3.Keçmişə dönüş.

148 32 17
                                    

Ayna qabağında saçlarımı o yana bu yana darayarkən görüşə getməsəm Fidanın məni sonsuza qədər bağışlamayacağından əmin idim.


-Heç bir fərqi olmur.Özünü yorma.


-Nə?- otağıma səssizcə gələn qardaşıma döndüm.


- Saçını deyirəm ,dartışdırma boş yerə.Heç bir fərqi olmur-sözlərindən razı halda qımışdı.


-Sənin başqa işin yoxdu?Get sevimli oğul kimi öhdəliklərini yerinə yetir.


Qapıya söykənib yerini möhkəmlətdi:


-Kimdir bu bədbəxt qız?Necə bir günaha batıb ki,sənə rast gəlib?-üzündən çox əyləndiyi bəlli idi.


-Boş-boş danışma ,qız yoxdu ortada-get-gedə qızışırdım.


-Bu qədər ətri Nicat üçün korlamısan?


-Köhnə iş yoldaşlarımla görüşəcəyəm.Sorğu-sual bitdisə yol ver-qapıya tərəf çevrildim.


Qollarını önündə birləşdirdi.Üzündə hər şeyi bilirmiş kimi bir ifadə var idi.Qapıya uzanmaq istədim ancaq icazə vermədi.Hirslə köksümü ötürdüm.


-Nə istəyirsən axı?


Əlini çiynimə qoyub başını yana doğru əydi.Fikirləşdim ki,yenə bir atalar sözü gəlir.Məsləhət verəcəyi zaman həmişə belə edirdi.


-Səni həmişə belə xoşbəxt görmək istəyirəm.Üzünün gülməyini istəyirəm.Hisslərini insanların üzündən oxumaqlarını gözləmə.Gec olmadan onları dilə gətir.


Başımı yaxşı mənasında sallayaraq gülümsədim.Əyilərək padişaha yol verirmiş kimi təzim elədi.Başımı bulayaraq yanından keçərkən döndüm:.


-Qulaq as,anamgilə heç nə bildirmə.


-Başın xarabdı?Axır ki bir qız tapdığını eşitsələr nəzir paylayacaq vəziyyətdədilər.


Eşitməməzlikdən gələrək qapıdan çıxdım.Arxamdan gülərək -QORXAQ -deyə çığırdı.


...

Kinozalın qabağına çatanda uşaqların hamısı qabağıma gəldi.Bir-bir görüşdük.Hər biri mənə söz atıb incikliklərini dilə gətirməkdən geri qalmadılar.Nicata arxalanaraq səhərki yalanımı qollandırıb-budaqlandırıb davam elətdirdim.Yeni işimin çox ağır olduğunu başqa heç nəyə vaxtım olmadığını dedim.Fidan söhbəti kəsib qolumdan tutub məni girişə doğru apardı.Onu hər gördüyümdə biraz daha gözəlləşdiyinə əmin idim.Qara saçlarının ziddinə ağ bənizi tamamilə təzad təşkil edir və bu onu daha da cazibədar edirdi.Ruhunda əsalət olan qadınlara xas duruşu var idi.Son dərəcə qürurlu eyni zamanda mülayim xasiyyətli idi.Onu görən hamı ona aşiq olmalı idi.Əksini təsəvvür edə bilmirdim.Fidana laqeyd qalmaq mümkün deyildi.


Filmdən çıxanda pulumuzun hədər getdiyini qəbul eləmək istəmədiyimiz üçün bir-birimizə "çox dərin film idi"deyə təsəlli verdik.Yeni gələn oğlan kafeyə getməyi təklif elədi.Mənim yerimi aldığı üçün ilk baxışdan onu sevməmişdim.Üstəlik hər cəhətdən məndən daha üstün görünürdü.Evə qayıtmalı olduğumu demək istəyirdim ki,hamıdan əvvəl Fidan təklifi qəbul etdi.Həvəssiz göründüyümü anladığı üçün qaçmayım deyə qoluma girdi.


Dairəvi stolun arxasında əyləşmişdik.Sənan və sevgilisi Nailə əl-ələ mənim qarşımda,Fidan Nailənin sağında oturmuşdu.Yeni gələn oğlan isə-adını yadımda saxlamağa zəhmət çəkməmişdim-məndən sağda Fidanla üz-üzə oturmağı bacarmışdı.Solumda və düz qulağımın dibində isə Vüsal əyləşmişdi .Onunla yanaşı oturmaq şadlıq sarayında orkestrin yanında oturmaqla eyni şey idi.Onsuz da ağrımaqda olan başım Vüsalın bir-birinin arxasınca caladığı heç də gülməli olmayan zarafatları ilə daha da şiddətlənirdi.Hamımız yalandan gülürmüş kimi edirdik,təkcə yeni gələn oğlan gülməkdən uğunurdu.

İnkar(Tamamlandı)Where stories live. Discover now