Bəlkə də.

5 3 0
                                    

✨️.
Evimə doğru yola çıxmışdım.Hava aydınlanmağa, səhər açılmağa başlamışdı.Sürəyyanın dediklərini düşünürdüm.Azərin həqiqətən qatil ola biləcəyinə inanmırdım.Uşaqlığımda xatirələrə sahib olduğuna görə belə düşünürdüm?Yox,ona görə yox.Kəşfiyyatçı boş yerə niyə 3 vəkil öldürsün ki? Həm də mənimlə əlaqəsi olan insanları.Heç kimə etiraf edə bilməsəm də mənim qorxlarım var   idi.Qəddar,sərt,əsəbi görüntümün altında sanki kimsə qəlbimə iynə batırıb çıxarırmış kimi hiss etdirən qorxum.Mən onların qatilinin mənimlə əlaqəli biri olmasından,hətta mənim onların qətlinə səbəb olmağımdan qorxurdum.İstər dövlət üçün istərsə də özüm üçün çox şey etmişdim. Çox qətl törətmiş,çox insanın nifrətinin səbəbi idim.Məktubdakı Ailə yazısını unuda bilmirdim.Bəlkə də qatil mənimlə əlaqəli biridir.Biz bir-birimizin ailəsi idik.Hər hansı problem də ailələrimiz bir yana ,ilk əvvəl bir birimizə xəbər verirdik.Onların ailəsi var idi.Mənim ailəm belə yox idi.Ailəm dediyim insanlardan birinin atasını,Fazil D  öldürmüşdüm.Bəlkə də məni bağışlamayacaqdı,məni atasından fərqli biri kimi görməyəcəkdi.Sən də atam kimi birisən deyəcəkdi  mənə.
O insanları  narkotiklə zəhərləyərək,sən də  alətlərlə öldürürsən deyəcəkdi bəlkə də .
'Anam sən atamı öldürdün deyə tək qaldı 'deyə düşünəcək, məni məzarında belə bağışlamayacaqdı bəlkə .
Bəlkə də deyə düşündüklərim nəfəsimi kəsirdi.Boğulduğumu hiss edirdim.Kimsə boğazımı tutub sıxırmış kimi nəfəsim kəsilirdi.İçimdəki ağrı hər gün daha da artırdı.Mən bu ağrı ilə necə başa çıxacağımı ,onu necə dayandıracağımı bilmirdim.Məcbur qalıb maşını saxlayıb,aşağı düşdüm.Dərin-dərin nəfəs alaraq özümü sakitləşdirməyə çalışırdım.Ağrının biraz azaldığını hiss etdiyim an maşına yenidən əyləşdim.Telefonun zəng səsi maşının içində səsləndi. Sevdanın zəng etdiyini görəndə təəccüblə telefona baxıb qalmışdım.Başımı iki yana sallayıb özümə gəlmiş,telefonu açıb Sevdanın danışmasını gözləməyə başlamışdım.Açar -açmaz :
-Evdə kimsə var.dedi
Səsinin titrədiyi aydın anlaşılırdı.Qaşlarımı çataraq cavab vermişdim.
-Əminsən? Hardan bilirsən?
-Hə ,hə əminəm.Mən qorxuram,mən ölmək istəmirəm Ağrı.Ölmək istəmirəm.Səslər gəlir,qapını kilitləmişdim.Su içməyə oyanmışdım.
Ağladığı səsindən bəlli idi.Əllərimin titrəməyə başladığını hiss edirdim.
-Hardasan indi?
-Vanna otağına girib qapını kilitlədim.
-Gəlirəm,çıxma oradan.Ağır nəsə var? Qapıya söykə ,aça bilməsin qapını.
-Yox,
-Səsini çıxarma,gəlirəm 6 dəqiqəyə orda olacağam.Telefonu söndürmə.
-Ağrı ,mən qorxuram.çox qorxuram.Qışqıraraq dedi.
- səsini çıxarma.Qışqırma.
Gəlib çatmışdım.Sürətlə maşından endim.
-Gəldim,eşidirsən məni?
Səs gəlməmişdi.
-Sevda eşidirsən məni?
Qorxu,daima çox yaxşı qulluq edilən çiçəyin tezliklə böyüməsi kimi içimdə sürətlə böyüyürdü.Qapı açıq idi.Cəld içəri girdim.Bütün otaqlara tək-tək baxdım,heç kim yox idi.Vanna otağının qapısını silahla qırıb içəri girəndə Sevda yerdə uzanmışdı.İçim titrəyirdi.Yaxınlaşıb başından ayağına qədər diqqətlə baxdım.Heç nə yox idi.Rahat nəfəs alıb onu səsləməyə ,oyatmağa çalışırdım.Biraz sonra gözlərini açmışdı.Qorxduğu gözlərindən bəlli idi.Qollarını boynuma dolayıb "çox qorxdum,elə bildim ki məndə digərləri kimi öləcəyəm.Kimə zəng edim bilmədim.Ağlıma sən gəldin."
O da mənim kimi uşaq evində böyümüşdü.Heçnə demədən sakitləşməyini gözləyirdim.15 dəqiqə sonra sakitləşmiş ,ayağa qalxaraq qonaq otağına keçmişdik.İçəri girən adamla bağlı telefonda dediklərindən başqa heç nə deməmişdi.
-Görmədin kim idi? Arxadan ya da yan profildən?
-Yox,sadəcə ayaq səslərini eşidirdim.
-Qapının zorla açılması ilə bağlı heç bir iz yoxdu.
-Mən kilitlədiyimə əminəm.
Onsuz da qorxurdu,üstünə getməyimin mənasız olduğunu düşünərək sual verməyi dayandırmışdım.
-Mən balkona hava almağa çıxıram. Deyə xəbər verib balkona çıxdım.
Sürəyya telefonun 5ci çalışından sonra açmışdı.
-Nədi? Məndən sarı ,keçirdiyimiz vaxtlar,yaşadığımız anlardan ötrü darıxmısan?Hələ ayrılalı heç  3 saat olmadı axı. Bilirəm,vaz keçilməz biriyəm,amma mənə olan bağlılığını bu qədər göstərmə.
Səsi yuxulu olduğunu ələ verirdi.Oyanar-oyanmaz zarafat etməsinə gözlərimi süzdüm.
-Sənin yersiz zarafatlarından daha vacib  işim var.Sevdanın evinə kimsə girib.
-Sevdanın? Haradan bilirsən?
Ciddi şəkildə dedi.
-Burdayam,səslər eşidib.Sən gəl bura,danışarıq.
Nəyinsə düşüb -qırılma səsi gəldi.
-Gəlirəm.
Sevdanın yanına gedib,düz qarşısına əyləşdim.
-Sevda gəlir indi.
-Niyə ki? Təəccüblə soruşdu.
Ona qarşı əsəbi idim.Salehlə söhbəti,dəyişməsi nədənsə onunla soyuq olmağıma səbəb olurdu.Mənin tanıdığım Sevda bu deyildi.Mənim tanıdığım Sevda nə olursa olsun ikimiz arasında olanı başqasına deməzdi.Amma mənim ona bu cinayətlə bağlı heç nə demə dediyim halda Salehlə danışmasını unuda bilmirdim.İçimdən bəlkə əsəbləri pozulub,qorxur,hamı sənin kimi deyil ki. Yersiz yerə onu incidirsən deyə düşünür,sakitləşməyə çalışırdım.Hələ də ona cavab verməmişdim.O isə başını aşağı əyib yerdəki xalçaya baxırdı.Haqlıyam da Sevda Sevda kimi hərəkət etmir.Əvvəlki Sevda indiyə mənə acıqlanmalı, cavab ver də deyə başımı şişirməli idi.Amma indi  Sevda sakitcə yerə baxırdı.Dərin nəfəs aldım.
-Mən gedəcəyəm.O gəlsin ,səninlə qalsın.Tədbir üçün,birdən nəsə olsa.Həm yanında biri olsa daha rahat olarsan.
Həm də mən evinə girənin kim olduğuna kameralardan baxaram deyə  içimdən düşündüm.Sevda bilmirdi amma evinin ətrafında 7 kamera var idi.Ondan xəbərsiz evinin ətrafına kamera yerləşdirməyim doğru deyildi,bilirdim.Qatilin kim olduğunu bilmədiyimdən,biraz Sevdanı qorumaq üçün biraz da onun normal olmayan davranışları səbəbindən bunu etmək məcburiyyətində qalmışdım.
-Yaxşı,başını təsdiqləmək üçün aşağı-yuxarı sallamışdı.
-Bəlkə yataq?
-İstəyirsənsə sən yat,mən Sürəyyanı gözləyəcəm.
-Çox yuxum var,qala bilməyəcəm.dedi əsnəyərək.
-Narahat olma,yat.
Divanda uzanmış ,tez zamanda yuxuya getmişdi.Pəncərə kənarına yaxınlaşmışdım.Səmanı seyr edərək keçmişi,indini,baş verənləri,baş verə bilməyəcəkləri düşünürdüm.Göz yaşlarım pəncərə kənarına -əlimin üstünə düşəndə ağladığımı hiss etmişdim.Beynim o qədər düşüncələrlə dolu idi ki,bu ana qədər ağladığımı hiss etmirdim.Pəncərə kənarına göz yaşlarım düşəndə anlamışdım.Gecdi,çox gec idi.Nəyisə dəyişdirmək,daha yaxşı yol tutmaq,itirilənləri geri qaytarmaq üçün çox gecikmişdim.
Qapının səsini eşidib dəhlizə doğru addımladım.Qapını açdığım an  Sürəyya danışmağa başladı:
-Kim niyə gəlsin ki bu evə ? Bu Sevda gözümə şübhəli gəlir.Necə adamla bağlı heç nəyi bilmir?
-Nəfəs alasan bəlkə?
Dərin nəfəs alıb "Aldım" dedi.
Başımı bulayıb mətbəxə daxil olduq.Gətirdiyi kompüterləri masaya qoyub,açmışdı.Bu evə yaxın bütün kameraların görüntülərini görürdük.Telefonumdan Sevdanın mənə zəng vurduğu saata baxıb həmin saatda kameraların çəkdiyi görüntülərə baxmağa başlamışdıq.7 kameranın 4-nə mən baxırdım.Dəfələrlə baxsam da şübhəli heç nə ,ya da kimsə görə bilməmişdim.Hətta kameralarda  həmin  saatlarda küçədə heç insan yox idi.Başımı qaldıranda Sürəyyanın mənə baxdığını gördüm.
-Ağrı ,bu görüntülərdən görünür ki buradan heç adam keçməyib.Sevda yalan danışa bilər?
-Niyə yalan danışsın ki?Özüm danışdım telefonla.Çox qorxduğu səsindən bəlli idi.
-Bilmirəm,amma düz evin qarşısını göstərən kameranın görüntülərinə də baxdım.Bu evə heç kim girməyib,çıxmayıb.
-Bilmirəm,hələki ona heç nə demə.
-Nə?Necə yəni heç nə demə?
-Biraz gözləyək ,bəlkə kimsə təhdid edir.Ya da yuxulu idi deyə evdə kimsə var zənn edib.
-Bu nə qədər məntiqlidir?
-Sevda məntiqli biri deyil.Daha çox duyğusal düşünür.
-Yenə də bu dediyin ağılsızcadır.Biz ona deməli idik,əgər qorxubsa qorxmasın.
Sevdanın son vaxtlar olan davranışları normal deyildi,üstəlik olmayan adamı görməsi...
Yəqin ki əsəbləri pozulub deyə düşünürdüm.
-Yox,Sürəyya hələki heç nə deməyəcəyik.
-Bax da necə istəyirsən.
-Mən gedirəm ,burada qal ,razılaşdığımız kimi,heç nə deməyəcəksən.
-Tamam ,anladım,okeyy.
Ayağa qalxıb sürətli addımlarla qapıya doğru gedirdim.Divarda olan şəkili gördüyüm an addımlarım yavaşlamışdı.
Şəkildə mənim əlimdə bakal ,oturmuş şəkildə,Mehru yanımda oturmuş,Qəmər və Qumru bizi arxadan qucaqlamışdılar.Şəkildə Sevda da olmalı idi.Amma Sevda olan hissə qayçı ilə kəsilmişdi.

AğrıOn viuen les histories. Descobreix ara