Onuncu fəsil

171 19 11
                                    

Orta əsrlərdə yaşamış, Renessans dövrünün şairlərindən olan Dante Aligyeri hələ o vaxt yazırdı ki, cəhənnəmin ən qaranlıq köşəsi krizis zamanı sakit duranların məskənidir. İndi yaşadığımız krizisi cəhənnəm belə adlandıra bilərik. Çünki bu bir bəşərin, insanlığın krizisidi. Dünya tarixinin ən qaranlıq dövrünü yaşayırıq. İnsanlıq heç bu qədər sınanmamışdı. Pisliklər qarşısını ala bilməyəcəyimiz qədər çox yayılıb. Biz artıq təcavüzə uğrayan qız görəndə qızı günahlandıran bir cəmiyyətə dönmüşük. Qatar artıq gedib və heç bir şey artıq onu getməmiş kimi eləyə bilmədiyi qədər dayandıra da bilməz. Belə halda tək çarə həmin qatarı partlatmaq olur. Və bu gün kinoteatrda elədiklərim bu şəhəri məhv edəcək.

Hər kəs gedəndən və ətraf sakitləşəndən sonra mən də rahat şəkildə binadan çıxıram. Şəhərin mərkəzi küçəsinə doğru addım atdıqca üzümə qalibiyyətin verdiyi xoş bir təbəssüm yayılır. Az öncə yeməkxanadakı gənc oğlana yaxınlaşıb ondan qəribə xahiş elədim.
- Salam, üzr istəyirəm. Mən dostumla bir zarafat etmək istəyirəm. Xahiş edirəm beş dəqiqəlik bu kapüşonu geyinin və burda əyləşin.
- Mən... - O tərəddüd edir - bir azdan gedəcəm.
- Xahiş edirəm. Sadəcə beş dəqiqə. Dostumun ad günüdü. Onu prikol etmək istəyirəm.
O çarəsiz qalıb razılaşır. Mən ayaqyoluna tərəf addımlayıram. Xəyalə ayaqyoluna gedən koridorun girişində məni gözləyir. Dayandığımız yerdən hər şeyi aydın görürük.
- Xəyalə burdan çıxa biləcəksən? 
- Əlbəttə. Sən məni tanıyardın?
- Yox - deyə cavab verirəm. Həqiqətən də az öncə güzgünün qarşısına keçib elədiyi sadə qrim onu çox dəyişdirib.
- Həm də mən peşəkar agentəm axı.
- Sakit - mən Mehmanovu görərək onu susdururam. Mehmanov əlindəki tapança ilə kapüşonluya yaxınlaşdıqca çox axmaq görünür. Mən gülməmək üçün özümü zorla saxlayıram.

Mehmanov kapüşonlunun mən olmadığını anlayan kimi zəng vuraram. Belə halda iki psixoloji zərbə ard- arda gəldiyi üçün Mehmanov sağlam düşüncəsini itirir. Ətrafdakı binalar yanan zaman Mehmanov məndən lokazisiyamı və şəklimi gözləyir. Telefonumu Xəyaləyə verirəm.
- Xəyalə İçərişəhər metrosunun qarşısına çatanda bu telefondan lokazisiyanı göndər. Burda mənim şəklim də olmalıdır.  İllər əvvəl İçərişəhər metrosunun piramidası ilə şəkil çəkdirmişdim. Onu da Mehmanova göndərərsən.

Xəyalə deyilənləri çox bacarıqla etdiyindən bir az sonra bütün polislər ərazidən uzaqlaşmış olurlar. Mən binadan çıxanda artıq hava qaralmışdı. Mən bir binanın damından şəhərin son halına baxırdım. Zira bu gecədən sonra bu şəhərin taleyi bir də heç vaxt geri qayıtmayacaq şəkildə dəyişəcəkdi.

Mehmanov İçərişəhər metrosunun qarşısında avtomobili saxladı. Bütün polislər ətrafı yoxlasa da heç kim yox idi. Mehmanov dəliyə dönmüş şəkildə qışqırdı :
- İlyas, artıq çıx ortaya. Alçaq.

Mən binanın damından şəhərə baxarkən arxadan səs eşidirəm.
- Növbəti plan nədir şef?
Mən çevrilib Xəyalənin gülən simasına baxıram.
- Burda dayanıb olacaqlara tamaşa etmək. Unutma ki, bu gün tarixi gündü.
- Heç unudaram? - Biz mehribanlıqla qucaqlaşırıq.

Mehmanov telefonunu çıxarıb İlyasa zəng vurur. Zəng səsi yaxınlıqdan gəlir. Polislərdən biri əyilib yerdən telefonu götürür. Mehmanov bunu görən kimi söyür və elə o zamanda hər şeyi anladığından tapançasını çıxarıb Fazilə tuşlayır.
- Alçaq, xain, şərəfsiz. Səni öldürümmü mən hə?  Səni öldürümmü?
- Nə?  Neyləmişəm? - Fazil deyir.
- Tez bu satqını həbs edin.
- Neyləmişəm axı? 
Fazilin qışqırıqlarına məhəl qoymadan onun əllərini qandallayıb maşına basdılar. Mehmanov çarəsiz şəkildə keçib maşında oturur.
- O neyləmişdi?  - Fuad həkim soruşdu.
- Ondan çoxdan şübhələnirdim. Amma Xəyalənin xain olacağına və İlyasla birlikdə hərəkət edəcəyinə çox da ehtimal vermirdim. İndi Xəyalənin bizə qarşı olduğunu dəqiqləşdirdim. Belə olan halda  İlyasın bacarığının səbəbi aşkara çıxır. Hər şeydən də göründüyü kimi içərimizdən ona xəbər ötürən biri var. İlyasın bizdən biri ilə ünsiyyətdə olması ağlasığmazdı. Deməli İlyasın telefonunu bura gətirib bizi aldadan bir köməkçisi var. Hər şeydən göründüyü kimi bu köməkçi Xəyalədi. Deməli Xəyalənin içimizdən biri ilə kontaktı var.
- Onun Fazil olduğunu necə müəyyən etdin?
- Fikri analiz. Özünü şübhəli aparırdı. Fazil illərdən bəri mənim yanımdadır. Onun işinə məsuliyyətini bilirəm. Mənim ona iş tapşırdığım halda anasının xəstəliyinə görə evə getməyi inandırıcı deyildi. Ən azından mənə Seyidovun ünvanını verəndən sonra gedə bilərdi. Daha sonra biz Seyidovun cəsədini aşkar edəndən sonra ürəyi bulanmaq adı ilə tualetə qaçdı. İllərdir bu sahənin içində olan adamın cəsəd görərkən ürəyinin bulanmağı inandırıcı deyil. Üstəlik meyit hələ soyumamışdı. Tutaq ki, ürəyi bulandı. Qusan adamın rəngi qaçır. Onun sifəti isə qızarmışdı.
- Yəni?
- Mən onun gözlərinə baxdım. O ağlamışdı. Seyidovu tanımayan bir insan onun ölümünə niyə ağlasın?
- Özünü günahkar hiss etdiyi üçün.
- Bir az da irəli getsək deyə bilərik ki, bəlkə də Seyidovu o öldürüb. Seyidovun evindən çıxandan sonra pəncərədən baxanda onun telefonla danışdığını gördüm. Şübhələnsəm də düşündüm ki, bəlkə də anası ilə danışır. Amma indi Xəyalənin İlyasa kömək etdiyi dəqiqləşəndən sonra artıq bütün daşlar yerinə oturdu.
- Bəlkə də indi də Fazilin günahını alırsınız.
- Bəlkə də... Amma risk edə bilmərəm.

Obsesiya Opowieści tętniące życiem. Odkryj je teraz