istəklidir!! Və o öz istəyinə çatmadan bu evi tərk etməyəcək.Qorxma Nuray.Cəsarətli ol, Aslan yolu ilə get !!! ))))
Mirayın otağı.Qapı döyülür.》

-Gəl.

-Salam Miray.

-Mənim qızdırmam var.Yaxşı görmürəm.

-Yaxşı görürsən.Bu mənəm Nuray.
Mənə vaxt ayıra bilərsən?

-Qabaqcadan qəbula yazılmısan?

-Niyə?

-Səni görəndə boğazım ağrıyır. Vaxtımı qarqarayla keçirmək istəmirəm.Səsimi qorumalıyam.Hər leysan vaxtı daşırsan.İndi də daşıb üstümə gəlmisən?

-Yox mən mübahisə üçün gəlməmişəm.

-Onda başqa otağa yaxınlaş.

-Başqa otaqda nə var?

- Mən psixoloq deyiləm.Məndən ağıllı məsləhət gözləmə.

-Mən bura sənə görə gəlmişəm.Bu 3 gün sənin üçün çox darıxdım.

-Sənə nə olub? Səhər hind filminə baxmısan? Çox təsirli idi.Ancaq mən soğansız ağlaya bilmirəm.Gərək soğanda gətirərdin.

-İnan mənə.Bura sənə görə gəlmişəm.

♥♥Tanı Məni♥♥Место, где живут истории. Откройте их для себя