10.Sona doğru

114 25 3
                                    

Ancaq bacarmadım.Evə qayıdıb səhərə qədər özümü lənətləməklə kifayətləndim.

...

Şəhərin mərkəzində bir bara daxil olduğum zaman biraz təsəlli tapa bilmişdim.Bu qədər insanın içində məni öldürə bilməzdilər deyə düşünürdüm.Axşam tərəfi gələn mesajla təcili bu adresə yollanmağım tənbehlənmişdi.Rəngarəng işıqlar,qulaq batıran musiqi,xeyli sayda insan.Mənim üçün bir işkəncə otağı təşkil etsələr həmin yer buradan ibarət olardı.İnsanlar burada necə əyləncəli vaxt keçirirdi?Bu qədər insanın olduğu yer necə gözəl bir yer ola bilərdi?İşıqdan başım hərlənirdi.Səs-küydən sərsəmləyirdim.Ətrafa yuxulu-yuxulu boylandığım an bir əl çiynimə toxundu.Başı ilə mənə işarə eləyib insanları yara-yara irəlilədi.Barın arxasına doğru uzanan dar dəhlizdən keçib dəmir qapıdan içəri girdik.Qarşıda qəfəsi xatırladan bir lift vardı.Adam üstünə çıxdı.Mən də arxasınca liftə mindim.Lift bizi aşağı mərtəbəyə yəni zirzəmiyə endirdi.Beləliklə məkana daxil olduqdakı sevincim qursağımda qaldı.
Adamın dayandığını görüb görüş yerinin bura olduğunu anladım.Ətrafa nəzər saldım.Bura hər tərəfi iri ,beton sütünlarla dolu olan avtomobil dayanacağına bənzər bir yer idi.Kəskin küf iyi ürəyimi sıxmağa başlamışdı.Məndə hansısa pis xatirələri oyadırdı.Ortadakı böyük masanı gördüyüm zaman bunun artıq mafianın simvolu olduğunu düşündüm.Masanın üstündə zəif işıq var idi.Buna görə də otaq alatoran idi.
Liftin səsini eşitdim.Az sonra otağa üç nəfər daxil oldu.Yaxınlaşdıqca öndəki adamın Qəmbər ,hər iki tərəfində isə indiyə qədər heç görmədiyim adamlar olduğuna diqqət elədim.Qəmbər onsuz da hər zaman əsəbi olan simasını əlavə əziyyət çəkib daha da qorxunc eləməyi bacarmışdı.Boylanaraq arxasından Ağamirzə müəllimi axtardım.Qəmbər yaxınlaşıb düz qarşısında durduqda baxışlarından bunun əbəs yerə olduğunu anladım.Bu görüşü o təşkil eləmişdi.Canımı qorxu bürüməyə başladı.Titrədiyimi bildirməməyə çalışdımsa da gözlərindəki istehzalı ifadədən bunu bacarmadığımı anladım.Məni tələyə salmış,çox pis yerdə tutmuşdu.İndi isə bundan həzz alırdı.Bu qədər səfeh olduğum üçün özümə lənət yağdırdım.
Bu günə qədər ölümdən qorxmadığımı zənnedərək necə axmaq olduğumu anladım.Belə insanlar üçün cinayət adi bir hal idi.Hər zaman ölümümün çox qəribə olacağını düşünürdüm.Kiminsə həyatını xilas edərkən, bütün insanlığa nəyisə təbliğ edərkən və ya hər hansı bir ideologiya uğrunda öləcəyimi düşünürdüm.Heç olmasa ölümümün nəyəsə yaramağını istəyərdim.Ancaq indi cəsədim belə tapılmaya bilərdi.Həyat böyük bir ironiyadır.
Madam ki,ölümdən qurtuluşum yox idi onda qorxduğumu bəlli edərək onlara istədiklərini əldə etməyə icazə verməyəcəkdim.Bütün cəsarətimi toplayıb başımı yuxarı qaldırıb əllərimi cebimə qoydum.Cibimdəki telefonumun soyuqluğu məni ürpərtdi.Az sonra bədənimin də belə buz kimi olacağını düşünməyə bilmədim.Yenə də baxışlarıma saymazyana bir ifadə verməyə çalışaraq nəzərlərimi adamların üzlərində gəzdirdikdən sonra gözümü Qəmbərə dikdim.Ancaq Qəmbərdən başqa hamını görürdüm.Anamı,atamı,qardaşımı,Fidanı mənim Fidanımı,dostlarımı hətta Nicatı belə.Fikrimdə arxamdan necə ağlayacaqlarını ,necə pərişan olacaqlarını canlandırdım.Bu məni ən çox üzən şey idi.Budur ömrümün son dəqiqələrini yaşayırdım.Qarşımdakı əclafa canımı bağışlaması üçün yalvarmamaqçün özümü zorla saxlayırdım.Acizliyim,biçarələyim məni daha da məhv edirdi.Artıq öləcəyimdən əmin idim.Sakitləşməyə çalışdım.Dərin bir nəfəs aldım.O an ağlıma bir fikir gəldi.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
İnkar(Tamamlandı)Where stories live. Discover now