★Hər şey yenidən başlayır ★

41 3 2
                                    

《1 ay sonra.
Miray xəstəxanada.》

Miray:- Ata necəsən?

Toğrul bəy:- Düzəlməyə doğru gedirəm qızım.Sənin dərsin necə gedir? İmtahanları necə verdin?

Miray:- Şükür Ata.Qızınla fəxr edə bilərsən.Uğurlu oldu.Sən düz deyirdin, imtahan qabağı dua oxuyanda, rahat verirsən.Bildiylərim düşdü.Nurayda verib, axır ki, məktəb kitabın bağladı.Dövlət imtahanına az vaxtı qalıb.Dizaynerliyə hazırlaşır.

Toğrul bəy:- Model olmaqdan yaxşıdır.Əlinin sənəti olsun.Bəs sən qızım?

Miray:- Mən həkim olacam ata.Mama-ginekoloq.Bu mənim arzumdur.Körpələrin ilk gördüyü canlı varlıq mən olacam.İlk onlara qucaq mən açacam.İlk toxunduqları əllər mənim olacaq.Onların ilk anaları mən olacam.Bundan gözəl vəzifə görmürəm ata.Çünki məndə böyüməyən körpəyəm.)))

Toğrul bəy:- -Afərin qızım.Çox gözəl sənət seçmisən.İnşallah arzuna çatarsan balam.Anan bəs niyə bugün gəlməyib?

Miray:- Nə tez darıxdın Ata )) Unutmusan? Bugün sənin burda son günündür.3 saatdan sonra çıxarış verəcəklər.Ana sənin gəlişin üçün evdə tədarük görür.

Toğrul bəy:- Lap unutqan olmuşam qızım.

《Mirayın telefonu zəng çaldı.Atasına baxıb:-

-Ata mən indi gəlirəm.

《Atası başıyla razılıq verdi.Miray otaqdan çıxıb, dəhliz boyu yeriməyə başladı.》

-Hə Fərid )

-Günəşim, neçədə çıxırsız?

-Hələ 3 saat var.Çıxmağa 1 saat qalmış sənə xəbər edəcəm.Zəngimi gözlə.

-Yaxşı.Öpdüm.Darıxma mənim üçün.Hərçənd bu cür yaraşıqlı oğlan üçün darıxmamaq olmur.

-Yaxşı çox işıqlanma.Camaatın gözün kor edərsən.

-Yolda olmasaydım.İndi bu sözlərə görə səni o ki var...

-Nə edərdin?

-Bala bəziyərdim.

-Fuu..Uşaqlıqdan bal sevmirəm.

-Əncir mürəbbəsinə batırardım.

-Şirədən başqa ağlına heç nə gəlmir?

-Neynəyim.Dörd tərəfimidə şirə eləmisən.Tərpənə bilmirəm.Yapışdırmısan özüvə)))

《Fərid tırtır gülüşünü işə salır》

-Lap jiquli kimi gülürsən.

-Eeeyyyy....

-Yaxşı, yaxşı.Əlaqə kəsildi.Adboy, adboy!!!

《Miray gülümsünüb, telefonu arxa cibinə qoydu.Fəridlə o, bu bir ay ərzində çox yaxınlaşmışdılar.Əvvəlki kimi pişik siçan rolunu oynamırdılar.Fərid Miray üçün həyatının mənası olan atasının sağalmasında böyük işlər görmüşdü.Yaxşı həkimlər tutmuşdu.Xəstəxana ödənişlərini tamamlamışdı.Mirayda ona borclu qalmayacağını, tez bir zamanda işə düzəlib pulun son qəpiyinə kimi ödəyəcəyinə söz vermişdi.Baxmayaraq ki, Fərid buna razı olmamışdı.O bunu hədiyyə kimi qələmə verirdi.Miray Fəridi tanımaq üçün ona şans vermişdi.Ancaq dost olaraq.Sevgi üçün o hazır deyil idi.Onun indi tək hədəfi tibb universitetinə girmək idi.Fikirlərə dalmışdı ki,:

-Yenə nə fikrə getmisən?

Miray:- Heç...

Nuray:- Get dincəl.Atanın çıxmağına hələ var.

♥♥Tanı Məni♥♥Where stories live. Discover now