4

52 16 4
                                    

Mənasız bir vicdan əzabı səfeh beynimi yenə nələr iləsə doldururdu. Yalanmı demişdim? Yox. Amma məsələnin quraşdırılmadan ibarət bir yeri var idi ki, bu da pis hiss etdiyim üçün universiteti tərk etməyimiydi. Universiteti tərk etdikdən sonra pis hiss etməyə başlamağımı kimsə bilmirdi. Amma yenə də, yalan demiş hesab edilməzdim. Çünki ilin başından bəri özümdə bir dəyişiklik hiss etməsəm, iki il qəbul olmaq, iki il də imtahanlarını əksiksiz vermək üçün çırpındığım şeyi yenə birdən-birə verdiyim qərarla tərk etməzdim. Keçən yay tətilinin son ayından bəri ətrafımı əhatə edən ölümcül bir hiss vardı, həmin hiss mənimlə əylənir və heç olmayacaq yerlərdə qabağıma çıxıb, hər şeyi gülünc şəkildə depressivləşdirirdi.

Maşının ön oturacaqlarındakı ana və atam qızğın bir söhbətə girişmişdi. Anam səsini qaldırdı :
- Minaya lazım olan bircə şey varsa, o da təmiz hava, ailəsiylə birlikdə yaşayıb, şəhərdən uzaq olmaqdır. Mənim ki qızım dəli deyil!

Bunları eşidərkən arxada qalan evim və öyrəşdiyim şəhər üçün darıxmaqla məşğul idim. Amma atamın qərarlı səsi düşüncələrimi böldü :
- Ona nəyin lazım olduğunu həkim deyəcək.
Anam fısıltılı bir nəfəs verdi. Narahat olduğu və ağlından keçirdiyi şey varlı, amma savadsız rəfiqələrinin yanında biabır olacağından başqa heç nə deyildi.

O an bir şeyin mənasızlığı haqqındakı fikirlər beynimi doldurdu. Bu bizim vacib qərarlarımızı sırf qan bağlılığımız var deyə yad və fərqli formada qarşımıza çıxsalar, qətiyyən tanımaq istəməyəcəyimiz insanların verməsindən ibarət idi. Öz həyatıma bir də özüm rəy bildirmək istədim :
- Kimsənin yanına getmək istəmirəm. Onsuz da, sahəsində xeyli uğurlu və məşhur olan bir dənəsinin yanından gəlirəm. Diaqnozlar da bizdədir.
Yerində dikələn anam "Bax! O da istəmir." dedi. "Gör, nə ağıllı cümlə qurur. Səncə, o, heç dəli ola bilər?"
Məni yenə səhv anlamışdı :
- Onu demək istəmədim.
- Bəs nə?
- Birbaşa müalicə görmək istəyirəm.
- Əlbəttə görəcəksən. Evimizdə hər​ şey sən istəyən kimi olacaq.
- Evdə yox. Xəstəxanada.
Anam bu dəfə arxaya tərəf çevrildi. Qaşlarının arasındakı o narahatedici əsəb damarı qabarmışdı. Səbrinin tükənmək üzrə olduğunu bildirən səsi eşidildi :
- Sənə heç nə olmayıb. Bir az əsəbləri pozulan hər kəs dəli sayılmır, amma atanla sən bir az da belə etsəniz, mən dəli olacam.
Bunu eşidəndə, maşını sürən orta yaşlı kişiyə tərəf baxıb, yorğun simasında övlad qayğısı çəkdiyini göstərən bir şey axtardım. Lakin orada bir məsuliyyətindən daha qurtulmaq üçün vuruşan birindən başqa heç nə yox idi.

Gözlərimi məyusluqla bağladım. Birlikdə yol getdiyim bu iki insanın bütün həyat enerjimi içlərinə çəkdiyini yeni anlamağa başlayırdım. Onlarla olmaq məni cansız bir həyulaya çevirir, yatmaqdan başqa bir şey istəməyəcək hala salırdı. Bir az yolu izlədim, ardından da istədiyim şeyi etdim. Maşının açıq pəncərəsindən vuran hava istini boğarkən, sarı saçlarımı da üzümə tökürdü. Kiçik tellər burnuma, yanaqlarıma toxunurdu. Çox kiçik, balaca tellər... Üzümü toruma doğru çevirdiyimi başa düşəndə, yerimi dəyişdim və elə bu. Başqa heç nə üçün divarın küncündəki yerimdən bir az da olsun, tərpənmək fikrim yox idi. Bu an qarşı küncdə oturan hörümçək Yoyonun mənə baxdığını gördüm. Gözlərinin dördündə də həmişə mənimlə ikən sərgilədiyi o ələ salan ifadəsi var idi. Halımı gülünc hesab edirdi, bunu bilirdim. Məni gördüyü andaca əzəcək bir insana heyran olmağıma kim gülməzdi ki? Kiçik və axmaq bir hörümçək idim, amma belə olmamalıydım. Yuxum gəlirdi. O gözəl yuxulardan birini daha görmək üçün səbirsizliklə gözlərimi örtdüm. Kirpiklərimə dolaşan saç tellərini kənara çəkib, göz qapaqlarımı araladım. Anam məni oyadırdı, əlbəttə​ ki, bir hörümçək deyildim. Yuxu ilkində olduğu qədər qorxunc idi.
- Oyan, çantanı da götür.
Onun maşından düşməsini izlədim, sonra da, pəncərədən görünən yerə həyəcanla baxdım.
Bir əlim çantamı taparkən, digəri də qapı qulpundan yapışıb, yuxarı qaldırdı. Yavaşca maşından endim.

Atamın etmək üçün gözlədiyi bir şeyi etmiş və fikrini dəstəkləmişdim, həm də onun istədiyindən də artıq. İndi qapısının ağzında ağ və yaşıl köynəkli işçilərin göründüyü uca binanın qarşısında olmağımın səbəbi buydu və istədiyimi etdiyi üçün ona minnətdar idim.

HörümçəkWhere stories live. Discover now