Hər Şey Qəribələşir

26 3 0
                                    


Niyəsə son günlərdə baş verən hər şey mənə çox qəribə gəlməyə başlamışdı.  Atamın söhbətləri, anamın davranışları, qardaşlarımın baxışları... Nəyinki ailəm, bütün kənd dəyişmişdi sanki. Rəna mənlə eyni fikirdə idi. Deyəsən bütün bunların fərqində olan tək Rəna ilə mən idim. Anama nə vaxt bu haqda danışsam, " Yeniyetməlikdən, gənc qız dövrünə keçəndə belə olur" deyirdi. Problem isə mən hələ yeniyetməlik dövründə idim və bu uzun müddət davam etməli idi. Valideyinlərimin gözündə bu qədər böyümüş ola bilməzdim. Yaxşı valideyinlərimin gözündə böyümüşəm, bəs bütün kəndə nolub? Hamı oturub mənim yeniyetməliyimin bitməsini gözləyiridi? Elə bu düşüncələri Rənaya olduğu kimi dedim

-" Məgər, mənim yaşım artdıqca dəyişiklik belə olmalıdır?"

-"Bəs necə olmalıdır?"

-"Mən düşnürdüm ki, böyüdüyümü mən hiss edəcəm, başqaları yox.. Yəni ən azından ilk mən hiss edəcəm."

-"Mən də başa düşə bilmirəm" Rəna mənə fikirli şəkildə cavablar verirdi.

-"Həm də ki, ay qardaş mən böyüyürəm böyüyürəm camaata nolub? düz demirəm?"

-"yox" Rənanın bu cavabından sonra diksinmiş kimi oldum və ayağa qalxdığım yerdən Rənaya doğru baxdım.

-"Necə yəni yox?"

-"Yox yəni..o mənada yox.. Yəni sən düz deyirsən, bütün bunlar kiminsə böyüməyinə görə olası hadisələr deyil axı. Son zamanlar hərksin belə davranmağının bir səbəbi olmalıdır."

-"Düzdür. Elə bilirdim sən də anam kimi, qəribə şeylər deyəsəcksən.. Sən də hiss edirsən hə Rəna? hər kəsin bir-birinə qarşı belə rəftarı dəyişib."

-"Hə insanlar getdikcə çox sərtləşir. Dünən qonuşu Nəzakət xala, bizdən bir az un istədi. Anam isə dedi ki heç unumuz yoxdur. Halbuki o evdə artıqlaması ilə un var. Niyəsə son günlərdə atam hər şeyi torbayla alır."

-"Qəribədir, başa düşə bilmirəm"

-"Bəlkə də əsl səbəbə hələ böyüməməyimizdir."

Bu söhbətdən sonra ən yaxın dostumun məni başa düşdüyünü və bu dünyada belə fikirləşən tək insan olmadığımı anladım. Bəzən ən yaxşı hiss,  heç kimsənin sizi anlamadığı anda bir nəfər tərəfindən  başa düşülməkdir. 

Məktəbin bağlanmasına son iki gün qalmışdı. Məktəb binasına daxil olduqda birdən fərqlilik olduğunu hiss etdim. Eyni zamanda, son günlərdə bunu bolca hiss etdiyim üçün artıq psixoloji problemlərim olduğunu düşünməyə başlamışdım ki, sinif qızlarmızdan Günelin qaçaraq mənə doğru gəldiyini gördüm. Yanıma çatıb ayaq saxlamamış qışqımrağa başladı.

-"Əzizə deyəsən xəyalların puç olur" onun yanında  gələn Səbinəylə bir-birlərinə baxıb gülürdülər.

-"Necə..?" sualımı tamalamadan

-" Artıq məktəbdə təmir işləri getməyəcək"

-"Axı təzə başlamışdı, necə yəni təmir işləri getməyəcək?

-"Səhər müdir dedi. Uzun illər təmirsiz qala bilərmiş" Günel elə danışırdı ki sanki bunları özündən uydurur, Səbinəni də  yanında gətirib ki, onu təsdiqləsin- "Görmürsən? gələn boyalar yoxdur, təmir alətləri yoxdur? dünən boyadıqları divar belə yarım qalıb."

-"Əzizənin arzuları kimi." Səbinə qoluma yavaşdan toxunub güldü ki, zarafatı xətrimə dəyməsin.

-" Necə yəni mənim arzularım?" deyəsən yay ayının səhər yuxusundan hələ ayıla bilməmişdim.

ƏzizəOn viuen les histories. Descobreix ara