Proloq

93 15 19
                                    

Kiçik bir hörümçək olan Mimi gözəl və gənc bir qadının otağında yaşayırdı. Mətbəxdəki dəmir su kranı vannasının altında qurduğu rahat yuvasını qoyub, buraya köçməsinin üstündən isə bir gün keçmişdi. Buna səbəb yazın ortaları olmasıydı. Yəni qarışqaların evlərə hücum çəkdiyi o narahat mövsüm. Əlbəttə, yaz fəslinin narahatlığı mövzusundakı bu fikir də ona aid idi. Çünki Mimi digər hörümçəklərdən fərqli olaraq qarışqalardan qorxurdu. Onlardan uzaq olmaq üçün evin ən hündür küncündə özünə tor qurmağına baxmayaraq, bəzən döşəmədən keçən qarışqalar gördüyü olurdu. Kiçik hörümçək köçdüyü yerdə qısa müddətli qalacağını bilsə də, yeni darıxdırıcı yaşantısına öyrəşə bilməyəcəyindən narahat idi. Amma gün uzunu gördüyü yegənə maraqlı varlığa qarşı qəribə hislər bəsləməyə başlamasıyla hər şeyin tamamilə​ fərqli olacağını anlamağı çətin olmadı.

Gənc qadın həmişə televizoru, kiçik hörümçək də maraq içində qadını izləyərdi. Belə ki, Miminin hisləri günlər bir-birini qovaladıqca daha da artdı. Axmaqlıq olduğunu bildiyi halda ev sahibəsinə heyran olmadan dayana bilmirdi. Bir dəfəsində qadın yorğun halda yatarkən, Mimi onun yanağına tullanmış, beləcə gözəlliyini daha yaxından görməyi istəmişdi. Amma bu yazıq qadının qışqıraraq ayağa qalxıb, işığı yandırmasına, səhərə qədər qaşındığı üçün də oyaq qalmağına səbəb olmuşdu. Güclə yerə tullanıb, yatağın altında gizlənməyə macal tapmış Mimi məlum hadisənin ardından bir daha eyni şeyi təkrarlamadı. Günlərin birində isə qadın onun gözünə elə göründü ki, Mimi artıq bu gözəlliyinə sadəcə heyran olmaqla qalmayıb, qibtə etməyə başladı. O vaxtdan sonra, Mimi etməli olduğu şeylərin çoxunu, hətta yem axtarmağı da tez-tez unudurdu. Günü bəzən ölmək, bəzən də insan olmaqla, amma daha çox evində yaşadığı qadın olmaqla bağlı həddindən artıq xəyalpərəst yuxular görməklə keçirdi. Bütün bunlar olarkən isə bədəni get-gedə zəifləyirdi. Keçən gecə yuxulu olanda, torundan kənara addımlamış və yıxılacaq ikən yerə düşməkdən son anda xilas olmuşdu. Bir hörümçək üçün bu o qədər də qorxulu sayılmamalıdır, lakin yerə düşməyi onun sonu ola bilərdi, çünki yenidən yuxarı dırmaşacaq qədər gücü qalmamışdı.

HörümçəkWhere stories live. Discover now