Xəfiyyənin müsahibəsi.

100 14 7
                                    

Qəzetlər yazırdı:

Nəzrin Niziyeva ruhi dispanserdə özünü asaraq intihar etdi.

***

Xəfiyyə Xalid İmanı müsahibə üçün Sənan Aliqierinin ofisinə gəlmişdi. Üsyandan, qətliamdan, alma qatilinin həbsindən 1 aya yaxın vaxt keçmişdi. Sənan bu müddətdə öz peşəsində xeyli uğurlar qazanmışdı həmin hadisələrdə yazdığı yazılar sayəsində. Hər kəs onu dürüst və parlaq bir jurnalist olaraq tanıyırdı. Xalid İmanıya gəldikdə isə xalqın onun barədə fikirləri bir o qədər sabit deyildi. Bəziləri onu qəhrəman olaraq görsələr də bəzilərinə görə xəfiyyə əkizlərin və Həsənin qarşısında məğlub olmuşdu.

- Xoş gəldiniz, xəfiyyə. - Sənan öz dəftər-qələmini çıxarıb ayağını ayağının üstünə qoydu.

- Xoş gördük, Sənan. Uzun müddət oldu görüşmüyəli. - xəfiyyənin səsi yorğun çıxırdı.

- Mən də sizi görməyimə şad oldum. Gəlin əsas mövzuya keçək. Xəfiyyə, hadisələrin üzərindən bir ay keçsə belə hələ də bir çox şeyə aydınlıq gətirilməyib. Bütün olanların mərkəzində olan biri kimi sizdən xalqı aydınlatmağınızı istəyəcəm. İlk öncə bunu soruşum, çoxlarına görə siz bu istintaq zamanı məğlub olmusunuz. Xüsusilə qardaşınızın dəstəkçiləri sizin xəfiyyə ünvanınızın əlinizdən alınmasını istəyir. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə qardaşım Xəlil bu istintaqda iştirak etsə fərqli həll yolları seçə bilərdi. Mən nə qalib olduğumu, nə də məğlub olduğumu deyə bilmərəm, bu eqoistcə bir yanaşma olardı. Ümumiyyətlə bu istintaq mənimlə bağlı bir şey deyildi, heç kimlə yarışmır ya da rəqabət aparmırdım. Polkovnik Əkbər Cabbarovun məni Niziyevlər malikanəsinə dəvət etdiyi gecə bir faciə yaşanacağının fərqindəydim və bu faciənin qarşısını almaq üçün əlimdən gələni etdim. Üsyançıların şəhər mərkəzinə girməməsi üçün dövlətə xəbərdarlıq yolladım, bu sayədə bombalar partlayarkən şəhər mərkəzində yüzminlərlə şəxs yox, bundan qat-qat az adam var idi. "Naz" fabrikindəki prosesi təxmin etdiyim üçün oranı izlətdirməyə başlamışdım və bu sayədə intihar bombaçılarının əksər hissəsi şəhər mərkəzinə belə gedib çata bilməmişdilər. Və ayrıca Nizam Niziyevin qoluna qandalı özüm taxmışam. Bir də bu hadisələr barəsində heç kimin başa düşmədiyi nüansları bilirəm. Yenə də bunlara baxmayaraq özümə qalib ya da məğlub deməyəcəm, sadəcə əlimdən gələni etdim.

- Bizə bildiyiniz həmin nüanslardan danışa bilərsiniz? Məsələn necə olmuşdu ki, iki əkiz qardaş arasındakı fərqi heç kim ayırd edə bilmirdi? Onlar həqiqətən bu qədər bənzəyirdilər?

- Onların bənzərliyinin ilk başda bir qurmaca olduğunu mən də düşünmüşdüm. Amma bu gerçək idi. Üstəlik onlar görünüş cəhətdən deyil, xasiyyət cəhətdən də bir-birlərinin eynisi idilər. İnsanlara göstərdikləri Nazim və Nizam personajları həqiqətdə mövcud deyildilər, təxminimə görə onlar həyatları boyunca bunu etmişdilər. Bir gün biri Nizam olurdu, digər gün digəri. Onlar bu rolları tez-tez dəyişirdilər və öz ailələri belə bunun fərqinə varmırdı. Bu səbəbdən biri digərini qüsursuzca təqlid edə bilirdi, çünki onlar hər ikisi həm Nizam, həm də Nazim idilər.

- Qatilin öz sorğusunda dediyinə görə onun 9-cu cinayətdə iz buraxıb polisləri malikanəyə çəkməsi qəsdi edilmiş bir hərəkət idi. Bu məsələni anlamaqda oxuyucularımız bir az çətinlik çəkir. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən 9-cu cinayət barədə sənədlərə, ordan çəkilmiş şəkillərə göz atmışam. Və bunu deyə bilərəm ki, 9-cu cinayət əslində planda yox idi. Nazim bu cinayəti sadəcə zövq üçün ya da qəzəbdən işləməyə çalışmışdı. Nizam onu dayandırmağa çalışmışdı, çünki cinayətin nə yeri, nə də məğzi plana uyğun deyildi. Onlar arasındakı dartışma səbəbilə həmin qızcığazın qolu yerindən qopmuşdu. Nizam isə bu tərsliyi bir fürsətə çevirmişdi. O, Nazimin tam olaraq nə edəcəyini təxmin edə bilmirdi və onu üsyan günü gəlib çatana qədər bir yerə həbs etmək lazım idi. Polislərin əslində onları ev həbsində saxlaması onların işinə yarayırdı. Bu hissə əvvəlcədən planlaşdırıldığı üçün Həsən Kərimli o qədər qısa müddətdə özünü sənədlərlə birlikdə malikanəyə çatdıra bilmişdi. Qatilin planında sonda hər şeyin səbəbkarının Niziyevlər olduğunun bilinməsini istəyirdi, o, öz ailəsini, öz mülklərini və öz varlığını fəda etdi ağlındakıları gerçəkləşdirmək üçün.

- Həsən Kərimlidən bəhs etmişkən, onun qardaşlara xəyanət etdiyi ilə barədə şaiyələr doğrudur?

- Həsən... Əslində yaşananların ən maraqlı qismi də buradır. Onun ən başından təhlükəli biri olduğunu bilirdim amma bu qədərini təxmin etməmişdim. Həsən bu idealist intiqam fikirlərini qardaşların ağlına özü salmışdı. O, bu planın Niziyevlərin faciəsi olacağını bilirdi. Ona görə onlara planı gerçəkləşdirmək üçün əlindən gələn qədər kömək etdi. Və sonda, ən vacib anda qeybə çəkildi. Niziyevlər ailəsinin hüquqi olaraq mirasçısı qalmayıb hazırda, bütün sərvət, bütün mülklər yüzlərlə fərqli bank hesabına köçürülərək ölkədən çıxarılır. Bu pulların əksəriyyəti, hətta demək olar hamısı Həsənin cibinə gedir. İndi o öz gizləndiyi yerdə oturub qazandığı milyonları sayır.

- Əkizlərin Sona Mahmud ilə əlaqələrinin olduğu gün üzünə çıxıb. Sona Mahmudun evindəki axtarışlarda Nazim Niziyevin şəkilləri üçün ayrılmış bir hissə tapılıb. Sizcə Sona hamının dediyi kimi Nazimlə sevgili idi?

- Sonanın keçmişini araşdırsaq onların məktəbin son illərində eyni sinifdə olduğunu görə bilərik, əkizlər və Sonanın yəni, bu çoxlarının gözündən qaçmış bir xırdalıqdır. Məktəb illərində əkizlər digər insanlar tərəfindən uzaqlaşdırılır, lağa qoyulur, təhqir edilirdi. Ola bilsin Sona ilə Nazim arasında romantik münasibətdə həmin illərdə yaranıb, Sona da eyni əkizlər kimi cəmiyyət arasına qarışa bilməyən biri idi, bunun yaşanması çox da təəccüblü deyil. Nəysə, bu ayrı məsələdir. Bir sözlə, onlar Sonanın siyasətçi olmasından çox qüsursuz şəkildə istifadə etdilər. Sonanın atasının ölümü elə Sonanın öz sifarişi ilə gerçəkləşmişdi, beləliklə o, olduqca təbii şəkildə hadisələrə daxil ola biləcəkdi.

- Bu hadisələr səbəbilə bir çox itkilər yaşadıq, xəfiyyə. Sizin də bir çox əməkdaşınız, polkovnik Əkbər Cabbarov, müstəntiq Konan Hill və bir çoxları bu hadisələrdə öz canlarını itirdi. Müstəntiq Hillin öldüyü gün barədə yazdığınız izahatı oxumuşam, sizə də elə gəlmir ki, o izahatda bəzi qüsurlar yer alır?

- Həmin izahat qüsurlu deyil, sadəcə bəzi faktları açıqlamağın vaxtı deyildi. İndi isə hər şey bitdiyinə görə hər şeyi açıqlaya bilərəm. Həmin gecə qardaşlar hər ikisi otağından ayrılmışdılar və pəncərələrdən istifadə edərək biri müstəntiqin, biri isə mənim otağıma gəlmişdi. Mənim otağımda yaşanan hadisə ilə müstəntiqin öldürülməsi arasında bu səbəbdən çox qısa vaxt vardı. Hətta diqqətlə həmin hadisəni araşdırsaq bir nəfərin iki yerdə eyni anda peyda olduğunu deyə bilərdik. Bu da bizə ən başından əlimizdə iki qatil olduğunu göstərən faktlardan biridir.

- Qızınız necədir? O, alma qatili həbs olunmazdan əvvəl onunla qarşılaşıb sağ qalan tək şəxsdir. 

- Qızım olduqca yaxşıdır, bir çox yetişkindən daha sağlam psixologiyaya malikdir. Soruşduğun üçün təşəkkür edirəm, Sənan.

- İstintaq zamanı qəzetlərə bilgi sızdıran şəxsin kim olduğunu bilirsiniz, xəfiyyə?

- Bu barədə bilirəm, bəli. Həmin şəxs hazırda işdən çıxarılıb. Həmin şəxs plandan tam xəbərdar olmasa da əkiz qardaşların əmrinə riayət edərək bunu edib, çünki alma qatilinin Niziyevlər ailəsindən biri olmasının xalq tərəfindən bilinməsi mühüm idi, əks təqdirdə xalq bu qədər qəzəblənməzdi. Amma həmin şəxsin kimliyini şəxsin öz xahişi ilə dilə gətirməyəcəm. Yenə də o şəxsin də lazımi cəzanı alacağından əmin ola bilərsiniz.

...

- Bəs indi nə olacaq sizcə, xəfiyyə? Alma qatili hadisələrindən bir cəmiyyət olaraq nə dərs çıxarmalıyıq?

- İndi nə olacağını deyə bilmərəm. Sadəcə qurbanların ailələrinə səbr arzu edirəm. Bu hadisələrdən bəlkə kütləvi nifrətin heç də yaxşı nəticələrə yol açmadığı dərsini çıxa bilərik, bunu da deyə biləcək şəxs mən deyiləm. Ümidvaram bir daha belə bir faciə ilə üz-üzə qalmarıq, qalsaq belə qarşısını öncədən ala bilərik. Məncə bundan sonra dünyanın daha yaxşı bir yer olmasına ümid etməliyik və həmçinin bunun üçün əlimizdən gələni etməliyik.

Qan rəngində almaDove le storie prendono vita. Scoprilo ora