Hər kəs yox deyəndə -Part 4

30 4 3
                                    

- Orxan nəyi bilməsin?- Bir neçə dəqiqə əvvəldən içəridə olan lakin nə Adsız , nə də Yunis tərəfindən fikir verilməyən Orxan , baş verənlərə şahid oldu.

****
-Ooo, Orxan bəy , sən nə vaxtdan burdasan ? - Nitqi tutulmuş halda olsa belə bir təhər cümlələri bir-birinin ardınca gətirməyə çalışan Adsız, vəziyyəti düzəltməyə çalışırdı.

- Bir az əvvəl olar gəlmişəm amma görünür ki , nəsə olub və məndən nəyisə gizlətməyə çalışırsınız.

Adsız , Orxanın çox şey eşitməyib deyə söhbəti dəyişməkçün beyində yalan dolu epizodları reallığa köçürməyə cəhd etdi. Yunis hər an onun fikrinin doğru olduğunu təsdiqləyəcəyi anı sanki qaçış üzrə yarışda meydançada dayanmış və hakimin yarışı başlatmaq əmri verməsini gözləyərcəsinə Adsıza gözünü qırpmadan baxırdı.

- Olmaz ki, səndən nəyisə gizlədək ? Heç bilirsən iki gündən sonra ad günündü? O qədər başın işə qarışıb ki, hansı gündə doğuldunu unutmusan.
- Adsız , mənim ad günüm 5 ay bundan əvvəl idi. O vaxtı da mən burda yox idim.Deyəsən sən bəhanə axtarırsan .

Vəziyyətin kritik həddə çatdığını görən Yunis Adsızın düşüncələrinə bənzər şəkildə danışmağa başladı.

- Orxan , ola bilsin biz sənin şəxsiyyət vəsiqəndəki tarixə səhv nəzər yetirmişik. Səninçün kiçik bir içki qonaqlığı verməyi düşünürdük, qrup olaraq . Ona görə deyirdik , elə edək ki, sən bilməyəsən.
Burada bir- birimizdən gizlin nəsə etsək də, əmin ol ki, hər şey yaxşıya doğru getsin deyə edirik. Ad günün olmadığına görə içki qonaqlığını ləğv edəsi deyilik ha.Elə isə, bu gecə bütün yorğunluğumuzu atmaqçün qəşəng bir yerdə toplaşaq.
- Təki siz deyən kimi olsun. Çox sağ olun , mən içən deyiləm . Sizə xoş əyləncələr.
- İçməsən də , bizimlə mütləq bir süfrədə əyləşməlisən.

İçərisində şübhə dolu fikirləri ilə onunçün ayrılmış masada əyləşərək, Adsızla Yunisin baxışlarını son dəfə analizdən keçirdi . Ağlına ilişən üz ifadələrindən çox onların kompüterdə nəyə baxması idi. Əgər az əvvəl sual vermədən kompüterə yaxınlaşsaydı, çox güman ki, Yunis həmən dəqiqə siləcəkdi. Ona görə də gecəni gözləməli və onların ayıq olmayan vaxtında emalatxanaya geri dönməli idi. Lakin ağlında ilişib qalan yeni fikrin formalaşmasıyla boşuna gözləməyin bir məna kəsb etmədiyini düşündü . Yunisin kompüterini xüsusi proqram sayəsində şifrələyir. Əgər bu şifrəni qıra biləcək virus yaratmasa kompüterdəki videoya baxa bilməyəcək. İşin tərs gətirməsinə səbəb , onun hələ də şifrə qırıb, içərisindəki virusları əldə edəcək səviyyədə biliyinin olmaması onu tədirgin etməsinə səbəb oldu . Mütləq bir çıxış yolunu tapacağına ümid edirdi.

Adsız həmkarları ilə sağollaşandan sonra kamerada görünən şəxsin ona çox tanış gəldiyini və hardasa bir yerdə gördüyünə tam əmin idi . Emalatxanadan çıxıb şəhərdə gəzmək qərarına gələrək , getmək istədiyi əraziyə tez çatmaq üçün maşınına mindi.
Şəhərdə gəzərkən keçmiş xatirələrini yadına salmaq istəyi bütün hüceyrələrini ağrılı işə sürükləyirdi.
Düşüncələrin arasında özünü unudan Adsıza , onun qədər fikir ahənginə qapılan qara göz , əsmər tenli, saçları çiynini keçməyəcək dərəcədə uzunluqda qıvırcıq bir xanım toqquşdu.
Qız günahın kimdə olmasından asılı olmayaraq ,Adsıza yaxınlaşaraq üzr istədi .
- Bağışlayın, istəmədən oldu.
- Narahat olmayın, məndə də günah vardı . Üzrlü sayın .
- Bir daha üzrlü hesab edin. Xoş günlər.

Son sözlərini deyib maşına tərəf qaçan qıza tərəf baxan Adsız bir anlıq gözlərinə inanmayacaq halda olan hadisə ilə qarşılaşdı. Maşının qabaq oturacağında əyləşən 40-50 yaş arası, ortaboylu , saçları yaşına baxmayaraq qara rəng olan , üzünün cizgiləri kobud ifadəni yansıdan adam , maşından düşərək , qızın oturması üçün maşının ona yaxın olan arxa qapısını açdı. Həmin adamın kameradakı insana çox bənzəməsi onda çaşqınlıq hissi oyadırdı.
İstəmsizcə baxışlarını hərəkətə gələn maşına zilləyən Adsız, bir anlıq nə etdiyinin fərqinə varıb , şübhələrinin doğru ya da yanlış olmasının önəm vermədən maşının getdiyi yolu müəyyən edərək , maşınına mindi.
Yunis kamerada görünən adamın kimliyini qısa müddətdə tapıb ,Adsıza göndərdi.
Adsız Yunisdən gələn mesajda kamerada görünən adamın şəklinə baxaraq , gözlərinə bir daha inana bilmirdi . Demək olar ki, şans ayağına gəlmişdi .
- Şəhriyar Məmmədov . 48 yaşında , ailəsini yol qəzasında itirmiş dul ,məşhur holdinq sahibkarı olan Əziz Əzizoğlunun özəl şoferi . Sən kimsən axı ? Kim? Mən səni niyə keçmişimdə axtarmağa çalışıram ?

Adsız Dove le storie prendono vita. Scoprilo ora