DİES İRAE.

102 12 9
                                    

Dies irae, dies illa,

Solvet saeculum in favilla.

***

Həsən Kərimli 30 nəfərə yaxın bir kütlənin qarşısında gözlərini yumaraq soyuqqanlılıqla dayanmışdı. Niziyevlər ailəsinin malikəsinin qarşısına yığılmış və sayları getdikcə artmaqda olan bu kütləyə siyasi aktivist Sona Mahmud rəhbərlik edirdi. Gün gəlib çatmışdı, Sonanın qəzəbli çıxışını indi radiodan milyonlarla şəxs dinləyirdi. Sona saxtalığını yaxşı gizlətməyi bacarırdı, daxilindəysə öz sevgilisinə bir neçə yüz metr yaxın olduğu üçün həyəcanlı idi. Ağzından ətrafa tüpürcəklər yaya-yaya öz dəstəkçilərini nitqi ilə cuşa gətirirdi:

- Bizlərdən, adi xalqdan şəxslər bir-bir ölərkən, öldürülürkən onlar, bu harınlamışlar orda ziyafət keçirirlər! Və biz buna göz yumacağıq? Bizim qatilimiz, atamın qatili, neçə ananı gözüyaşlı qoymuş o qatil orada öz şərabını qurtumlayarkən biz qorxu içində yaşayırıq. Bu sadəcə mənim məsələm deyil, əziz vətəndaşlar, bu məsələ ölkədə yaşayan hər bir şəxsin məsələsidir. Ona görə bu gün hər birinizi küçələrə dəvət edirəm, çıxın və etirazınızı, içinizdəki qəzəbi nə yolla olursa olsun göstərin. Yaşananlar qatilin günahı olduğu qədər, həm də bizi idarə etməyə çalışan fərsiz dövlətin, kukla siyasətçilərin günahıdır. Adını, soyadını, yerini bildikləri bir qatili həbsə atmaq yerinə onun şanına ziyafət keçirirlər. Bir daha soruşuram, buna göz yumacağıq? BUNA GÖZ YUMACAĞIQ?

Yumruqlar havaya qalxdı, qəzəb dolu hayqırışlar öz etirazlarını bildirirdi. Gözlərini yumub onları izləyən Həsən Kərimli bir addım önə çıxdı, Sonanın adını qışqırıb hamının diqqətini çəkməyi bacarmışdı:

- Öz dəstənizi də götürüb burdan getməyinizi xahiş edirəm.

Sona Həsənə yaxınlaşıb ondan bir nəfəs aralıda durdu, gözlərinin içinə baxırdı qəzəblə:

- Yoxsa? - Sonanın nəfəsi spirt qoxurdu.

Dəstənin başçısı yenidən öz kütləsinə tərəf çevrildi:

- Bu şəxsi, bizim burdan çıxıb getməyimizi istəyən bu məxluqu hamınız yaxşı tanıyırsınız. Hüquqşunas, lənətli ailənin vəkili, bütün günahkarların ən qatı müdafiəçisi və ən qara işlərdə həmişə əli olan bu adamı. Neçə cinayətkar onun sayəsində hələ də aramızda dolaşır. Və elə ən böyük günahkarlar olan Niziyevlər ailəsi də onun sayəsində neçə illərdi murdar işlərini rahatca görə bilirlər. Sən bu iyrənc sistemin bir parçasısan, Həsən! Sən aramızdakı qatillərdən birisən!

Dəstə Həsəni söyməyə, onu təhqir etməyə başladı, atılan pomidorlardan biri Həsənin düz qulağının dibindən keçmişdi.

Həsən bir addım daha önə çıxdı qorxusuzca qarşısındakı şəxslər onu daha yaxşı eşitsin deyə. Gülümsəməsi hər zamankı qədər düz və soyuq idi.

- Sona Mahmud, özünüzü xalqın qəhramanı kimi göstərməyə çalışmayın artıq. Bütün bu qəzəbinizi atanızın öldürülməsi ilə bağlayırsınız. Amma mən bir az araşdırdıqdan sonra atanızı bir o qədər də sevmədiyinizlə bağlı faktlar əldə etmişəm. Nəticədə atanız ananıza təcavüz etdiyi üçün siz dünyaya gəlmisiniz və atanızın təcavüzləri siz doğulduqdan sonra da dayanmayıb. Uşaqlıqda ailə içi şiddət səbəbilə travma keçirmisiniz, bir neçə dəfə intihara cəhd etmisiniz, yeniyetməlik illərində atanızı ölümlə təhdid edib evdən ayrılmısınız. İçdən-içə atanızın ölümü ilə bağlı sevindiyinizi bilirəm. Və bütün bu faktları mən artıq qəzetlərə yollamışam. Yəni yalanınız gün üzünə çıxmaq üzərədir. Və siz, özünüzə etirazçılar deyən şəxslər bu gün bir qoyun kimi yalançı çobanın ardınca getsəniz sabah peşman olacağınıza əmin ola bilərsiniz. - vəkilin yaşıl göz bəbəkləri bir anlıq parıldamışdı.

Qan rəngində almaWhere stories live. Discover now