"Libera me"

112 12 3
                                    

Niziyevlər ailəsinin malikanəsində sabah olacaq ziyafətin hazırlıqları davam edərkən Cabbarov bu durğunluq anından istifadə edərək öz həyat yoldaşını görməyə getmişdi. Məqsədi sadəcə qapıdan Kübranı görüb yenidən işinin başına qayıtmaq idi. Evinin qapısı açıldıqda və Kübranın o mehriban simasını gördükdən sonra isə planlarında dəyişiklik etmişdi. İki saat ortalıqda olmasaydı dünya dağılmaz deyə düşünmüşdü. Halbuki keçən səfər malikanədə olmadıqda nələr baş verdiyini və yenidən ora qayıtdıqda hansı mənzərə ilə qarşılaşdığını çox yaxşı xatırlayırdı. Sadəcə həyat yoldaşının yanında bu düşüncələri beynindən uzaqlaşdıra bilir, bir anlıq hüzuru öz evində tapırdı.

Kübra ərini qucaqlayıb onu içəri dəvət etdi. Qadın hər zaman olduğu kimi yorğun görünürdü, saçları dağınıq və rəngi solğun idi. Əkbər qonaq otağına keçib oturdu, Kübra isə bir müddət sonra özü ilə birlikdə iki fincan çay da gətirərək qonaq otağına daxil oldu. Əkbər qarşısına qoyulmuş çayı əlinə götürərək qoxusunu həsrətlə içinə çəkdi. 1 həftəyə yaxındır evdən qıraqda idi və bu müddət onu xeyli arıqlatmışdı. Üstəlik görünüşü də getdikcə elə Kübranın görünüşü kimi yorğun hal almağa başlayırdı. Ondakı bu dəyişiklikləri Kübra da sezmişdi. 

- Sənin üçün darıxmışam, Əkbər.

- Elə mən də... - polkovnik bu yaşına baxmayaraq xoş söz qarşısında nə deyəcəyini bilməyən utancaq uşaqlar kimi qızardı.

- Hələ bitmir bu məsələ?

- Az qalıb daha. Maksimum 5 gün. Sonra evə qayıdacam. - bu sözləri deyərkən Qənbərovun təyin etdiyi vaxt yadına düşdüyü üçün narahatlıq keçirdi.

- Əvvəl də işə görə evdən uzaqda qaldığın olmuşdu. Amma bu səfər nədənsə qorxuram. Gecələr yata bilmirəm, ancaq dua edirəm.

- Əşşi, nə olasıdı.

- Ac olarsan yəqin. Yeməyi isinməyə qoymuşam. - bu sözləri dedikdən sonra Kübra ayağa qalxıb mətbəxə keçdi. Əkbər qonaq otağında bir müddət yalnız qaldı və öz evini incələdi. Bu ev ona ailəsindən yadigar qalmışdı, elə də qiymətli bir ev deyildi əslində, yenə də xatirələr... Amma indi o xatirələr bu evin daha da tənha görünməsinə səbəb olurdu. Əkbər bu evdə yeniyətməliyini keçirdikdə ətrafında atası, anası, yaşlı babası və 3 qardaş, 2 bacısı vardı. İndi isə Kübra tənha bir ruh kimi fırlanırdı bu evin otaqlarında.

Həyat yoldaşı masanı hazırladı və onlar masa başına keçdilər. Yemək dolma idi, Əkbərin ən sevdiyi. O, birdən nə qədər ac olduğunun fərqinə varmışdı, yeməyi sürətlə yeyib bitirdi və adət etdiyi kimi əliylə əvvəlkindən balacalaşmış qarnını ovxaladı. Bunu görən Kübra gülümsəmişdi, Kübra gülümsədikdə cavanlaşırdı. Çöldən uşaq səsləri gəldikdə qadının təbəssümü yarıda qalmışdı. Kiçik uşaqlar küçədə futbol oynayırdılar, bəzən onların topu evin pəncərəsini qırırdı. Bu barədə heç vaxt onlar uşaqlara əsəbləşməmişdilər, hətta bir dəfə Cabbarov pəncərənin şüşələri uşaqların topunu parçaladığı üçün onlara yeni top da almışdı. Onlar uşaqlara əsəbləşə bilmirdilər, çünki hər zaman bir övlad həsrətində olmuşdular. Problem Əkbərdə idi, cinsi taqətsizlik yaşayırdı cavanlığından bəri və artıq illər keçdikcə şəhvət hissi barədə hər şeyi unutmuşdu. İlk illərdə çoxlu pul xərcləndi, müalicə üçün bir çox yola əl atıldısa da bunun bir yararı olmamışdı. Sonralar isə onlar qəbullanmışdılar, bu barədə heç bir söz deyilməmişdi, hətta bəzən cəhd edirdilər, yenə də içdən-içə övlad sahibi olmayacaqları fikrini qəbul etmişdilər. Əkbər bu barədə özünü günahkar sayırdı. Əgər indi bir övladları olsaydı Kübra bu qədər yalnız qalmazdı. Müstəntiqin ölümündən sonra o, yalnızlıq barədə çox düşünməyə başlamışdı. Bəlkə də ətrafı o fərqində olmadan yalnız insanlarla dolu idi. Bəlkə xəfiyyə də yalnız idi, bəlkə hətta Niziyevlər əkizləri də özünü yalnız hiss edirdi. Xalidin sözlərinə görə o əkizlər asosial idilər. Kübra hər zaman evdə yalnız qaldıqda Əkbərə bunu problem etməməsini deyirdi. Amma indi fərqinə varırdı Kübranı həyatı boyunca nə qədər yalnız qoyduğunun. Bu düşüncələr arasındaykən bir anda qərar vermişdi:

Qan rəngində almaWhere stories live. Discover now