Hər kəs yox deyəndə Part 6

24 2 3
                                    


- Odu. O idi .

- Nə o idi Adsız?
                             ***
Təcili yardım maşınının səsini eşidəndə hər kəsi itələyərək , pəncərəyə tərəf qaçdı. Maşının gedişini izlədikcə itib batmış xatirələr arasından baş qaldıran həmin hadisə həyatında baş vermiş və ya verəcək bütün hadisələrə açar rolunu oynayırdı . Yunisin çiyninə toxunmasıyla xatirələrdən uzaqlaşdı.

-Adsız, danış görüm , nədi məsələ?

-Mən uşaq olanda , atam bir xəstəxanada təcili yardım maşınının sürücüsü olaraq işləyirdi.Bir gün atamdan xahiş etdim ki, məni də maşında bir dəfə gəzdirsin. Həmin gün xəstəxanaya getməkçün piyada yolu keçməliydik. Ani olaraq , qeyri- ixtiyari şəkildə motosiklı sürən şəxsə, yanımızda saxladı. Motosikldan düşən adam atamla mübahisə etməyə başladı. Sonra qəribə bir şəkildə qara torbanın içərisindən gül çıxarıb atama verib , getməmişdən əvvəl başıma sığal çəkərək heç də xoş olmayan şəkildə güldü. Həmin sığal çəkən adam elə Şəhriyarın özü idi. Gül isə mavi rəngdə.

-Gülün nə əlaqəsi var? Sən əminsən ki, gördüyün adam Şəhriyar idi?

- Yüz də yüz əminəm . Başıma sığal çəkdiyi andakı baxışları harda görsəm , tanıyaram.

-Adsız, bütün bu qəribəliklər atanla bağlıdır?  Mən ,sənin hər dəfəsində atanla kimlərin yaxın olması ilə bağlı araşdırma etdiyini və həmin adamların başına necə oyun açdığını, daha doğrusu, açdığımızı bilirəm.
Hər dəfəsində düşünürdüm ki, atanla əlaqəli olan adamlar , ona ziyan vurmaqdan çox , iş birliyinə oxşayır. Bizdən gizlətdiyin nəsə var ?

Adsız bir anlıq duruxdu . Vəziyyəti və əsl həqiqəti necə deyəcəyi ilə bağlı düşüncələr beynini didirdi. Həqiqət o idi ki, o da Orxan kimi anasının qəfil dünyasını dəyişməsiylə çox sarsıntılar  keçirib. Bu qəfil ölümün altında yatan əsl həqiqəti atasından başqa heç kəs bilmirdi. Anasının ölümündən gün keçmədən atasının qəfil yoxa çıxması,üstəlik, böyüdükcə eşitdiyi şayələrə görə xaricdə  imkanlı bir şəxs olaraq yaşadığını eşitməsi , şübhə hissini oyadırdı .

-Yunis digər uşaqları da çağır bura . Hər şeyi açıqlamaq istəyirəm.
- Adsız, bəs Orxanın bundan xəbər tutmasını hələ də istəmirsən?
- Bilmirəm lakin sonuna qədər gizlətməyin də bir mənasının olmadığını düşünürəm. Ən azından onun da mən qədər haqqı var həqiqətləri bilməkdə. Amma belə də desəm, Şəhriyarı tapıb intiqam almaq istəyəcək. Qərarsız qalmışam.

-Düz deyirsən, yaxşısı budur, bir müddət xəbəri olmasın. İşin əslini öyrənən kimi ona da xəbər edərik.

Murad və Möhsün də nə baş verdiyini bilmədən iş yerlərindən ayrılıb kafeyə üz tutdular. Kafeyə çatdıqlarında ilk dəfə olaraq, Adsızın bikef baxışları ilə rastlaşdılar.
- Keçin oturun, uşaqlar.
-Yunis nə baş verir? Adsız,sənə nə olub belə?
- Uşaqlar, uzun vaxtdı ki, bir-birimizi tanıyırıq. Bizə qarşı olunan qəddar hərəkətlərə qarşı hər birimiz layiqincə cavabını vermişik. Birlikdə işləməyimizin təsadüfü olmadığını yəqin ki, siz də başa düşürsünüz. İndi sizə keçmişim və hər birinizlə, əslində, niyə tanış olduğumu və bundan sonrakı əməliyyatın nə olduğunu demək üçün çağırmışam.- Adsız fikirlərini toparlamaqçün bir neçə saniyəlik dayandı.


Adsız Dove le storie prendono vita. Scoprilo ora