İnanc

26 5 7
                                    

Şöbədən çıxıb evə doğru gedirdim.Arxamdan birinin gəldiyini hiss edib arxama baxanda Azəri görmüşdüm.Addımlarını sürətləndirərək yanıma gəldi.
"Danışmalıyıq,başı boş kimi plansız,danışmamış heçnə eləməməliyik,elədiyimiz ən adi səhvin ağır nəticələri ola bilər"
"Yaxşı,evin yanındakı parkda oturub danışaq."
Təəccüblə üzümə baxandan sonra danışmağa davam etmiş:
"Vayy, siz qışqırmadan ,sakit sakit nəyisə qəbul edə bilirmişsiniz ki."
Cavab verməyib sadəcə üzünə baxmışdım.Əlini üzünə yaslayıb böyümüş gözlərlə mənə baxıb:
"Bu necə baş verə bilər?"demiş üz ifadəsini görəndə gülməyə başlamışdım.Qısa bi an o da gülmüş,sonra ciddiləşərək "danışmalıyıq" deməsi ilə alayla cavab vermişdim.
"Tutuquşu kimi eyni cümlələri niyə təkrarlayırsan ?Anladım da danışmalıyıq,danışacağıq.Parkda danışaq" demişdim.O da sakitcə başını bəli anlamında hərəkət etdirmiş ,yola davam etmişdik.Parkda oturacaqlardan birinə oturmuşduq.Oturalı 5 dəqiqə olmuş,Azər danışmadan gözlərimə baxırdı.
"Danışmayacıqsa niyə burdayıq? "
"Yanlış anlama,indi soruşacağım heç bir sualda heç kimi ittiham etmək üçün soruşmuram"
"Yanlış anlamaram,soruş"
"Mehrunun ailəsi ilə bağlı nə bilirsən?"
"Heçnə"
İnanmamış kimi üzümə baxmış ;
"Necə yəni heçnə? Dostunla ailəsi ilə bağlı heç söhbət eləməmisən?"
"Mən Mehru ilə dostam ,Mehru ilə bağlı xüsusiyyətlər,problemlər məni maraqlandırır.Ailəsinin kim olması yox"
"Heçnə soruşmamısan? Düşün bəlkə nəsə soruşmusan?"
Düşünməyimə ehtiyac yox idi,mənim ailəmlə bağlı heçnə soruşulmasın deyə heç kimdən ailəsi ilə bağlı heç vaxt heç nə soruşmamışdım.
"Əminəm,soruşmamışam,sadəcə bi dəfə Qumru onun atasının narkotik satıcısı olduğunu demişdi,məndə eşitmək istəmirəm deyərək susdurmuşdum.Niyə bunu soruşursan ki?"
"Çünki polislər cinayətlərin ailələr ilə bağlı ola biləcəyini düşünür,qızlarının ikisinin ailələrinin qaranlıq dünya ilə bağlantılı olduğu həqiqətdir"
"Onda niyə hamısı birdən öldürülsün ki? Bu məsələ ilə bağlılığı olmayanları öldürməklə arxasinda daha çox iz qoymuş olmaz?"
"Olmaz,bəlkə də bilərək hamısını öldürdü ki fikrimizi yayındırsın,biz 4 qızın ailələrinin ortaq düşmənlərini axtaraq"
Haqlı ola bilərdi.Ama əlimizdə heçnə yox idi.Birini axtarırdıq amma haqqında ən kiçik bir məlumata belə sahib deyildik.Bunu düşündükcə darıxmış,düşünməyə davam etmişdim.Azərə baxdığımda o da düşüncəli idi."Ağrı ,bu cinayətin arxasından ailələrdən biri də çıxa bilər"Sakitcə üzünə baxmış,anladığımı bildirmək üçün başımı sallamışdım.O da yenidən düşünməyə başlamışdı.
Birdən başını qaldırmış sonra :
"Atasının adı nədi? Həqiqətən o işlə məşğul olan biridirsə,mən onunla bağlı nəsə tapa bilərəm"
"Fazil .D" deməyimlə təəccüblənərək:
"Şirkətlər qrupu sahibi olan Fazil?"
"Hə"
"Mərasimə gedəcəksən?"
"Hə"
"Səninlə gələrəm,danışdırarıq,nə vaxt gedirsən?"
"İndi"deyib ayağa baxmağımla o da ayağa qalmış parkdan çıxışa doğru hərəkət etməyə başlamışdıq.
"Ağrı,mənim maşınımla gedək?"
"Yaxşı " deyib öndən yeriməyimlə arxadan fısıldamalarını eşitmişdim.
"Bunun başına nəsə düşüb,heç nəyə etiraz eləmir, deyəsən,Başımıza daş yağacaq,Allah sən qoru"
Ciddi ciddi dediyi cümlələri eşidəndə nə qədər gülmək istəsəm də zorla özümə hakim olmuş,qaşımı qaldıraraq ona doğru dönmüşdüm:
"Nə mırıldanırsan?"
"Deyirəm havalar nə gəşəngdi,necə gözəldi"
"Sakit ol ,başım ağrıyır"
"Ya Səbr,Ya Səbrr,mənim maşınımla gedək"
"Səbəb?"
"Mən elə uyğun gördüm" deyib önə doğru keçmiş,yeriməyə davam etmişdi.İnsanların əmr şəklində danışaraq dediklərinin tərsini etmək kimi bi huyum var idi,heç vaxt bu huyumdan vaz keçə bilməmişdim.O arxasına baxmadan öz maşınına minib,işə salana qədər mən maşınımı işə salıb ,onun qarşısına keçmiş ,siqnal verməyə başlamışdım.Əsəbləşdiyini burdan belə görmüş,ona sataşmağa qərar verərək pəncərənin şüşəsini aşağı salaraq qışqırmışdım:
"Mən nəyi uyğun görürəmsə,o olacaq,hürr iradə sahibiyəm"deyib gülmüşdüm.
"Sənin insan olduğunla bağlı şübhələrim var,keçilərə daha çox oxşuyursan,bi dənə buynuzların çatmır" dediyinə qarşılıq  vermədən
"Məni izlə " deyərək mən öndə o arxada yol getməyə başlamışdıq.Maşın sürməyi yarış halına gətirmiş gah o gah mən önə keçirdik.Bir saat sonra yorularaq benzindoldurma yaninda dayanmış,hər ikimiz maşınlara söykənib söhbət etməyə başlamışdıq:
"Nə vacib idi iki maşınla gəldik?"
"Mən elə uyğun gördüm"
"Nə desəm fayda etmir onsuz,zeytun yağı kimi üstə çıxırsan"
"Bənzətmənə heyranlıq yaşıyıram"
Dediyim an gülməyə başlamış,əli ilə özünü göstərərək;
"Elə məndə,görürsən necə mükəmməl insanam,ahh özüm,canım özümm"
Təəccüblənmiş şəkildə ona baxmağımla  ilə daha çox gülmüşdü.
"Mən uddum yarışı ,Ağrı"
"Yox,mən daha sürətli idim sadəcə sonda sənə hörmət elədim"dediyim an üzündə əsəbi ifadə yaranmış"Nə hörməti?mən daha yüksək sürətlə sürdüm ,uddum.Oyunpozanlıq eləmə"
"Yaxşı ,yaxşı" yenidən maşınlarla yola düşmüş Mehrunun evinə doğru maşınları sürməyə başlamışdıq.

Maşından düşdüyümüz an Mehru ilə yaşadıqlarımız,ilk tanış olduğumuz anlar,birlikdə gülmələrimiz,birimizin gözü dolanda digərinin həmin an onu güldürməyə çalışması,bir-birimizə göz vurmalarımızı xatırlamışdım.İçimdəki nifrət daha da böyümüşdü.Bu evin qarşısında özümə söz vermişdim.Nolursa olsun o cinayətkarı tapacaq,həbs olunmasına çalışacaqdım.
"Ağrı,Ağrıı"
"Hə?"
"İçəri girmək fikrin yoxdu?"
"Var,gedək"deyib onunla yanaşı addımlamağa başlamışdım.İçəri girməyimlə Mehrunun anası mənə doğru asta addımlarla yaxınlaşmışdı.İntahar bildiklərinin əslində cinayət olduğu ailə üzvləri də şübhəli olduğundan deyilməmişdi.Məni qucaqlamasına təəccüblənmiş qulağıma fısıldadığı cümlələrlə məqsədinin fərqli olduğunu anlamışdım.
"Mənim qızımın dostusansa,özünü ona uyğun apar.Yetim olduğunu heç kimə demə,soruşan olsa sən varlı ailənin qızısan.Mənim qızımın adına xələl gətirəcək heçnə eləmə,mümkündürsə tez cəhənnəm ol burdan"
Cavab vermədən sakitcə gözünün içinə baxmış sonra onu yamsılayaraq məndə onun qulağına fısıldamışdım:
"Hələ bi müddət burdayam,mənə alışsanız yaxşı olar,hələ çox görüşməli olacağıq Nurgül xala" deyib göz qırpmışdım.Azər bizdən biraz aralıda bi mənə bi Nurgülə baxır,neylədiyimizi anlamağa çalışırdı.Biz bir-birimizdən ayrılandan sonra yanımıza doğru addımlamışdı.Hamımız susaraq bir birimizin üzünə baxmağımız ilə Nurgül yanımızdan uzaqlaşmışdı.
"Nolub?nə yaman qucaqlaşdınız?"
"Şübhəli siyahısı tuturuq?"
"Anlamadım?"
"Şübhəli siyahısı deyirəm"
"Hə"
"Başa Sənanla Nurgülün adınız yaz"
Mənə qəribə qəribə baxıb "Sizin qucaqlaşmağınızdan bilinirdi elə nəsə var"dedi.
" mən məclisə gedirəm"
"Mən sənin sözlünəm"deməyi ilə ona dönüb sərt baxmağım ilə:
"Nə? Soruşan olsa əsgərlik yoldaşımdı demiyəcəm ki?"
"Qrup yoldaşımdı de sən"
Yanaqları qızarmış:
"Hə ,mənim ağlıma gəlməmişdi,elə deyəcəm "
Sakit addımlarla irəliləməyə başladım.Bu evin hər yerində Mehru var idi,hər yer onu xatırladırdı,nəfəs ala bilmədiyimi hiss edərək dayanmışdım.Dərin -dərin nəfəslər alıb verir sakitləşməyə çalışırdım.Birinin arxamda olduğunu hiss edib arxama dönmək istəyəndə mən hərəkət edənə kimi o mənim qarşıma keçmişdi.Sevda qarşımda qorxmuş şəkildə durmuş mənə baxırdı.Güclə özümü düzəldib:
"Nolub?"
"Əlində bıçaq olan bi adam var"
"Harada gördün? Bəlkə yemək hazırlayanlardan biri idi?"
"Yox,yox,əlində çox böyük bıçaq var idi,üzündə qara maska taxmışdı"
"Yaxşı,içəri keç sən ,mən baxaram"
"Qorxuram mən getmə"
"Qorxaqlıq etməyin heçnəyə faydası yoxdu,içəri gir"
Deyib onu orda buraxaraq hərəkət etməyə başlamışdım ,arxamı döndüyüm an Sevdanın həqiqətən içəri girdiyini gördüm,qəribə gəlmişdi,əvvəlki Sevda olsa arxamdan gələr,ya məndə gedirəm ya da qayıt deyə inadlaşardı.Bəlkə əsəbləri pozulub son hadisələrə görə deyə özümü təsəlli edirdim.İrəliləyib evdən uzaqlaşandan sonra ağaclıqların olduğu yerdə dayandım.Heç kim yox idi ya da qaçıb getmişdi.

AğrıWhere stories live. Discover now