Mərhəmət

9 5 5
                                    

🌙✨️
Azərdən uzaqlaşıb mal satıcısına doğru irəliləyirdim.Yanına çatanda şoka düşmüş kimi mənə baxırdı.Yanında 5 mal satıcısı olduğundan burada malı götürə bilməzdim.Başıma qoyduğum papaqdan,taxdığım qara masqadan  üzüm görünmür,geyindiyim bol,qara paltarlarla,əlimə taxdığım qara  əlcəklə kim olduğumu anlaşılmaz hala gətirmişdim.Əlimlə işarə edib qara otaqları göstərməyimlə gülərək nə dediyi bəlli olmayacaq şəkildə danışaraq arxamca gəlməyə başlamışdı.Otağa girib onu gözləmişdim,o da gələndən sonra qapını kilidləmişdim.Qapını kilidlədiyim an şübhəli nəzərlərlə mənə baxırdı.Otaqda masa,kitab rəfi və yelləncək var idi.Yelləncək zincirlərdən düzəldilmişdi.daha doğrusu mən düzəltmişdim.Gedib yelləncəkdə oturub bir irəli bi geri yellənirdim.Aramızdakı səssizlikdən narahat olduğu bəlli idi.
-Ağrı sənsən?Malı sənə verməliyəm?
-Hə.mənəm.Amma maldan əvvəl mən sizin şərəfinizlə gördüyünüz işlərə görə sizə bir hədiyyə vermək istəyərdim.
Səsimi eşitdiyində təəccüblə mənə baxmış,fısıltı ilə öz-özünə deyinirdi.
-Ağrı qadın imiş ki
-Ağrının sizi mükafatlandıracaq olmasına çox təəccübləndiniz deyəsən.
Dediyim cümlə ilə üzündə qürur ifadəsinin yarandığını görmüşdüm.
-Nə hədiyyəsi?İşlərim məni gözləyir,biraz cəld olsanız sevinərəm.
Gülümsünüb cavab vermişdim:
-Bəli,əlbəttə.
Yavaşca masanın altında olan qara düyməyə başdığım an kitab rəfi hərəkət etmiş,  gizli otağın qapısı  açılmış içindəki kəsici silahlar üzə çıxmışdı.Qorxudan rəngi qaçsa da bilindirməməyə çalışırdı.Gülərək:
-Mənə silahlarınızdan birini verərək ödülləndirməyiniz məni daha da qürurlandırdı.
Bildirmək istəməsə də əllərinin hərəkətindən ,tökdüyü tərlərdən qorxduğu açıq şəkildə bəlli idi.
-Sizin kimi insanı mükafatlandırmamaq olmaz
dediyim an üzündəki qorxu daha da artmışdı.
-Malı masanın çəkməcəsinə buraxın
dediyim an paketi çıxarıb çəkməcənin içinə qoydu.
-Masanın çəkməcəsindən flaş kartı götürüb komputerə taxın. Götürüb,taxdı.Qorxudan əsməyə başlamışdı.Elədiyi zibilləri bildiyimi anlamışdı.Diz çöküb yalvarmağa başlamışdı.
-Qurbanın olum,ancaq sənə işləyərəm,burax gedim,heç kimə heçnə demərəm.
-İndi  əvvəlcə kameranı götürəcəksiniz,elədiklərinizi ,arxanızda duran Fazil D haqqında etiraf çəkəcəksiniz.
-Məni buraxacaqsan sonra? Əgər buraxmayacaqsansa, öldürmə,polisə ver,yalvarıram.
-Dediyimə əməl edin Muradov.
Soy adını eşidəndə onu tanıdığıma  əmin olmuşdu.Əlləri əsə-əsə masanın üstündəki kameranı götürüb video çəkməyə başlamışdı.Tam qarşımda duraraq videonu başlatmış,arada bir mənə baxaraq danışırdı.
"Mən Muradov Emin, narkotik satıcısıyam;Fazil,D mənim rəhbərimdir.O malın gəlişini təşkil edir.Mallar onun əmri ilə paketləşdirilərək əməliyyatla əsasən  oğlan uşaqlarının mədəsinə yerləşdirilir.Həmin insanlar şəhərə gəldikdən sonra xüsusi məkanlarda əməliyyatlarla mədələrindəki paketlər çıxarılır.Mən paketləri Fazil D-nin adamlarına verirəm,satışla onlar məşğul olur."
Davam etmək istəmirdi.Yalvarıcı baxışlarla üzümə baxır,daha danışmaq istəmirdi.Əlimdəki bıçağı qaldıraraq havada sallamış,davam etməsini üçün başımla işarə eləmişdim.Artıq ya qorxudan ya da sağ qalsa belə başına gələcəkləri bildiyindən tir-tir əsməyə başlamışdı.
"Mədəsindəm mal gətirdiyimiz insanları ya narkaman olmağa məcbur edir, alıcı qazanırdıq ya da məşəyə aparıb parçalara ayırıb gömürdük. Mal satdığım insan sadəcə Fazil D deyil, ondan başqa Zakir,Səməd və iki ay öncə   niyə öldürüldüyü bilinməyən Zaurunda mal satmağına ortaqlıq edirdim."
Yenə də yalvarıcı baxışlarla mənə baxmağa başlamışdı.Nə qədərindən xəbərim olduğunu bilmirdi. Davam etməyi üçün başımla işarə versəm də davam etməmiş,mənə baxmağa davam etmişdi.Kameranı söndürmüş "bu qədər başqa heçnə eləməmişəm,başqa olan heç bir hadisə ilə əlaqəm yoxdu."
Ayağa qalxaraq ona doğru gəlmiş əlindən kameranı alıb həqiqətən videonu qeyd etdiyindən əmin olduqdan sonra kameranı masanın üzərinə qoyaraq əvvəlcə gətirdiyim iynəni qoluna vurmuşdum .Çırpınıb qurtulmağa çalışsa da eliyə bilməyəcəyini anlayıb yalvarmağa  başlamışdı.İçimdəki nifrətin soyumadığını görüb bıçağı onun sağ gözünə doğru atmışdım.Mən içimdəki mərhəməti uşaqkən itirmişdim.Atdığım bıçaq gözünü yaralamışdı.Qışqırırdı, Özümü saxlaya bilməyib:
-İt oğlu it, yetim 14 yaşında  qıza təcavüz elədiyini  bilmirəm elə bilirdin.
Yaraladığım gözünə yumruq atmışdım.  Qışqırıqlarını eşitmək bir azda olsa rahatlaşdırmışdı.Söyüşlərini eşitmək  istəmədiyim üçün qulaqcıqlarımı taxıb mahnı açmışdım.Yerə düşən bıçağı alaraq  digər gözünə batırmışdım.Çırpınır qurtulmağa çalışırdı .Ayağa qalxaraq qapıya doğru gedərək qapını yumruqlamağa başlamışdı.Yavaş addımlarla ona doğru gedib, bu səfər  boynunun arxasından bıçaqlamışdım.Keçinib yerə düşmüşdü.
Masanın üstündəki kamera və malı götürüb boynuma asdığım açarı çıxaraq qapını açıb çölə çıxmışdım.Elnur yanıma gələrək nəsə desə də onu dinləməyib səsimi dəyişdirərək  demişdim;
-İçəridəkini yox elə,sən şkafından paltar alacağam.
Başını təsdiq anlamında sallayıb otağının açarını mənə vermişdi. İstədiyim an səsimi qalınlaşdırıb incəldə bilirdim,bu özəlliyim uşaqlıqdan var idi. Çox işimə yarayırdı da.Elnurun otağına gedib üstümdəki qanlı şalvarla köynəyi dəyişmiş,öz papaq ,masqa və əlcəyimi yenidən taxmışdım.Saata baxanda bir saatdan çox vaxt keçdiyini gördüyüm an Azərə bir saata gələcəyimi dediyimi xatırlamışdım.Gətirdiklərimi götürərək Azəri buraxdığım yerə doğru irəliləməyə başlamışdım. Gəldiyim yerə qayıdanda Azəri burda görmədiyim üçün içimdə az da olda təlaş yaranmışdı.Görəsən nəsə problem ola bilər deyə düşünməyə başlamışdım.
Elnur  qaça-qaça yanıma gəlib təngə nəfəs danışmağa başlamışdı.
"Yuxarıda, axtarırlar,qəhvəyi saç,yaşıl göz"
Dediklərindən Azərin məni axtardığını anlayıb ən azından özünü öldürtməyib deyə düşünüb rahatlamışdım.
"Nəfəsini dər,sonra danış, tam  başa düşmürəm"
-Səni axtarır iki adam, hətta biri sənə nəsə ola biləcəyi ilə bağlı çox narahat idi.
-Yanlarına qayıt, onları burda gözlədiyimi de.
Məndən uzaqlaşıb təlaşlı addımlarla getməyə başlamışdı.İki adam demişdi,biri Azər idi,bəs o biri kim ola bilər deyə düşünməyə başlamışdım.

✨️🌙
3 saata yaxın idi ki Çinarə getmişdi.Hələ də qayıtmamışdı.Mehdi qarışmamalı olduğumu ,Ağrı üçün bunun normal olduğunu ,saatlarla eyni otaqda qaldığı narkotik satıcıları olduğunu desə də zehnimi ələ keçirən iyrənc düşüncələrdən qurtula bilmirdim.Ya nəsə problem varsa ya o malı zorla Ağrıya ' qəbul etdirdisə' deyə düşünmədən dura bilmirdim.Mehdi isə sakitcə gözləyirdi.Düşüncəli idi.Sakitcə başını qaldırdı. "sən həqiqətən səndən istəniləni edəcəksən?".
Qəzəblə ona baxdım."İndi bunun yeridi?"
O da istehzalı baxışlarla məni süzüb dedi:
-Nə fərqi var? Ha burda ölmüş,ha sən səndən istəniləni etmiş.Eyni nəticə olacaq.
Deyəcək cavabım yox idi,haqlı idi.Amma bilmədiyi çox şey var idi.Sakitliyimdən özünün haqlı olduğuna qərar verərək danışmağa davam etmişdi:
-Əvvəldə dedim,yenə də deyirəm.Mən sənin bunu etməyinə icazə verməyəcəm.Sən qəbul elə ya da eləmə,Ağrı ədalətdir.
-Bura Azşrbaycandır.
Əsəblərimi cilovlaya bilməyib qışqırdım.
-Sən nə zənn eliyirsən? Bura Avropa  deyil.Mən eləməsəm,başqa biri.Bir ay içində olmasa bir il içində.Pulla birini tutub öldürəcəklər.Nolsun ki cinayətkar,şərəfsiz,təcavüzkar,cındır adamları öldürür. Dövlətə görə nəticə də o da bir  cinayətkardı.Öldürdüyü heç kimi bir zərbə ilə öldürmür.Etdiyi heç bir cinayət özünü müdafiə ilə təmizə çıxarıla bilməz. İnsanları öldürdüyü gizlətmir,hələ alınlarının ortalarına A damğası vurur.
-Sənin elədiyin fərqlidi?
Dediyi an içimdə bir sancı hiss eləmişdim.Bu səfər səssiz qalan mən idim.
-Hə Azər? Sən fərqli neynirsən ki güya.
Sən də cinayətkar,təcavüzkar,qatil,mal satan,mafiaları öldürürsən.Bəzən silahla bəzən zəhərləyərək bəzən bıçaqla.İkiniz arasında tək fərq var,o ədalətin arxasında gizlənir,sənsə dövlətin.
Dediklərin hamısı doğru idi.İllərlə özümü ovutmağa ,elədiyimin doğru olduğuna özümü inandırmağa çalışmışdım.
"Eyni deyilik" buna inanmağa ehtiyacım var idi,bunun doğru olduğuna inanmağa ehtiyacım var idi.
Mehdi gözümün içinə baxa-baxa qəlbimə xəncər kimi batacaq sözünü dedi:
-Ən azından bilirəm ki ,Ağrı mənə saxta yaxınlıq qurub  sonra dövlət istəyir  bəhanəsinə sığınıb məni öldürməyəcək.Amma sən mənim mənəvi  qardaşım olsanda bunu eləməyəcəyinə əmin olub,heç vaxt sənə arxamı söykəyə bilməyəcəm.

AğrıWhere stories live. Discover now