★Cəza həbsxanası★

41 3 0
                                    

《Hər şey tərsinə gedir.Mən həyati LUZORAM!!!》

-Miray dur.Məni gözlə.

-Səma yaxşı halda deyiləm.

-Vəziyyətin elə pisdi?

-Pisdi.Özümü böhran içində hiss edirəm.Son zamanlar əhvalım zibil kimidi.Yaxşısı yaxınlaşma.İndi acmış qurd kimiyəm.Ətrafımı dağıdıb parçalamaq istəyirəm.Uzaqlaş məndən.

-Sən istədiyin üçün qaçan deyiləm! İçindəki enerjini burax üstümə.

-Xa.. xa.. Həyatından belə bezmisən?

-Məndən ayrılsan ola bilər.

-Fuuu.Sevgililər kimi danışma.Şirin Pambıqa oxşayırsan )))

- Sən bir az şişirdirsən.

-İlk dəfədi evə kitab almadan qayıdıram.Bundan pis nə ola bilər ki? Gözlə telefonu çıxardım.Bu şənbəni qara siyahıya almalıyam.

-Bu vərdişindən əl çəkmirsən ))

- Deyəsən rekorda gedirəm.Bu artıq 4cu gündü qara siyahıya alıram.

《Telefonum zəng çalır.Ata? Nə baş verir? 》

-Hə Ata? Nəsə olub?

-Yox qızım.Hamı sağdı salamatdı.Gəl hazırlaş.Tamerlangilə gedəcəksən.Səni gözləyirlər.

-Elə indi bu dəqiqə?

-Gözlətmə onları.Gəl evə.Şofer səni çöldə gözləyir.

-Necədə alicənabdılar.Mənim arxamca şofer yollayıblar.Ata bu sənə qəribə gəlmir?

-Qızım fikirlərivi sonraya saxla.Anan paltarlarıvı yığıb hazırlayıb.

-Ata mən kəndə yollanmıram.Yaxşı mübahisə etməyə onsuz gücüm qalmayıb.Gəlirəm.

《Daha məni nələr gözləyir? Günün sonu necə bitəcək? Suallar artdıkca beynim donub qalır.Artıq evimin bir addımlığındayam.》

-Yaxşısan Miray?

-Hə Səma.Mən indi girim evə.Şoferi çox gözlətməyim.Qonaq getməliyəm.

-Nə qonaq? Hara gedirsən?

-Sonra danışarıq Səma.Sağol.

-Yaxşı.Boş olan kimi zəng at.Hələlik.

《Atam qapıda gözləyir.》

-Al bu paketi, min maşına.Anan bütün lazım olan şeyləri bu paketə yığıb.

-Bir dəqiqə.Ata bu nə təlaş? Mən acmışam.Qoy gözləsin.

-Qonağı gözlətməzlər.Tərpəş.Otur maşına.

-ATAAA

-Gedə bilərsiz şofer bəy.Qızım sonra zəngləşərik.

《Zəhmətə saldıq.Nə dəyərli qonaq imiş.Hmm heç yorğunluğumu ala bilmədim.Maşın dayandı.Bu o deməkdir ki, çatmışıq.Qapını çalaq.Qapı açıldı.》

-Ola bilməz.Bu sənsən?

-Gördüyün kimi ))

-Qapını ört!!!

-Nəə? Sən özündəsən?

《Bu ola bilməz.Bu paranoyadır.Sən mənim təxəyyülümsən.Deyəsən beynimə başımdan böyük virus düşüb.》

♥♥Tanı Məni♥♥Where stories live. Discover now