Təqdimat

130 21 6
                                    

❛❛ Gözlərimi məyusluqla bağladım. Birlikdə yol getdiyim bu iki insanın bütün həyat enerjimi içlərinə çəkdiyini yeni anlamağa başlayırdım. Onlarla olmaq məni cansız bir həyulaya çevirir, yatmaqdan başqa bir şey istəməyəcək hala salırdı. Bir az yolu izlədim, ardından da istədiyim şeyi etdim. Maşının açıq pəncərəsindən vuran hava istini boğarkən, sarı saçlarımı da üzümə tökürdü. Kiçik tellər burnuma, yanaqlarıma toxunurdu. Çox kiçik, balaca tellər... Üzümü toruma doğru çevirdiyimi başa düşəndə, yerimi dəyişdim və elə bu. Başqa heç nə üçün divarın küncündəki yerimdən bir az da olsun, tərpənmək fikrim yox idi. ❜❜

• Bu Wattpad hekayəsi heç bir ədəbi keyfiyyət qayğısı güdülmədən yazılmışdır.

• Hekayə bir neçə yerdə sürreallığa doğru meyillənsə və "semi-fantastic" olsa da, əsasən reallıqda keçir.

© Hekayənin bütün haqları divarda görüb, saatlarla izlədiyim, amma üstümə tullanmasından qorxaraq öldürməyə cəsarət etmədiyim kiçik hörümçəyə və o hörümçək mən olduğum üçün dolayı yolla mənə aiddir. Bir də yerdəki hörümçək ölüsünü parçalayan o məşhur qarışqalar var, amma onlara heç bir haqq vermirəm.

HörümçəkWhere stories live. Discover now