Hər kəs yox deyəndə " Part 7-son"

15 2 3
                                    

"Bilmirəm, haradan başlayım..."- özünü cilovlayaraq sözünə davam etdi.
Mənim 16 yaşım olanda qəflətən anam eynilə Orxanın anası kimi rəhmətə getdi. Həmin günü gözüm atamı axtarırdı amma səs- səmiri o gündən sonra heç çıxmadı. Nə baş verdiyini anlamırdım. Zaman keçdikcə, anamın qəfil ölümü, atamın məni tərk edib getməsi mənə şübhəli gəlməyə başlamışdı. Yaş artdıqca daha çox araşdırmağa və qismən də olsa, həqiqətlərlə üz -üzə gəlməyə başladım. Həqiqət o idi ki, anamın ölümündə atamın və iş yoldaşlarının əli var. Atamla anamı 16 yaşıma qədər xəstəxanada təcili tibbi yardım xidmətində işləyən olaraq bilirdim və orada təsadüfən tanış olduqlarını düşünürdüm. Daha doğrusu, mənə belə deyilmişdi. Əsl həqiqət, anam vaxtilə həmin xəstəxananın gizli şöbəsində laborator , atamın isə xəstəxananın sahibi olduğu reallığını öyrəndim. Lakin onu çox az insan sahib olaraq tanıyırdı. Yerinə başqa adamı sahib olaraq tanıtmışdılar.

-Bəs bütün bu məlumatları kimdən öyrəndin?-Yunis təəccübünü gizlətmədən soruşdu.

-Babamdan. Qəribə gələ bilər amma bütün sənədləri uzaqda tapmağa çalışarkən, yaxında olduğunu görməmişdim. O, gənc yaşında keçirdiyi qəzada danışığını itirmişdi. Ölməmişdən əvvəl mənə, sanki, qəlbində yara kimi qalan bütün həqiqətləri demək üçün bir açar və məktub verdi. Məktubda atamın tək burada deyil, xaricdə də gizli laboratoriyasının olduğunu, anamın bir təcrübə uğruna öldüyü qısa şəkildə yazılmışdı. Açar isə atam və anamın xaricdəki gizli laboratoriya nəticələri haqqında kağızın olduğu çəkməcəyə aid idi.
Uzun sözün qısası, sizinlə birlikdə işləməyimin əsas səbəbi atamı tapmaq və anamı niyə göz- görə ölümünə səbəb olmağını öyrənmək istəməyimdir.

- Ailənin olduğu xəstəxana hal- hazırda fəaliyyət göstərir?- deyə Murad soruşdu.

Adsız gözlərini qaçıraraq, "yox" cavabı versə də, əsl həqiqət, onunla birgə bu yolda olan həmkarlarının ailəsindən bir neçə nəfərin atasıyla əlbir işlədiyini öyrənmişdi. Və həmkarlarının bunu bilməsi, məsələni daha da qarışdıraraq çıxılmaz vəziyyətə gətirib çıxaracaqdı. Ona görə də Adsız səssiz şəkildə hər birinin ailəsi ilə münasibətini yaxşılaşdıraraq, istədiyi məlumatları yavaş-yavaş da olsa əldə edəcəyi düşüncəsindəydi. Bütün həqiqətlərin ortaya çıxması üçün itmiş puzzle'ları tapıb yerinə birləşdirmək lazım idi.

- Bu gün Yunisin tapdığı kamera görüntüləri sayəsində Orxanın anasının ölümündən şübhəli bilinən adamı araşdırmağa başladıq.

Adsız başından keçən hər şeyi həmkarlarına danışarkən, məsələdən Orxanın xəbərinin olmamasını xahiş etdi. Və beləliklə, "Mavi qızılgüllər əməliyyatı" Orxandan gizli olaraq aparıldı. Yalanın ömrünün 40 gün olduğu kimi, bu gizli əməliyyatın ortaya çıxması uzun çəkmədi. Orxan vaxt keçdikcə anasının ölüm səbəbinə addım-addım yaxınlaşarkən, ağlına anasının qəbrinin açılıb yenidən ekspertizisyaya göndərilməsini istədi. O, bir neçə məsul şəxslə anasının basdırıldığı yerə çatanda Adsıza bənzəyən və yanında tanımadığı başqa adamların qəbrin mərmər daşını olduğu yerə qoyduqlarını uzaqdan da olsa gördü.

- Hey, siz kimsiniz? Anamın yanında nə işiniz var?

Adamlar Orxanı görər görməz qaçıb maşınlarına mindilər. Orxan adamların arxasınca qaçsa da, onları dayandıra bilmədi. Məsul şəxslər qəbri açdıqlarında Orxanın da buna şahid olmasını istədilər. Orxan qəbrə baxdığında anasının orada olmadığını görüb özünü bir anlıq itirdi. Məsələni aydınlaşdırmaqçün, yenidən emalatxanaya qayıdıb olan bitəni həmkarlarıyla bölüşdü. Təsadüfdən həmin günü Adsız ortalıqda yox idi və Orxanın ona bənzətdiyi adamın elə özü olacağı düşüncəsi ağlından çıxmırdı. Həmkarları onun bu düşüncəsində ciddi olduğunu görüb, məsələnin əslini danışmağa və Adsızın baş vermiş hadisəylə heç bir əlaqəsinin olmağını bildirdilər. Lakin gözü dönmüş halda olan Orxan həmkarlarının dedikləri sözlərə önəm verməyərək anasının ortadan yoxa çıxmasına onun səbəb olduğu qənaətindəydi.

"Hadisədən 3 il sonra"

-Hə, belə.
- İndi çıxıb gedə bilərsən. Sənə ehtiyacım yoxdu, hörmətli "Vəkil".
-Amma mənim sənə hələ də ehtiyacımın olduğunu bilirsən, Orxan. İnad eləmə, gəl başladığımız işi birlikdə sonlandıraq.
-Başladığımız iş? Arxamca çevirdiyin iş? Dua elə ki, xəstəxanadayıq.

Söhbətlərinin qızğın vaxtlarında içəri gözlənilməyən şəxslər daxil oldu.


Adsız Where stories live. Discover now