Üçüncü fəsil

174 24 17
                                    

Qaranlıq hücrədəyəm. Az öncə yuxudan ayılarkən anladım. Gözlərimin qaranlığa alışması nəticəsində bəzi şeyləri görə bilirəm. Dörd divar, dəmir qapı, bir çarpayı və unitaz. Yaddaşımda problemlər var. Deyəsən məni döyüblər. Bədənimdə yaralar var. Qolum və sol ayağım ağrayır. Ümumiyyətlə mən hardayam?  Bura haradı?  Çöldən danışıq səsləri eşidirəm.
- Mehmanov onu burda tutmağımız nə dərəcədə düzgündür?  Hələ heç məhkəməsi olmayıb.
- O təhlükəli və xüsusi məhbusdu. Hər kəsin olduğu yerə qoya bilmərik. Məsuliyyət mənimdir. Həm də bir az ağlı başına gəlsin. Dörd il ərzində yüz nəfərdən çox insan öldürmüş birindən bəhs edirik.
- Sənin....
- Mənim üzümün bu hala düşməsinə səbəbdir bu adam. Həyat yoldaşımı öldürüb. Evindən insan dərisi və insana məxsus qızardılmış ət tapmışıq. Aç qapını.

Qapı açıldı. Eşitdiklərimdən heç nə anlaya bilmirəm. Onlar kimdən danışırlar?  Onlar polisdilər?  Mənim burda nə işim var? İçəri girən adama baxıram. Üzünə maska taxıb. Təxmin edirəm ki, bu bayaq dediyi kimi üzünün düşdüyü pis vəziyyətə görədir.
- Özünü necə hiss edirsən İlyas? 
- Çox sağolun. Mən... Bura haradı? 
- Hmmm... - O keçib çarpayıda, mənim yanımda oturdu - peşman olmusan?  Hiylə işlədirsən? 
- Nə?  Mən başa düşmürəm.
- Əvvəlcə gəlib təslim olursan. Hər şeyi boynuna alırsan. Beləcə günahsız olan Mahiri xilas edirsən. İki gün sonra isə peşman olub, özünü axmaqlığa qoyursan.
- Mən... Son günləri xatırlamıram.
- Aaa bəlkə də məqsədin bizim əməkdaşlarımızın başını cəngələ salmaqdır. Sənə iki yumruq atıblar deyə özünü yaddaşını itirmiş kimi göstərirsən.
- Siz polissiniz?  Mən nəsə etmişəm? 
O ayağa qalxdı. Yuxarıdan aşağı - mənə baxaraq nifrət dolu səs tonu ilə dedi:
- Xeyri yoxdur İlyas. Əlindən gələni elə. Bütün hiylə və məkrlərini işə sal. Əlimdən qurtara bilməyəcən. Səni öz əllərimlə öldürəcəm. Hər şeyin əvəzini ödəyəcəksən. - O əyilərək sonuncu cümləni qulağıma pıçıldadı - Sənin cəhənnəmin məndən olacaq.

O bunu deyib otaqdan çıxdı. Mən sadəcə bir psixoloqam. Mənim nə işim ola bilər polislə falan. Deyir ki, guya mən 100- dən çox cinayət işləmişəm. Heç nəyi anlamasam da bir şeyi dəqiq bilirəm. Mən heç vaxt bir insana pislik etmərəm. İllər əvvəl uşaq evindən çıxarkən özümə söz vermişdim. Mənə edilən bütün pisliklərə rəğmən mən heç vaxt  heç bir insana ən kiçik pisliyi belə eləmərəm. Hər şeyə inad olaraq mən yaxşı insan olacam. Yox, yüz faiz bu işdə bir tərslik var. Məni kimləsə qarışdırırlar. Amma dediyinə görə mən özüm gəlib təslim olmuşam. Bunu şantaj altında olarkən edə bilərdim. Axı niyə mən baş verənləri xatırlamıram? Deyəsən məni həqiqətən də pis döyüblər.
Hücrədə olarkən günlərin necə keçdiyini anlamırsan. Hər yer qaranlıq və sən sadəcə beyinin bioloji saat mexanizminə uyğun olaraq davranırsan. Eyni mexanizm quşların vaxtı gələndə isti ölkələrə uçmasını da təmin edir. Yəqin ki, günlər keçirdi. Bir müddət sonra gəlib mənə dedilər ki, məhkəməyə getməlisən. Güzgü qarşısında üzümü qırxdım, saçımı daradım. İlahi, mən necə də arıqlamışam. Məhkəmə zalında mənim yerim barmaqlıqlar arxasında idi. Hakim sözə başladı. Sistemin mənim üçün təşkil elədiyi vəkil danışdı, prokuror danışdı. Çox saylı şahidlər danışır və deyirdilər ki, guya mən bir gecədə onların bütöv bir kəndini qətlə yetirmişəm. Sübutlar göstərilirdi. Mənim evimdən insan dərisi və insana məxsus qızardılmış ət tapıblarmış. Mehmanov soyadlı üzündə maska ilə gəzən polislə yol kameralarına düşmüş şəkillərim təqdim olunurdu. Evimdən tapılmış kompüterimdə bütün çirkin planlarım var imiş. Deyilənə görə özüm bunları onsuz da etiraf etmişəmmiş.
Nə baş verir?  Mən dəhşət içində fikirlərə dalarkən birdən hər şeyi anladım. Mən günahsızam. Bunların heç birini mən etməmişəm. Onların axtardıqları insan mən deyiləm. Sadəcə əsl manyak hədsiz dərəcədə mənə bənzəyir. Bütün bunları mənə bənzəyən həmin insan edib. Bu düşüncələrimi məhkəmə heyətinə də bildirdim. Lakin onlar mənə inanmırdılar. Şahidlər və prokuror mənim necə dəhşətli, hiyləgər varlıq olduğumu dilə gətirirdilər. Bundan başqa mənə tez-tez Xəyalənin harda olduğunu soruşurdular. Mən Xəyalə adlı bir insanı ümumiyyətlə tanımırdım. Onlar nədən danışırlar axı? 

Obsesiya Where stories live. Discover now