Üçüncü fəsil - Müəmma

333 38 25
                                    

İnsan ancaq onun üçün müəmma qalan hadisələrdən, insanlardan və varlıqlardan qorxur. Çünki heç bir həqiqət müəmma və gizlilik qədər qorxulu deyildir. İnsanlar hər nə qədər əksini söyləsə də hər kəs gördüklərindən daha çox görmədiklərindən qorxur. Bunu bəzən insanlar fəxrlə deyirlər. Bu insanların bəlkə də ən böyük axmaqlığıdı, lakin bu da bir həqiqətdir.

Bir psixoloqun bəlkə də ən üstün cəhəti və avantajı budur. İstədiyində insanları onlar kimi düşünməyə sövq edir. İnsanların ona inanmasını və onun dediklərini eləmələrini təmin etmək psixologiyanı bilən bir insan üçün çox asandır. İlyas kimi savadlı və işini bilən bir psixoloq hətta Mehmanov kimi təcrübəli bir psixoloqu belə nəyəsə çox asanlıqla ikna edə bilərdi. Buna görə indi İlyas və Nazim Mehmanov mersedesdə oturub imkan daxilində olan tam sürətlə irəliləyirdilər. Az öncə onlar söhbət edən zaman cəhənnəm carçısı kimi İlyasa zəng gəlmişdi. İlyas telefonu açan kimi buz kimi soyuq səs danışmağa başlamışdı.
- Sizi görürəm. Əgər dediklərimdən kənara çıxsanız həyat yoldaşın və o yanındaki polisin ailəsi öləcək. - Səs o qədər yüksəkdən eşidilirdi ki, Mehmanov hər şeyi eşitdi. Həyat yoldaşına zəng etmək üçün telefonu çıxarsa da səs mane oldu - heç kimə zəng etmək lazım deyil. Əgər bir saat içərisində mən gedib bombanı dayandırmasam hamısı parça- parça olacaq. Əgər xoşuma gəlməyən bir şeyi etsəniz yenə onları öldürəcəm. Ona görə sakitcə maşına əyləşin və sizə dediyim ünvana gəlin.
- Nə istəyirsən bizdən?
- Sual vermək haqqınız yoxdur. Sadəcə gəlin. Başqa yoldaşları ya polisləri gətirdiyiniz an bəlkə məni yaxalaya biləcəksiniz. Amma artıq ailəniz çoxdan ölmüş olacaq.
- Tamam, gəlirik. - İlyas qışqırdı. - Ünvanı de.

Daha sonra Mehmanov bölməyə xəbər vermək istəsə də İlyas mane oldu. İlyas yuxarı səs tonu ilə həyat yoldaşını təhlükəyə atacaq hər bir hərəkətə qarşı olduğunu bildirdi.
- Manyak bizə göz qoyur. Bütün iplər onun əlindədir. Onun dediyini etməkdən başqa çarəmiz yoxdur.

Və budur. Onlar Mehmanovun maşınında əzrayılın verdiyi ünvana doğru gedirdilər.
- İçimdən bir hiss peşəkarcasına davranmadığımı deyir. - Mehmanov dedi- amma məsələ ailən olduqda soyuq təfəkkür həmişə itir.
İlyas isə Mehmanovun icazəsi ilə onun çantasından götürdüyü sənədləri incələyirdi. İndiyə qədər manyakın beş qurbanı olmuşdu. Üç qadın və iki kişi. Qadınların heç birinin bir - biri ilə əlaqəsi olmasa da son iki qurban qardaş idilər. İlyasın ortağı və onun qardaşı. Qadınların ölümü alınlarına bıçaq batırılıb, sonra ağızlarını qulaqlarına qədər cıraraq həyata keçirilmişdi. Hər üç qadının sarı saçları və mavi gözləri vardır. Eyni ilə İlyasın həyat yoldaşı kimi. Cavidan yuxarıdan binanın damından atılaraq öldürülmüşdü. Başının yerə çırpılması ilə anındaca ruhu bədənindən təxliyə olunmuşdur. Cavidanın qardaşı isə İlyasın olduğu restorandan bir neçə metr aralıda boynu qırılaraq qətlə yetirilmişdi. Hər şeydən göründüyü kimi qatil sadəcə qadınları işgəncə ilə öldürür. Böyük ehtimalla kişiləri onun işinə mane olmasınlar deyə öldürüb. Bəlkə də Cavidan və qardaşı necəsə bu haqda nəsə bilirdilər. Hər cinayətindən qabaq zəng edib polisə məlumat verib. Polis zənglə yerini təyin etməyə çalışsa da bir faydası olmamışdır. Bütün zənglər unudulmuş küçələrdəki telefon aparatından edilirdi.
Bu arada Mehmanov bütün yol boyu telefonu əlindən atmayıb həyat yoldaşına zəng vururdu. Xəttin o biri tayında sadəcə uzun çağrı səsləri eşidilirdi.

Mənə qalsa heç belə olmazdı. Amma insan onun dünyadakı missiyasından əl çəkə bilmir. İnsanların əzab çəkməsini, ölməsini yaxud da yaşamasını ancaq Tanrı müəyyən edə bilər. Və artıq mən də Tanrılıq səviyyəsindəyəm. Bu mənim üçün çox asandır. Çünki Böyük Yazıçı özü məni seçib. Sakitcə bu axmaq polisin evinə yaxınlaşıram. Qapının kilidini çıxardığım sancaqla açıram. İçəri girirəm. Polisin həyat yoldaşı mətbəxdə nəyisə doğrayır. Yaxınlaşıb onu arxadan qucaqlayıb boynunu öpürəm.
- Nazim niyə bu gün tez gəlmisən?
- Üzr istəyirəm, Nazim bir azdan gələcək.
O qışqırmaq istəyir. Amma mənə baxıb, duruxur. Daha sonra biz öpüşməyə başlayırıq. Qadın məni yataq otağına aparır.

Obsesiya Where stories live. Discover now