Sayısız suallar

31 5 0
                                    


Çiçəyimi otağımda pəncərənin qabağına qoyduqdan sonra, yatağımın üstünə oturdum. Bir az düşüncəyə dalmışdım ki uzandığımı hiss etdim. Yerimdə qıvrıldım "Görəsən onlar getmişdilər?" "Axı bu qədər çox niyə qalsınlar?" "Onlar nə üçün gəlmişdilər?" "Anam özünü niyə belə qəribə aparırdı?" ağlımda bir sürü sual var idi. Gördüm ki, düşündükcə yuxulayıram. Məktəbdə də çox yorulmuşdum, amma ən çox məni bu qəribə görüş yormuşdu. Yuxu nə qədər məni şirin ağuşuna almaq istəsə də, buna dözməli idim. Anamın içəri qaytmağını gözləməli idim. Pəncərədən baxa bilmirdim ki, yenə eyni nifrət dolu baxışlarla göz-gözə gəlməyim. Yox, mən tam əmin olmalıydım ki, onlar gediblər. Nəhayət maşın səsi bizim ev tərəfdən başlayaraq uzaqlaşdı. Bu isə onların getməyi demək idi. Yerimdən atılaraq qapıya qaçdım. Köhnə başmaqlarımı ayağıma keçirib tələsərək qapını elə açdım ki, anamla toqquşdum.

-" Yavaş qız! nolub?" o təccüblü və əsəbi halda mənə baxırdı. Əslində bu baxışlarda təccübdən və əsəbdən başqa bir şeydə vardı. Mən içəri girdikdən bəri başlayan. Amma nə idisə anlaya bilmirdim. Çünki anam normalda özün heç kimin yanında əzdirən qadın deyildi. Kiminsə ona üstdən baxması heç onu maraqlandırmazdı belə. Amma bu gün Hülya xanımın səviyyəsiz söhbətinə o şəkildə qoşulmağı, məni anamı tanıdığıma dair şübhələnirirdi.

-" Əsl sənə nolub?"  aşağdan yuxarı ona baxaraq qətiyyətlə soruşdum.

-"Necə yəni mənə nolub?"  bir az fikirləşdi " Bu nə qəribə sualdır mənə verirsən? çəkil görüm içəri keçim."

-" Hələ suallarım qabaqdadır. bu nədir ki" 

-"Yaxşı di çəkil, nə sualın var ver. İcazənizlə Əzizə xanımqız evimə keçim" o əliylə məni kənara çəkməyə çalışdı.

O an yadıma düşdü ki, mən hələdə anamı qapının girəcəyində saxlamışam. Tez kənara çəkildim. Anam divana doğru gedirdi ki otursun, gözü masaya sataşdı və yadına düşdü ki, qabları yığıb yumalı evi səliqəyə salmalıdır. Onun bu hərəkətindən anlaşılırdı ki o bu yığıncaqdan əvvəldə çox işləyib.

-"Ana onlar niyə gəlmişdi?"

-" Aaa belə olmaz axı, gəl bir işin ucundan tut elə söhbətləşək. Onsuz da çox yorulmuşam" Bu qəribə görüş mənə o qədər maraqlı idi ki, tələsdiyimdən nə etdiyimi bilmirdim. Hərhalda bu 12-13 yaşlarında bir yeniyetmə qız üçün normal idi. Tez anama qabları dəstələməyə kömək etməyə başladım.

-" Yaxşı da ana, indi ki kömək edirəm. Kərim dayı və ailəsi niyə gəlmişdi?"

-" Necə yəni niyə gəlmişdi? O ki hər gün gəlir" Anam elə danışırdı ki, elə bil  bir saat əvvəl  yataq otağında ona bu sözləri deyəndə özünü qəribə aparan o deyildi. 

-" Axı ailəsi ilə gəlmişdi" maraq dolu gözlərlə onun gözünün içinə baxdım.

-" Ailəsini birinci dəfədir ki görürsən?" O isə nəzərlərini məndən qaçırırdı.

-"Ana yaxşı da. Bilirsən axı nəyi deyirəm"

-"Nəyi deyirsən?" o yenə sakit tonla soruşdu. Özünü elə göstərirdi ki guya nəysə başqa bir şey haqda düşünür. Elə bil heç belə bir görüş olmayıb. Anamı yaxşı tanımasam düşünərdim ki, həqiqətən də belə bir hadisə baş verməyib. Bu sadəcə mənim illuziyamdır. Amma bu vəziyyət artıq məni əsəbləşdirirdi. Qısa sualları kənara atıb bütün düşüncələrimi ifadə etməyə başladım.

-" Sən özün də yaxşı bilirsən nəyi deyirəm? Onlar birdənbirə gəlməmişdi ki. Deməli bu görüş planlanıb ki, sən bu qədər hazırlıq görmüsən. Normalda əvvəlcədən mənə də deyilir belə görüşlər. Görmədin masada hamı gərgin idi? Yazıq Yaqubu eləbil zorla otuzdurmuşdunuz ora. Hələ atam bilmirdi nə desin ki, söz ona gəlməsin. Səni heç demirəm. Normalda belə özünü bəyənmiş şəhərliləri, bəyənməyən sən, indi lap yaxın dostu kimi Hülya xanımın hər sözünü təsdiqləyib gülürdün. Sən ki normalda o fikirlərin heç biri ilə razı deyilsən?"

ƏzizəHikayelerin yaşadığı yer. Şimdi keşfedin