Sirr detallarda gizlidir

351 10 20
                                    

-"Həyatımzın izlərdən ibarət bir yara olduğunu bilirdiniz? Ömrünüzə bəxş edilmiş hər gün, yeni bir iz deməkdir. Siz fərqində olmasanız da, o iz sizinlədir. Bəlkə bunu gec dərk edəcəksiniz, amma nə vaxtsa dönüb həmin günə baxsanız yaşadığınız anın, xatirədən daha çox, bir izə çevrildiyini görəcəksiniz. Xatirələr də elə bir iz deyilmi? Həyatınızda baş vermiş hər kiçik an illər sonra bir detala çevrilməmişmidir?"

-" Yəni siz deyirsiniz ki, yaxşı və ya pis xatirə yoxdur, hər şey sonda bir yaraya çevrilir. Bəs insan yaşamının nə mənası? Xoş xatirələr də, sonda yara izidirsə, hər şey başdan-ayağa yalandır? Həyat illuziyadır? Min bir əziyyətlə nəsə etməyə, nəyəsə nail olmağa çalışdığımız həyat, sonda sadəcə izlərdən ibarət bir yaradır?" Sadiq kinayəli bir şəkildə güldü. Əslində bu gülüşün ardındakı mesaj, otaqdakı hər kəsə məlum idi. O qarşısında duran, hələ universiteti bitirəli bir il olmayan qızı təcrübəsizliyi ilə günahlandırırdı bu baxışları ilə. Sanki "Uşaqca qurulmuş dramatik cümlələrini, özünə saxla" deyərimiş kimi. Amma, əlbəttə bunu görüş otağnda deyə bilməzdi. O illərin təcrübəli marketoloqu idi və yaşca ondan kiçik də olsa, həmkarına qarşı hər zaman mehriban olmalı idi. Axı, jurnalistlər sonra onun haqda pis yazsa nə edərdi? İllərlərdir cəmiyyətdən topladığı hörməti, balaca bir universitet məzununa görə məhv edə bilməzdi. Baxışlarını Esindən çəkərək, müdiri Dərya xanıma doğru yönəltdi.

-"Bu yaşda.." bir az dayandı, "balaca xanım neçə yaşınız var?"

-"23" Esin baxışlarını Sadiqdən çəkməyərək dedi.

-"Hə bax elə, bu yaşlarda cavanlar çox bədbin düşünür. Sizcə də elə deyilmi Dərya xanım? Hələ ki, bir rekalm şirkətində işləyəsən, belə bədbin düşünəsən..." nitqini soyuq gülüşü ilə tamamladı.

-"Mən də Sadiq bəyə qatılıram, sən reklam sektorundasansa, bu məhsulu satmalısan. Ancaq müsbət tərəflərinə foksalnamlı və bunu qarşı tərəfə ən yaxşı şəkildə göstərməlisən. Yəqin ki, bu primitiv məlumatları universitetdə sizə öyrədiblər." uzun dəyrimi masada oturan sləiqəli geyinmiş pencəkli, kişilərədən biri sualın Dərya xanıma ünvanlandığını unudaraq, onun yerinə cavabladı . O Sadiqin ən yaxın iş yoldaşlarından idi. Ümumiyyətlə, Sadiq bəy, "Sirius" çap evinin yarardıcısı və marketoloqu idi. O bu çap evini lap gənc yaşlarında qurmuş və sonradan biznesini böyütmüşdü. Hətta dəfələrlə uğursuzluqlarla üzləşsə də, ən sonda qurduğu çap evi, ölkənin ən çox üstünlük verilən çap evinə çevrilmişdi. Biznesi böyüdükcə ətrafına onlarla, daha sonra yüzlərlə adam toplamışdı.  İllərdir hər kəs onun uğur hekayəsini dinləmək üçün seminarlara gəlir, media onun haqqında yazır, şirkətlər onunla iş birliyi etmək üçün sıraya düzülürdü.  Bu gün də, bu rekalm şirkətində görüş keçirməkdə məqsədi, qızının yazdığı kitabı ən yaxşı şəkildə ölkədə tanıtmaq istəməsi idi. Hər zaman öz rekalmını özü aparan çap evinin, bu dəfə bir rekalm şirkəti ilə işləmək istəməsi, sektordakı bütün şirkətləri təşvişə salmışdı. Demək olar ki, 3 gün ərzində onlarla reklam şirkətinə görüşə getmiş və heç birini bəyənməmişdi. Burdan da əliboş ayrılacağını hiss etdiyi üçün bir az narahat idi.

-"Qızımız dramatik hekayələr yazamaq istəyirsə, heç burda özünü yormasın, mənim çap evimə müraciət edə bilər. Ölkədə gənc yazarlara ehtiyac çoxdur. Hər kəs öz aid olduğu yerdə gözəldir, hə?" Sadiq bəy hələ də, Dərya  xanımdan cavab gözləyirdi. Görünür Dərya xanım "Sirius" çap evini qarşılama və onları müştəri kimi cəlb etmək işini, Esinə verdiyi üçün bir az məyus hiss edirdi.

-"Sadiq bəy, mən əminəm ki, siz seçdiyiniz şirkətləri araşdırırsınız. Sizin iş prinsipinizə sözüm yoxdur və araşdırmanızı da qüsursuz etdiyinizə əminəm. Bildiyiniz kimi, "Həyat" "DayNight" "Bənövşəyi" "Vala" kimi tanınmış şirkətlərlə uğurlu iş birliklərimiz olub. Onlar üçün hazırladlğımız reklamlar hələ də televizyada göstərilməkdədir."

You've reached the end of published parts.

⏰ Last updated: Jul 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

İzWhere stories live. Discover now