Tutulmayan sözlər

27 3 0
                                    

Artıq ilk dərs bitmişdi.
Tənəfüs idi.Kolidordan çıxıb biraz ətrafı gəzmək istədim. Birdən yanıma 3 lü qız qurupu gəldi.Qızın birinin qara saçları,kök üz siması var idi.Digəri isə sarışın uzun boylu idi. Və 3 cüsü balaca boylu qumral bir qız idi və mənim diqqətimi çəkmişdi.
Qarşımda diyanıb mənə salam verdilər
"Sizdə bizim qurpdansınız?"dedim
"Aha"
Mən Aynur onlarsa Gül və Su
"Şad oldum mənimdə adım Nur"
"Aha sinifdə deşimdin dedi Gül"
Sizdə orda idiz?Fikir vermədim
Gəl gedək büfeti gəzək
Su nun sözüylə yuxarı mərtəbəyə çıxıb büfeti gəzməyə başladıq.Bura çox böyük idi.
İlk dərs günü olduğuna görə biraz dərsdən tez çıxmışdıq.

Dərslərim çox yorğun keçirdi. Kitab oxumağa heç vaxt tapmırdım. Amma yeni dostlar edinmişdim.Bəli o 3 qızla dostluq münasibəti qurmağı bacarmışdım .Axırki bu zənciri qırmışdım.Güvənməyi öyrənmişdim.Bir-Birimizə çox dəstək olurduq . Elə vaxtlar olurduki inciyirdik küsürdük amma heç vaxt özümü onlardan ayrı düşünə bilmirdim .Bizim dostluğumuzda "dayağ", "mərhəmət" "sevgi", "hörmət"var idi. Vəhşilik və satqınlığı ancaq zəyif insanlar bacarırdı . "Özlərindən güclü birini gördükləri an onu yıxmağ "insanların ən gözəl bacardığı işlərdən biri idi.

Artıq patok dərslərimiz başlamışdı.Yenə bir dərs günü yoğrunluğdan başımı partaya qoyaraq xəyal qururdum. Birdən yenə Elvini gördüm Bəlkədə mən onu unidən deyildə başqa bir yerdən tanıyırdım.Bəlkə mənim əvvəlki həyatımdan bir tanış idi? "Bəli mən bu hadisələrədə inanan, biriyəm məktəbdə çox insandan dəli ləqəbi almış biri."
"Nur! sənin bu öz-özünlə danışmağın haçan bitəcək? Müəllimə səsləndi
Üzürlü sayın müəllimə

Və biz artıq Elvinlə hər tənəfüsdə danışırdıq.Dostlarımlada həmsöhbət olmuşdu. Tez-Tez gəzintiyə çıxırdıq.
Bir zaman sonra Sanki onun mənə qarşı hisslərinin olduğunun fərqinə varmışdım Amma dostlarım nədənsə bizim bu münasibətimizə çoxda yaxşı baxmırdılar Elvini çox istəyirdilər lakin onları bir şey kədərləndirirdi
Bəlkədə nə isə his etmişdilər.Səbəbin soruşsamda özləridə bunun cavabını bilmirdilər. Lakin mən onların bu fikrin önəmsəmirdim. Bəli ilk dəfə bir oğlandan xoşum gəlmişdi. Mənə çox yaxşı davranırdı amma bəzən mənə bəzi şeylərdə qısqanırdı. Məndə bu zamanda belə bir insanın qarşıma çıxmasının sevincini yaşayırdım.Bəlkədə bu etdikləri mənim yaxşılığım üçündür. Bunlar məni önəmsədiyi üçündür.

Qulağımda gözəl bir musiqi ilə uniyə yollanırdım.Və yenə Patok dərsi idi içəri keçib Elvinin yanında oturdum.
Onla birlikdə bir çox şəkillər çəkmişdim. Şəkilləri özümə atmağ üçün telefonun götürdüm .Telefona baxdığım an instagram bildirimiylə yerimdə donub qaldım. Bir qız ona mesaj yazmışdı. "Mən səni heç vaxt bağışlamayacam"Çox maraqlı gəldi Elvinin mənə fikir vermədiyini görəndə qısa vaxta mesajlara baxdım. Elvinin yazdığlarında sanki qıza bağışlatmağ istəyirdi.Yalvarırdı
"Elvin bunlar bu mesajlar nədir?"
"Əvvəlki sevgilimdi dedi"
"Sən mənim mesajlarıma niyə baxırsan"!?
"Üzürlü say mən özümü sənə çox doğma bilirdim səhf anlamışam"
Telefonu yerə qoyub otağdan uzağlaşdım. Ona heçnə demədən

1 saat sonra

Hava yaxşı idi dərsim bitmişdi. Eve gedərkən mesaj bildirimi gəldi?
Elvin idi


"Sən mənə niyə elə hərəkət etdin?"
Yazıyor....
"Biz onla hər şeyi bitirmişik. Son görüşümüzdə hər şeyi qutardıq."
Əyər bitsəydi sən ona yazmazdın...dedim
Yazıyor....
"Mən onu tərk etdim. Ailəmin zoruyla aramıza məsafə girdi.Bir müddət ölkədən uzağlaşdım.. Qaytdığımda artıq 4 il vaxt keçmişdi münasibətimizdən hər şey bitmişdi."

Və mən onun sözünə güvəndim.Çünki o yalan danışmırdı,o mənə özünün necə imanlı biri olduğunu yalan danışmadığını kiminsə qəlbini qırmadığını dediyi üçün məndə çox prablem etmək istəmədim .Əslində bizim aramızda adını qoya bilmədiyimiz bir duyqu var idi. Mən də bunu hiss edirdim. Bir gün həmsöhbət olanda mənim ona qarşı hissimin olub olmadığını soruşmuşdu. Və mən qorxumdan ona yox demişdim. Çünki əyər hərşeyi öyrənsə idi məndən gedəcəyini bilirdim.O da mənə eynilə mənim dediklərimi demişdi.Onu sevirdim saf sevgiylə bağlanmışdım. Onu itirmək istəmirdim.
Hər gün fikirləşirdim.Bəlkədə mənə baxarkən gözlərimdə o qızı axtarırdı.Bu sualların cavabın tapa bilmirdim...



3 ay sonra


Və həmşəki kimi yenə dərsdə birlikdəydik. Amma artıq o çox dəyişmişdi.Sanki əvvəlki Elvin yox idi qarşımda.Hər bir məsələdə məni günahkar çıxardırdı. Əzirdi hor görürdü Lakin Dostlarımla birlikdə olanda isə heç ele bir insan deyildi,mənə qarşı rəftarı dəyişirdi. Bu vəziyyətdən çox yorulmuşdum. Artıq yay ayı gəlirdi imtahanları bitirib rayona qayıdacaqdım.
Şəhərin səsini bir müddət eşitmək istəmirdim.
Son görüşdə gəzib eyləndik.Qızlar bizim arxamızla  gəlirdi . Tarqovu gecələri çox gözəl olurdu.
Gözəl bir don geyinmişdim.Və Elvinin fikrini soruşdum.
"Necə olmuşam?"
Bərbad sən qadın san bu nə geyimdir utanmırsan?
Mən qısa geyinməmişəm bu don normal boydadı. Yox əgər bu geyindiyim bir tərbiyəsizlikdisə sən dindar biri olaraq niyə burdasan? Əgər imanlı birisənsə niyə nəfisinə hakim olmursan? Hər dəfə mənə elə baxırsan ki sanki üstümə atılıb mənə nəsə edəcəksən. Ya da məni alçaldırsan dində belə bir şey var?
Əgər varsa mən dindar deyiləm ya da sən dindar deyilsən.Sənin dediklərin heç vaxt davranışınla bir olmayıbdır. Sən qəlb qıran düşünmədən hərəkət edən özündən başqasına dəyər verməyən birisən.!Təsüfki sənin kimi insanlardan bu dünyada çoxdur.
Bu sözləri dedikdən sonra arxama baxmadan qaçmağa başladım.
"Nur gözlə.!"
Arxamdan səslənirdi.Lakin geri qayıtmayıb möhkəm adımlarla evə getdim.

Evə yeni çatmışdımki Sudan mesaj geldi

Sən hara getdin. Elvin atanın zəng etdiyini tez evə getməli olduğunu dedi.Və bizlə biraz söhbət edib ayrıldıq. Nəsə olub?
Yoxx hər şey qaydasındadır.
Sən danış mən gedəndən sonra nə etdiz?
Sakit bir yerə keç və özünü ələ al. Bu sənə dediklərim bəlkədə çox şeyi deyişəcək amma  biz  sənin yanındayıq.
Nə olub?
O səni sevmir.Ve unutmadığı qıza qayıdır. 4 illiklərini tebrik edib...


Mesajla şoka düşdüm gözümdən yaş axmırdı.Donub qalmışdı qəlbim sanki.
Mənə yalan demişdi. Bəli bunu çox yaxşı bacarırdı. Özümdə güc toplayıb Qızlarla olan qurupa onun mənə etdiklərini səs li mesaj ilə atdım . Qəlbimin ağrısı ilə tez bir şəkildə həyətə düşdüm.
Sadəcə mən və Ay var idik.Gecənin soyuğu məni titrədərkən əllərimi yerə vuraraq ağlamağa başladım.
Və mən bacarmadım .Yenə həyat məni yerə yıxmışdı.
"İnsan ən çox dəyər verdiyi insanların gözündə dəyərsiz olurdu.Və bu həyatda kimisə "Mənim zəyif nöktəmi tapsa o an vururdu."Elvində bunu çox yaxşı bacarmışdı. Mən yenə həyata uduzmuşdum...


Bu hadisələrdən sonra Yeni travmalarım ortaya çıxmışdı. Panik atakım. Həkimə yazılmışdım bir müddət getdikdən sonra biraz özümə gəldim .Lakin Yaram qabığ bağlasada çəktiyim acı mənim qəlbimi sızladırdı. Sanki qəlbinin içində bir bomba var və hər an patlaya bilər. Buda məni məhf edirdi. İnsan sevgidə xoşbəxt olarkən mən isə kədər hisində boğulurdum.
Artıq heç kəsə güvənə bilmirdim. Çünki əlimdə olan sahf sevgi artıq puç olmuşdu.
Gün boyu gülüb əylənsəmdə gecələr çekdiyim əzablar meni yorurdu. Və nəyə üzüləcəyimi belə bilmirdim.
Qəlibimi bir bıcaqla kəsib əlim vermişdilər sanki...




Kaş onu heç tanımasa idim...

Ay işığında son gecəWhere stories live. Discover now