Qatilin qəzəbi.

Start from the beginning
                                    

- Yaxşı! Bəsdirin daha görək. Bu didişmələrinizdən bezdik artıq. - müstəntiq uşaq danlayırmış kimi onlara qəzəbləndi.

- Burda oturmaqdan belim ağrımağa başladı. Artıq siqaret çəkməyə çıxa bilərəm, xəfiyyə? - leytenant Maqsud Səfərov ayağa qalxıb əlini belinə qoydu və arxaya doğru dartındı. Xəfiyyə leytenantın yenə 3-cü mərtəbədəki Nəzrin adlı qızın qaldığı otağın göründüyü o ağacın altına getdiyini bilirdi. Bu ailədən birinə, xüsusilə də elə problemli bir qıza olan meyli təhlükəli olsa da hələki görməzdən gəlinəcək məsələ sayılardı, buna görə də leytenanta getməsi üçün icazə verdi. Səfərov otaqdan çıxanda polkovnik Əkbər Cabbarov da içəri daxil olurdu. Əkbər Cabbarov əmri altındakı gənc oğlana baxdı, onlar qapıda üzbəüz dayananda polkovnik bir qaşını yuxarı qaldırmışdı:

- Yenə siqaret çəkməyə?

- İki dəqiqəyə qayıdacam, polkovnik.

- Cavan oğlansan, özünə ziyan verirsən. Bir az az çəksən olmaz? Özü də hamıya de, siqaretin filterlərin yerə atmasınlar, bağban bu gün şikayət edirdi, xidmətçilər bütün gün yerdən filter toplayırmış.

- Atmaram, polkovnik.

Əkbər Cabbarov qapıdan çəkildi və Səfərov otaqdan çıxdı. Müstəntiq polkovnikin önünə gəldi:

- Yenə zəng?

- Hə. Yenə.

- Bu səfər kim?

- Baş idarənin rəisi.

- Baş idarənin? H-h-həpşü! Nə deyirdi?

- Yanına çağırır.

- Burdan ora? Onda nəsə mühüm məsələdir.

- Yəqin ki, müstəntiq. Mən getməliyəm yenə. Bura sizə əmanətdir.

- Dayanın, sizi ötürüm darvazaya qədər.

Müstəntiq və polkovnik söhbətləşərkən xəfiyyə qardaşların kətan lövhələrinin arasında dayanmışdı.

- Həsən Kərimli, siz onların arxasında dayanmışdınız. Deyə bilərsiniz onlardan hansı ilk öncə rəsmi bitirdi?

- Mən görmədim. Mən baxmadım. - vəkil qarşısındakını əsəbləşdirəcək qədər sakit tərzdə cavab verdi.

Xəfiyyə lövhələrin qabağına keçdi və rəsmlərə baxdı. Yağlı boya rəssamlığı. Hər ikisində Nizamın əvvəl çəkdiyi rəsmlərdə istifadə edilən parlaq rənglərdən istifadə edilib. Səfərov bir illik maaşını xərcləsə belə özünə belə bir rəsm çəkdirə bilməzdi. İndi isə tamamilə havayı şəkildə özünün təsvir olunduğu iki mükəmməl rəsm əsərinə sahibdir.

- Xəyalə, sən də gəl bax. - xəfiyyə qızını çağırdı.

- Demək olar... Yox, yox, tamamilə eynidir.  - Xəyalə rəsmləri incələdikdən sonra bu nəticəni çıxardı və başını qaldırıb əlini çənəsinin altına qoymuş atasına baxdı.

- Halbuki onları bir-birlərindən aralı oturtmuşduq. Biri digərinə baxmadan necə təqlid edə bilər? - xəfiyyə sakit səslə dedi.

Bu səfər otağa bir müddətdir ortalıqda görünməyən Nazilə xanım daxil oldu və narahat gözləri ilə düşünən xəfiyyəyə nəzər saldı. Amma rəsmlərdən də bir nəticə əldə edilmədiyini anladıqda yenidən bir az rahatladı.

- Xəfiyyə, sizinlə danışa bilərik? - çəkingən şəkildə Nazilə xanım dedi.

- Buyurun. Sizi eşidirəm.

Qan rəngində almaWhere stories live. Discover now