Bu günə qədər heç görmədiyim adamlar məndə çox da uzun görünməyən ömrümün sonuna qədər daşıyacağım izlər qoymuşdular.Artıq yarım saatdan çox idi ki,məni növbə ilə döyürdülər.Otağın ortasında bir stula bağlanmış vəziyyətdə oturmuşdum.Əllərindən qaça biləcək qədər fərasətli olduğumu düşündükləri üçün qısa bir qürur hissi yaşamışdım. Üz-gözüm qan içində idi.İlk yumruqlar gözlərimi yaşartsa da artıq hiss eləməməyə başlamışdım.Fasilə verdikləri vaxt gözümü güclə aça bildim.Qəmbər Ağamirzə müəllimin yerində bir ayağını o biri ayağının üstünə atıb oturmuş,əlini alnına dayamışdı.Üzünə qalib gəlmiş kimi ifadə vermişdi.
Özümdən getmək üzrə olarkən bayaq bizi aşağıya endirən dəmir liftin səsini eşitdim.Başımı güc bəla ilə qaldırarkən Ağamirzə müəllimin bizə tərəf gəldiyini gördüm.Liftin səsini eşidər-eşitməz Qəmbər pencəyinin yaxasını düzəldərək Ağamirzə müəllimi qarşıladı.
Aralarında nə danışdıqlarını eşitməsəm də söhbətin nədən getdiyini anlamaq çətin deyildi.Ən çox təəccübləndiyim şey bu idi ki,Qəmbər Ağamirzə müəllimi mənim xain olduğuma necə inandıra bilmişdi.Axı bu adam öz ağlı ilə mühakimə edə bilməyəcək qədər səfeh və ağılsız deyildi.Bu anda hansı fikirlərin öz fikrimiz olduğunu hansıların başqaları tərəfindən beynimizə soxulduğunu anlamağın necə çətin olduğunu düşündüm.Ən sadə düşüncələrin belə öz düşüncəmiz olub-olmadığından əmin olmaq çətin idi.Ancaq Ağamirzə müəllim insanları kitab kimi oxuyurdu.Bunu anlamaq çətin deyildi.Bəlkə də bu xarakteri ona indiyədək bu qədər tülkünün dolandığı bir aləmdə ayaqda qalmağa kömək eləmişdi.
Qabağıma stul qoyub əyləşərək önə doğru əyildi.Otağa girdiyi andan bəri ilk dəfə baxışlarını üzümə dikdi.
-Sənin həmişə göründüyündən daha cəsarətli olduğunu düşünmüşdüm...Mənə-xüsusi ahənglə vurğuladı-xəyanət edərək sənin barəndə düzgün fikirləşdiyimi təsdiq elədin.Ancaq yersiz cəsarət axmaqlığa bərabərdi.Əslində sənə yazığım gəlir.Sən sadəcə bir oyuncaqsan.Mənim xainlərə nə elədiyimi,onlarla necə "yaxından maraqlandığımı" bilmirsən.Ümumiyyətlə sənin məndən xəbərin yoxdu.Ancaq İsmətin var.O məni yaxşı tanıyır.Elə deyil ,Qəmbər?-üzünü ona dönmədən soruşdu.Bir an Qəmbərin üzü qeyri-adi bir hala büründü.
- İndi necə olacaq,Ayxan?-qaşlarını yuxarı qaldırıb səsinə uşaqla danışırmış kimi bir ahəng verdi.
Bütün qüvvətimi toplayaraq danışmağa çalışdım.Bir yandan da hələ də özümdən getmədiyimə təəccüb edirdim.
-Ağamir.....
-Sussss-deyib barmağını dodağına apardı-Ehtiyatlı ol!Bunlar ağzından çıxan son sözlər ola bilər.Hər hərfini ehtiyatlı seç -ağzının kənarı ilə güldü.
Ürəyimin bulantısı gedərək daha da artırdı.Gözlərim yanır,başım hərlənirdi.Çətinliklə nəfəs alır ,sakitləşməyə çalışırdım.Sevmədiyim həyatım üçün hər zərrəmlə mübarizə aparırdım.

...
-Telefon...-deyə güclə dilləndim.
-Nə -gözlərini qısaraq mənə tərəf yaxınlaşdı.
-Telefonum-nəfəs alıb verdim-Hər şey ....içindədi.
Başı ilə adamlara işarə elədi.Adam telefonu hirslə axtarmağa başladı.Görəsən mənimlə nə dərdi var idi bu adamın deyə düşündüm.Yoxsa ağasına xoş görünmək üçün yaltaqlığın başqa forması mı idi?Sərt olmağa çalışarkən necə aciz göründüyündən xəbəri yox idi.
Telefon Ağamirzə müəllimin əlində,Qəmbərin çaşmış baxışları isə telefonda idi.Nə elədiyimi anlamağa çalışırdı.
Ağamirzə müəllim heç nə anlamırmış kimi gah telefona gah mənə baxırdı.Başım ilə əlimin açılması üçün işarə elədim.Üzümə mənalı-mənalı baxdı və bir neçə saniyə donub düşündükdən sonra nəhayət əllərimin açılmağı əmrini verdi.Bayaqkı adam əllərimi dartışdırdıqda biləklərimin ağrısından üz-gözümü turşutdum.Əlimi telefona uzadarkən qorxudan mı yoxsa halsızlıqdan mı əsdiyini bilmədim.Ağamirzə müəllim qaşlarını çatmışdı.Əvvəlcə tərəddüt elədi sonra telefonu əlimə verdi.İsmət barədə məlumat yığmaq üçün tələsdiyini düşündüm.Həyəcandan telefonu bir neçə dəfə əlimdən salmaq üzrə oldumsa da nəhayət ki,istədiyim yeri tapdım.Başımı ağır-ağır qaldırıb Qəmbərin donub qalmış sifətinə nəzər saldım və başlat düyməsinə basdım.
Çox ağıllı insan deyildim.İti bir beynim də yox idi.Bəxtimin də gətirdiyi çox olmurdu.Ancaq o an bir möcüzə baş vermişdi.Qəmbər yanındakı iki adamla mənə yaxınlaşdığı zaman beynimdə ölüm senarisi seçdikdə əlim cibimdəki telefona dəymişdi.Ağlıma baxdığım filmlərdəki səhnələrdən biri gəlmişdi.Səsli mesajı gözü yumulu tapa bildiyim üçün kimə getdiyinə fikir vermədən səs yazma düyməsinə toxunmağı bacarmışdım.Ölümlə üz-üzə olduğum bu qorxunc anda olmasam özümü James Bound kimi hiss eləyib fəxr edə bilərdim.
İndi bu gərgin vəziyyətdə səs oxunmağa başladığı an Qəmbərin gözləri bərələ qaldı.Üzünü dəhşət ifadəsi bürüdü.Dodaqları azca aralandı.Önə doğru istəmədən bir addım atdı.Onu bu halda görmək saatlarla döyülməyimə dəyərdi.
Səs yazısı:
-Yadındadırsa sənə çox gözə batmamağını demişdim.-Qəmbərin səsi xırıltılı və biganə çıxırdı.Mən isə səsi qeyd edə bildiyim üçün sevincimdən ağlamaq üzərə idim.Ağamirzə müəllimin üzünə baxdıqda təəccübləndim,çünkü üzündə tək bir nöqtə belə tərpənmədi.Donuq baxışlarını aşağıya dikmiş sakitcə qulaq asırdı.Səs yazısı davam edirdi:
-Qurunun yanında yandığın üçün məni günahlandırma-Qəmbər açıq-aşkar məni lağa qoyurdu-mənim təqsirim deyil-təslim olurmuş kimi əllərini yuxarı qaldırdl.Yanındakı adamlarıyla baxışıb güldü.
-Sadəcə səbəbini de.Nə uğrundə öləcəyimi bilim-öz səsimi güclə eşitdim.
-Bəsdi,Ayxan.Özünü axmaq kimi qələmə verməyə çalışma.Səbəbini çoxdan başa düşmüş olmalı idin.Hə,de görək-yumruğu ilə sinəmə yüngülcə vurdu-Danış,səbəbini sənin özündən eşitmək istəyirəm.
-Çünkü-tez-tez nəfəs alıb-verirdim-Çünkü Ağamirzə müəllimin yerini almaq istəyirsən.
Qorxumu ona qarşı nifrətə çevirib sadaladım:
-İkinci adam yox əsas adam olmaq istəyirsən.Çünkü əmr almaq yox,əmr vermək istəyirsən.Çünkü kimlərinsə quyruğu olmaqdan bezmisən.
Get -gedə üzünü qəzəb bürüyürdü.Bundan həzz alaraq daha da üstünə getdim:
-Ancaq nə etsən də onun yerini ala bilməyəcəyini bilirsən.Birini ,illərdir çiyin-çiyinə mübarizə apardığın birini arxasından zərbə endirməklə hörmət qazana bilməyəcəyini,əksinə bununla özünü məhv edəcəyini bilirsən.Ona görə də sənə bir xain lazım idi.Ağamirzə müəlimi öldürəcək,mənim üstümə atacaqdın.Daha sonra isə məni öldürüb intiqam alıb qəhrəman olacaqdın.Ancaq mənim düşündüyün qədər ağılsız olmadığımı anladın.Buna görə də məni bir an əvvəl aradan qaldırmaq istədin.Ağamirzə müəllimin otağında olan söhbət səni olduqca qorxutdu Beləcə məni təhdit etməyə başladın.
İstehza ilə güldü:
-Dediklərin müəyyən qədər doğrudur .Ancaq əksikliklər var.Sənin taleyin marketdə sərxoşu döydüyün gün həll oldu.Mənə gözü qara,güclü və duyğularını idarə edə bilməyən bir axmaq lazım idi.Axmaq olub-olmadığını o an anlamadım.Daha sonra işi sorğu-sualsız qəbul elədiyin vaxt bundan əmin oldum.O gün sən heç kimi görmürdün.Ancaq mən səni xeyli izlədim.Daha sonra isə o səfeh Nicatı işə qarışdırdım.
- Birazdan Ağamirzə müəllim gələcək və sən xain olduğunu etiraf edəcəksən.Sonra bəxtin gətirsə səni ən yaxşı ehtimalla silahla öldürər.İnan mənə bu dəyər verdiyin insanların bir-bir gözünün önündə öldürülməyindən çox daha yaxşıdı.
-Məni ailəmlə,sevdiklərimlə təhdit edəcək qədər şərəfsiz birisən-titrəyirdim.
-Budur indi səni sonsuzluğa qovuşdururam.Mənə təşəkkür etməlisən.
-Sözümü bitirmədim-deyə qışqırdım.
Qaşları çatılmağa başlayırdı.Mənim isə geriyə addım atmağa niyyətim yox idi.Onsuz da öləcəkdim.Tək ümidim səsin yazılmağı idi.
-Əslində bununla məni heç təəccübləndirmədin.İllərlə yanında olduğun ,səni sağ qolu kimi görən adama gözüyumulu xəyanət edən insan mənə nə etməzdi.Sən başqa cür bacarmazdın.Çünkü ola biləcəyin ən üst səviyyə budur:Ləyaqətsiz,şərəfsiz və qorxaq.
Son sözümü bitirməmiş çənəmə dəyən yumruqla yerə yapışmağım bir oldu.
Səs yazısı dayandı.

Ağamirzə müəllim ağır-ağır Qəmbərə döndü.Qəmbər və adamları təşviş içində silahı bizə doğrultdular.Heç kim bir kəlmə deməmiş silah səsləri guruldadı.Yerə yıxıldığım vaxt heç bir ağrı hiss eləmədim.Bir kitabda ölümə yaxın ağrı hiss olmadığını oxuduğumu xatırladım.Bayaqdan bəri sıxdığım bütün əzələlərimi buraxdım.Təslim olub ölümü gözlədim.Bu məni biraz rahatlaşdırdı.Bəlkə də ölümü düşünmək ölməkdən daha ağır idi.

O an gözümün qabağında səhnələr canlandı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

O an gözümün qabağında səhnələr canlandı.Həyətimizdə idim.Çox adam var idi.Anamın başında ona heç yaraşmayan qara şal var idi.Ağlamaqdan gözləri şişmiş ,qızarmışdı.Xalam qoluna girmiş onu ayaq üstə saxlamağa çalışırdı.O da ağlayırdı.Nə baş verirdi?Yavaşca arxama döndüm.Ortada bir tabut var idi.Bu an görüntü itdi.Başqa bir səhnə-təcili yardım maşınındayam başımda küt bir ağrı,boynuma doğru ilıq maye axır.Deyəsən qandı.Daha başqa bir görüntü-Küçədə hay-haray var.Üç nəfər bir oğlanı döyür.Deyəsən bu mənəm.Heç nə anlaya bilmirəm.






Oxuğunuz üçün çox sağolun.Səs verməyi unutmayın.Dostlarınızla bölüşsəniz çox sevinərəm:)

İnkar(Tamamlandı)Where stories live. Discover now