Dördüncü fəsil - Pislik

300 36 13
                                    

Mən o qədər də pis insan deyiləm. Bir latın məsəlində deyildiyi kimi. Mən yaxşını bəyənirəm, pisə isə əməl edirəm. Və yaxud mən Volterdən misal çəkə bilərəm. Mən səhərlər yaxşı planlar qururam, axşamlar isə pislik etməyə başlayıram. Mən kiməm?  Mən daima yaxşılıq arzulayan və daima pislik edən qüdrətin bir parçasıyam. Bu isə Hötenin " Faust" əsərində yazdığı cümlədir. Bəs görəsən pislik nədir?  Bir insana olan pislik bəzən minlərlə insanın yaxşılığına doğru yönəlmiş olur. Milyonlarla insanın sağ qalması üçün minlərlə insanı öldürmək heç də günah deyil. Bu bəşəriyyətin xeyrinədir. Adolf Hitler də elə bunu deyirdi. İndi bunu mən edirəm. Qızıl Yevgenika.

Dərisi çürümüş, gözlərindən qan axan, ağzı cırılmış bu insan ona açılan atəşlərə baxmayaraq hələ də yerində dayanırdı. İlyas və Mehmanov ehtiyatla bu bədheybət varlığa doğru yaxınlaşdılar. Artıq gördüklərinin əsl mahiyyəti onların gözü qarşısında idi. İşgəncə ilə öldürülmüş insan bədəni köynəyindən yerə basdırılmış ağaca bağlanmışdı. Beləcə cəsəd ayaq üstə dayana bilirdi.
- Ah- İlyas üzünü çevirərək qusdu. Mehmanov da burnunu tutaraq kənara çəkildi.
- Baxma bura - İlyas qışqırdı.
İstintaq rəisi hörmət əlaməti olaraq üzünü çevirdi.
- Bunu insan edə bilməz. Bu yırtıcıdı.
- O manyakdı. Və bəzən insanlar ən yırtıcı heyvanı kölgədə qoya bilirlər.

Elə o an tappp. Mehmanov ayılanda bir otaqda olduğunu gördü. Tamamilə qapalı bir otaq. Pəncərəsiz və kanalizasiyasız otaq. Qapı dəmirdən idi. Otaq tamamilə boş idi. İlyasın huşu hələ üstünə gəlməmişdi.
- İlyas.... İlyas
İlyas yavaş-yavaş gözlərini açdı.
- Bura haradır?
- Deyəsən bu canavarın həbsxanasıdır.
- Bizi bura necə gətirib? 

Bunu dəfələrlə eləmişdim. Qurbanlarıma yaxınlaşır və arxadan zərbə endirirdim. Onlar nə baş verdiyini anlamağa macal tapmamış xloroform məhlulu ilə isladılmış dəsmalı onların burnuna tuturdum. Onlar huşunu itirdikdən sonra heç vaxt çıxa bilməyəcəkləri bir otağa salırdım. Daha sonra etil spirtini qoxladaraq onları ayıldır və tez otaqdan çıxırdım. Nəhayət onlar tənha bir otaqda ayılır və işgəncələrlə dolu səhərə açılırdılar.
- Burdan çıxmalıyıq - deyən Mehmanov tapançasını çıxardı. - Deyəsən manyak o qədər də ağıllı deyil. Bunu götürmək ağlına gəlməyib.

Rəisin qapıya atəş açmasına zamandan bir neçə nöqtə qalmış İlyas qışqırdı :
- Dayan.
- Nə olub?
- Sən doğurdan elə fikirləşirsən ki, bu manyak ağıllı deyil?  O dahidir, dahi. Tapança. Bu sadəcə tələ yemidir. Onu orda saxlayıbsa deməli bu onun planının bir parçasıdır.
- Necə yəni?
- Bilmirəm. Amma mütləq ki, bir təhlükəsi var.

Mehmanov bir az fikirləşdi və tapançanın darağını yoxladı. Cəmi bir güllə.
- Ah təbii ki - İlyas dərindən köks ötürdü.
- Nə oldu?
- Obsesiv kompulsiv pozuntudan əziyyət çəkən insanlar çox nadir hallarda yeni kompulsiyalar yəni mənasız hərəkətlər tapırlar. Adətən onlar dəfələrlə sınanmış və başqaları tərəfindən edilən hərəkətləri tamamlayırlar. Bunun üçün hər bir psixoloq əksər xəstələrdə görülən obsesiyaları əzbər bilirlər. Saatın səsinə əsəbiləşmək, yol gedərkən reklam lövhələrindəki yazıları oxumaq, pilləkənlərlə qalxarkən və ya düşərkən pillələri saymaq, evdən çıxarkən dəfələrlə qazı və ya işığı söndürdüklərini yoxlamaq və s.
- Yəni? 
- Tapançada bir güllə. Bir çox manyaklar tərəfindən yoxlanılmış mənəvi işgəncə metodudur. Ya özünü öldür və səni gözləyən işgəncələrdən azad ol, ya da bir azdan bütün ömrünün ən qorxunc dəqiqələrini yaşa. Amma indiki situasiyada bizim dahi manyak bu oyuna əlavələr edib. Bu otaqda sən tək deyilsən. Mən də varam. Və sən məni də düşünməyə məhkumsan. Ya məni öldür və dostunu bu əzab və əziyyətdən qurtar, ya özünü öldür, ya da hər ikimizin işgəncələrlə dolu ölümünə səbəb ol.

Obsesiya Where stories live. Discover now