4.Basdırılmış qəzəb

124 30 11
                                    

Səhər tezdən Nicatın verdiyi ünvana doğru evdən çıxdım.Yol qapısını təzəcə keçmişdim ki,Yaşar dayı məni saxladı.

-Hara gedirsən?-bu sualı hər zaman elə ciddiyyətlə verirdi ki,cavab verməyə bilmirdim.

-Salam,Yaşar dayı.Necəsən?İş arxasınca gedirəm-Bacardığım qədər mülayim davranmağa çalışırdım.

-Nə işi?-marağı azalmaq yerinə artırdı.

-Sürücülük-yalandan gülümsədim.Başımla sağolun edib getmək istəyirdim ki,daha bir sual gəldi.

-Nə sürəcəksən?

Bütün bunları niyə bilmək istəyirdi qətiyyən anlamırdım.Mənim nə işlə məşğul olmağımın ona nə dəxli ola bilərdi.Hər dəfə qapıdan çıxanda dayanmadan sual verərək hamımızı təngə gətirmişdi.Ona qarşı aqresiyam illər keçdikcə təkamülə uğramışdı.Belə ki,daha əsəbləşmək yerinə əylənməyə çalışırdım.Bu qədər insanla başa çıxmaq üçün başqa yolum yox idi onsuz da.

-Xizək!

-Həə-başı ilə təsdiq edərkən qaşlarını çatdı.Beynini yandırdığım üçün artıq axşam evə rahat gələ biləcəkdim.Sabah səhərə qədər qulağım dinc idi.

Bu dəfə görüş yerinə tam vaxtında çatdığım üçün yarım saatdan çox görüşəcəyimiz adamı gözləməli oldum.Dostum mənə yaxşı bələd olduğu üçün görüş vaxtını adama yarım saat gec demişdi.Hər zamankindən daha həyəcanlı görünsə də səbəbini soruşduğum zaman düz əməlli cavab verməkdən qaçındı.Bu məndə şübhə oyatsa da dünənki gecədən sonra keyfimi heçnə asanlıqla poza bilməzdi.Buna görə də üzümdə səbəbsiz bir gülüşlə əllərim cebimdə Fidanın xəyalı ilə sakitcə dikilib gözləməyə başladım.

Bu an uzaqdan dörd ədəd Mersedes Vita markalı avtomobil arxalarında toz buludu qaldıraraq bizə doğru yaxınlaşdı.Bizi dövrəyə aldıqları vaxt hər avtomobilin içindən başdan ayağa qara geyinmiş üç adam enib ətrafa boylanmağa başladı.Udqundum.Niyə belə şəhərdən uzaq tənha yerdə görüşdüyümüzü yavaş-yavaş anlamağa başladım.Nicatdan bundan artığını gözləmək olmazdı.Avtomobildən son enən adam digərlərindən həm fiziki görünüş baxımından ,həm də yerişi ilə seçilirdi.Lider ruhu daşıdığı hərəkətlərindən bəlli olan bu adamda məni narahat edən nəsə bir şey var idi.Yaşca digərlərindən böyük olan uzun boylu,seyrək saçlı adamın gur bığları onsuz da qəribə olan üz quruluşunu daha da əcayib hala salırdı.

Yaxınlaşdıqca xəfifcə titrəməyə başladım.Gəlib düz qabağımda dayanıb əllərini cebinə qoydu.Başını arxaya atıb məni başdan ayağa süzdü.İstehza ilə üst-başımı işarə elədi:

-Deyəsən müdür vəzifəsinə namizədsən-arxasındakı adamlara döndü.Hamısı bir birinə baxıb lağ ilə güldülər.Qorxumla qəzəbim yarışmağa başlamışdı.İlk təəssüratın vacib olduğunu düşünərək kastyum geydiyim üçün peşman olmuşdum.Ayna qabağında özümü səliqəyə salarkən otağa girib "məktəbli balamız hara gedir belə"deyə məni ələ salan qardaşıma qulaq asmalı idim.

-Deyirsən bu ağzı bütöv oğlandı?-başı ilə məni işarə edib Nicatdan soruşdu.

-Bəli Qəmbər müəllim,heç şübhəniz olmasın.Necə bacarıqlı olduğunu özünüz görəcəksiniz-Nicat az qala yerə qədər əyilirdi.Əlində qalmış malı satmağa çalışan tacir kimi məni adama tərifləyirdi.Hal-hazırda olduğum vəziyyət əvəzinə yerin dibinə girməyi üstün tutardım.

Saymazyana əlini qaldırıb Nicatın sözünü yarıda kəsdi:

-Bəsdi ,bəsdi.Bizə bacarıqlı yox harda danışıb harda susacağını bilən insan lazımdı.

İnkar(Tamamlandı)Where stories live. Discover now