Susqunluq

39 6 13
                                    

Biraz öncə olanları unudaraq yoluma davam eləməyə qərar vermişdim.Ama hələ də unuda bilməmiş və buna görə də fikrimi toplaya bilməmişdim.Düşüncəli şəkildə maşını sürməyə davam edərkən arxadan  bir maşının  maşınıma dəyməsi ilə başım rola dəymişdi.Özümə gəlib aşağı düşəndə gördüyüm üzlə qəlbim həyəcanla atmağa başlamışdı,2 ildir ki sevdiyim Sənan qarşımda idi.Cəld addımlarla yanıma gəlib üzümə diqqətlə baxmışdı
"Yaxşısan? Səhv mənim idi ,üzrlü say"
"Eybi yox yaxşıyam ,sən necesen?"
"Yaxşıyam ,çox sağ ol " deyib gülümsəmişdi.Sənan mənə gülümsəmişdii. Buna hələ də inana bilmirdim.Birdən gələn cəsarətlə "qızlarla görüşməyə gedirəm ,gəlmək istəməzsən?" Dedim.Gözləri parlamış "çox dirəşirsən ki gedim,ona görə gəlirəm ,gedək" deməsi ilə sevinmişdim .2 ildi ki sevirdim ama heç vaxt sevgimi etiraf etməmişdim,onun məni sevmədiyini bilirdim.Seviləcək biri də deyildim,ailəsi ölmüş,qara saç, yaşıl göz orta boylu adi qız idim.Ama o varlı,məşhur ailənin yaraşıqlı oğlu .Bunu düşünməyi buraxıb ona baxdığımda"Nə düşünürsən?Nəsə olub?"
"Yox,heçnə olmayib, gedək"Maşına doğru hərəkət etməyə başladım.Qapını açıb əyləşəndə təsadüfən gördüyüm yaşıl gözlərlə dayanmış,yaşıl gözlərə baxa qalmışdım,mən o yaşıl gözlünün getdiyini zənn eliyirdim burda görməkdən qorxsam da  yanımda  Sənanın olması rahatlamağıma səbəb olmuşdu.Gözlərinə baxmağı dayandırmağı düşünəndə  başını yox anlamında sallamasına anlam verə bilməmiş,ona fikir vermədən maşına əyləşmişdim.Sənan qapını açıb "düş,sürücü oturacağına mən əyləşim"
"Niyə ki? Özüm sürərəm"
"Kənardan yaxşı görünməz ,düş ,nədi yoxsa mənə güvənmirsən"
Kənardan yaxşı görünməz deməsi diqqətimi çəkmişdi.Onun belə dar düşüncəli biri olduğunu bilmirdim.İnsanların qadın və kişilərə qarşı ayrı-seçkiliyinə nifrət edirdim.
"Sənə niyə güvənməliyəm ki"demiş və gülümsəmişdim.Bundan xoşu gəlmədiyi  baxışlarından bəlli idi.Əslində onun bayaq dediyi cümlədən sonra onun nədən xoşu gəlib gəlmədiyi mənim də vecimə deyildi.
"Yaxşı da,uşaqlıq eləmə düş"
"Düşmürəm" deyib razılaşmamış , təəccüblənərək mənə baxmış digər ön oturacağa oturmuşdu,maşının işə salıb,sürməyə başlamışdım. Pəncərəni açıb səmaya bir neçə saniyəlik baxdım.Küləyin saçlarımla rəqs etməsini sevirdim.Uşaqlıqdan bəri bəlkə də çox huyum dəyişmişdi ama bu huyum heç vaxt dəyişməmişdi.Maşını sürməyə başlayandan bi müddət sonra pəncərələrin şüşələrini qaldırmışdı.Əsəbi-əsəbi ona baxdığımı görüb "hava soyuqdu,üşüyürəm birazdan açaram"
"Hara gedeceyimizi niyə soruşmursan"
"Çünki bilirəm,Qumru məni dəvət eləmişdi"
Bu cümlə nədənsə məni incitmişdi ,Qumru ilə bəlkə də yaxındılar deyə düşünmək özümü bərbad hiss etməyimə səbəb olmuşdu.Sonra dərin nəfəs alaraq cəhənnəmə ki məni sevmək məcburiyyətində deyil,məni sevmirsə məndə ona olan hissimi boğaram deyə düşünmüşdüm,Haqlı idim məni sevməyən birinə ömür boyu platonik qalıb onsuzda məhv olmuş öz həyatımı biraz da məhv eliyə bilməzdim.
Birdən başını mənə doğru çevirib
"Qumrudan xoşum gəlir "demişdi.2-3 saniyə heçnə deməmiş,sonra "Birlikdə olmağınız üçün əlimdən gələn hər şeyi edərəm"demişdim,bir neçə saniyə susqunluqdan sonra danışmağa davam etmişdim:
"Lap yaxşı,Maraqlanmısan bəlkə onunda səndən xoşu gəlir?"
"Axşam birlikdə parka gedəcəyik,orda deyəcəm"Həyəcanlı idi.Əsas da xoşbəxt idi.Hər sevən xoşbəxt olmur, o şanslı idi .Davamlı olaraq Qumruya hazirlayacağı hədiyyədən danışırdı ama mən sadəcə bi cümlədə taxılıb qalmışdım;Qumrudan xoşum gəlir.Qumrunu düşündüm.Qumru Sənandan xoşum gəldiyini bilirdi.Onunla danışmalı idim mənə görə Sənana yox deməməli idi.
O danışır ,mən dinləmirdim.Birdən "dayan "deməyim ilə mənə təəccüblə baxmış mən daha yüksək səs tonumla təkrar etmişdim "dayann" dayanıb mənim üzümə ruh görmüş kimi baxması ilə "getmirəm,başım ağrıyır ,maşından düş,get öz maşınınla get"
"Nəsə oldu?"
"Yox,nə ola bilər ki"
Əslində hə,başıma girən ağrı maşın sürməyimə mane olurdu.
"Yaxşı,gedirəm onda " cavab vermədən sadəcə başımı bəli anlamında sallamaqla cavab vermişdim.Telefonumu alıb Sevdaya mesaj yazmağa başladım
'Narahatam,gəlmirəm'
'Niyə?gəlim yanina ?'
'Yox ,gəlmə'
'🙁🙁🖤'
Cavab verməmiş evimə doğru sürməyə başlamışdım.Yolda Qumruya zəng vurmuşdum.Bir neçə dəfə çalandan sonra açmış:
"Bəliii ,hardasan?"
"Gəlmirəm"
"Səbəb?"
"Narahatam,bunu boş ver daha vacib məsələ var,yaninda kimsə var?"
"Bir dəqiqə,hə,indi yoxdu,nəsə olub?hansisa cinayətkarı tapdın?"
"Sənan səni sevir,mənlik biri deyil ,mənə görə ona yox demək kimi bi səhvə düşmə,görüşərik,işim var "deyib telefonu söndürmüşdüm.Evə gəlib Onur Can Özcan-İntihaşk mahnısını açıb yatağıma uzanmış,hər gözlərimi bağlayanda xatırladığım keçmişimdən qurtulmağa çalışırdım.Ta ki yuxu məni əsir alana kimi..
Telefon səsinə oyanmış,Zəngə cavab verərək qulağıma yaxınlaşdırmışdım.Hər şey yaxşı idi,Sevdanın ağlayaraq qurduğu cümləyə qədər..
"Öldülər,öldülər Çinarə"
Eşitdiyim cümlə ilə ayaqlarım .əllərim titrəməyə başlamış ayaqda dura bilməyib yerə çökmüşdüm.
"Kim? Kim ölüb ? "
"Hamısı Çinarə,hamısı"
Sakitləşməyə çalışaraq:
"Hamısı kimdi?"
"Qızların hamısı "deyib daha səsli şəkildə ağlamağa davam edirdi.
Eşitdiyim son cümlənin təsiri ilə ayaqlarım yerdən kəsilmiş,son xatırladığım ayağa qalxmağa çalışmağım olmuşdu.

AğrıHikayelerin yaşadığı yer. Şimdi keşfedin